Namazın batinini dərk etməyin əhəmiyyəti

08 July 2024

13:51

۱,۵۲۸

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Hacı Şeyx Muhəmməd Cavad Fazil Lənkəraninin "Namazın sirləri və qaydaları" mövzusunda bəyan etdiyi çıxışlarından
آخرین رویداد ها
 

Bismilləhir-Rahmənir-Rahim

فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ

“Hər şeyin batini və mələkutu Onun qüdrəti altında olan, pak və müqəddəsdir.” [1]

Bəyan edildi ki, əqli idrak əsasında hər bir zahiri əməlin bir batini vardır. Amma əqli dəlildən əlavə Qurani-Kərim də çoxsaylı ayələrdə bu təbiət aləmində olan hər bir şey üçün bir mələkut bəyan etmişdir. Belə ki, buyurur:

فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ

“Hər şeyin mələkutu əlində və ixtiyarında olan Allah-təala pak və müqəddəsdir.” [2]

Bu ayə dəlalət edir ki, bu aləmdə vücudu olan hər bir şeyin mələkutu vardır. Mələkut, yəni əşyanın batini və həqiqəti. Hər bir insanın mələkutu vardır, yerin mələkutu vardır, səmanın mələkutu vardır, insanın əməllərinin mələkutu vardır. Mələkutu olan mövzulardan biri də namazdır. İnsanın həyatda yerinə yetirdiyi əməllərdən biri namazdır, ona görə də mələkutu olan bir surətə malikdir.

Mübarək “Muminun” surəsində buyurur:

قُلْ مَنْ بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ

De: “Hər şeyin mələkutu kimin ixtiyarındadır?” [3]

Allah-təalaya xas olan xüsusiyyətlərdən biri budur ki, hər bir şeyin batini Onun ixtiyarındadır. Mümkündür, zahiri baxımdan belə təsəvvür edək ki, bizim həyatda zahiri əməllərimiz insanın ixtiyarı və tədbiri vasitəsilə baş verir. (Halbuki elə bu zahiri əməldə də Haqq-təalanın iradə, lütf və inayətinə qəti surətdə möhtacıq və Onsuz heçik) Amma həqiqətdə və batində Allah-təalanın qüdrətindən qeyri heç bir iradə və qüdrətin əməldə təsiri yoxdur. Əməllərin batinini yalnız O dəyişə bilər, onlarda genişlik və ya məhdudluq yaradar. Müxtəlif adamlara və əməllərə nisbət batini azaldar və ya artırar. Çünki hər şeyin batini və mələkutu Haqq-təalanın qüdrətinə tabedir.
(ardını izləyin)

[1] “Yasin” surəsi, ayə 83

[2] Həmin ayə.

[3] “Muminun” surəsi, ayə 88

Etiketlər :

Namazın batinini dərk etməyin əhəmiyyəti