Günün hədisi

24 November 2024

11:49

۱,۶۲۷

Xəbərin xülasəsi :
Əhli-Beytin məhəbbəti hər bir müsəlmana şərəfdir
آخرین رویداد ها


Bİsmilləhir-Rahmənir-Rahim

Allahın Rəsulu həzrət Muhəmməd (səlləllahu əleyhi və alih) buyurmuşdur:

قال رسول اللّٰه6: مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ شَهِيداً أَلَا وَ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ مَغْفُوراً لَهُ أَلَا وَ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ تَائِباً أَلَا وَ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ مُؤْمِناً مُسْتَكْمِلَ الْإِيمَانِ أَلَا وَ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ بَشَّرَهُ مَلَكُ الْمَوْتِ بِالْجَنَّةِ ثُمَّ مُنْكَرٌ وَ نَكِيرٌ أَلَا وَ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ يُزَفُّ إِلَى الْجَنَّةِ كَمَا تُزَفُّ الْعَرُوسُ إِلَى بَيْتِ زَوْجِهَا أَلَا وَ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ فُتِحَ لَهُ فِي قَبْرِهِ بَابَانِ إِلَى الْجَنَّةِ أَلَا وَ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ جَعَلَ اللَّهُ قَبْرَهُ مَزَارَ مَلَائِكَةِ الرَّحْمَةِ أَلَا وَ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ عَلَى السُّنَّةِ وَ الْجَمَاعَةِ أَلَا وَ مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ جَاءَ يَوْمَ الْقِيَامَةِ مَكْتُوبٌ بَيْنَ عَيْنَيْهِ آيِسٌ مِنْ رَحْمَةِ اللَّهِ أَلَا وَ مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ مَاتَ كَافِراً أَلَا وَ مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ لَمْ يَشَمَّ رَائِحَةَ الْجَنَّةِ

“Hər kəs Ali-Muhəmmədə məhəbbət əsasında ölsə, şəhid kimi ölmüşdür. Agah olun! Hər kəs Ali-Muhəmmədə məhəbbət əsasında ölsə, günahları bağışlanmış halda ölər. Agah olun! Hər kəs Ali-Muhəmmədə məhəbbət əsasında ölsə, tövbəkar halda ölər. Agah olun! Hər kəs Ali-Muhəmmədə məhəbbət əsasında ölsə, mömin, imanı kamil olan halda ölər. Agah olun! Hər kəs Ali-Muhəmmədə məhəbbət əsasında ölsə, əvvəlcə ölüm mələyi, sonra isə Münkər və Nəkir ona cənnət müjdəsi verər. Agah olun! Hər kəs Ali-Muhəmmədə məhəbbət əsasında ölsə, gəlinin bəy evinə getdiyi kimi, onu (bəzəyib) cənnətə apararlar. Agah olun! Hər kəs Ali-Muhəmmədə məhəbbət əsasında ölsə, onun qəbrindən cənnətə doğru iki qapı açılar. Agah olun! Hər kəs Ali-Muhəmmədə məhəbbət əsasında ölsə, Allah onun qəbrini rəhmət mələklərinin ziyarətgahı qərar verər. Agah olun! Hər kəs Ali-Muhəmmədə məhəbbət əsasında ölsə, sünnət və camaat əsasında ölmüş olar. Agah olun! Hər kəs Ali-Muhəmmədə düşmənçilik əsasında ölsə, qiyamət günü gələndə iki gözlərinin arasında (alnında) “Allahın rəhmətindən məyusdur” yazılmış olar. Agah olun! Hər kəs Ali-Muhəmmədə düşmənçilik əsasında ölsə, kafir halda ölər. Agah olun! Hər kəs Ali-Muhəmmədə düşmənçilik əsasında ölsə, cənnətin iyini heç vaxt iyləməz.”

Mənbələr: “Təraif”, Seyid ibni Tavus, səh. 159; “Sə`dus-suud”, Seyid ibni Tavus, səh. 141; “Kəşful-ğummə”, İbni Əbil-Fəth Ərbili, 1-ci cild, səh. 104; “Biharul-ənvar”, Əllamə Məclisi, cild: 23, səh. 233

Etiketlər :

Günün hədisi