Namazın sirləri və qaydaları
29 November 2024
04:11
۱,۷۰۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Əsasən, əqlin mühakiməsi belədir ki, hər bir aşağı və alçaq mərtəbəli vücuddan yüksəkdə ali bir vücud vardır. Hər bir şühuddan öncə bir qaublik vardır. Ali olmayınca, alçaq mühəqqəq olmaz, qeyb olmazsa, şühud məna tapmaz. Əqlin hökmü əsasında, hər bir zahirin bir batin və həqiqəti vardır. Bu əqli dəlilə əsasən, insanın bu aləmdə etdiyi işlərin, istər yaxşı olsun, istərsə də pis, onun hərəkət və əməllərinin başqa bir aləmdə vücudu olan bir batin və həqiqəti vardır. Belə ki, Qiyamət günündə və ehtimal çoxdur, Bərzəx aləmində həmin həqiqət zühur edəcək. Rəvayətlərdə “əməllərin təcəssümü” ünvanında bir mövzu vardır. Əməllərin təcəssümü insanın icad etdiyi hər bir əməlin həqiqət və batinidir. Bu aləmdə əncam tapan ən kiçik bir əməlin Bərzəx aləmində təzahür və təcəssüm edən bir həqiqəti və batini vardır. İstər yaxşı əməllər olsun, istərsə də pis, istər günaholsun, istərsə də həsənat.
Həmin əqli bürhan əsasında, hər zahir olanın batini vardır və hər bir şühudun qeybi vardır. Təsəvvür etməyək ki, zahirdə əncam verdiyimiz əməllər başqa aləmlərlə rabitəsizdir və bu gördüklərimizdən başqa heç bir şey yoxdur. Əqli baxımdan bu əməldən ayrı bir həqiqət və batin vardır və əsasən bu zahir o batinə çatmaq üçündür, ibadətlərin zahiri onların batinləri və həqiqətlərinə çatmaq üçündür.
Deməli, əqlə müraciət etdiyimiz zaman o, bizə ümumi bir qayda verir ki, hər bir zahirin batini vardır. Bu əsasla diqqət etməliyik ki, bizim namazımızın batini vardır. Dərin düşünərək nəticə çıxarmalıyıq ki, etdiyimiz hər bir əməlin arxasında, bu zahiri əməl vasitəsilə ona çatmaq istədiyimiz hansı bir həqiqət və batin vardır. Allah-təala hamımızın qəlbini artıq dərəcədə iman, ibadət və bəndəlik nuru ilə münəvvər etsin.
(ardını izləyin)