Həzrət Fatimeyi-Zəhranın (ə) şəhadəti

29 November 2024

04:26

۲,۲۲۳

Xəbərin xülasəsi :
Bütün müsəlmanların vəzifəsi budur ki, Peyğəmbərin və Ali-Peyğəmbərin (sallallahu əleyhi və alih) haqları mümkün qədər əda olunsun deyə, var-qüvvələrini və güclərini toplayıb Xanım Fatimeyi-Zəhranın (əleyha salam) şəhadət günü mərasimlərini layiqincə keçirsinlər
آخرین رویداد ها

السلام علیک ایتها الصدیقة الشهیدة

Bismilləhir-Rahmənir-Rahim

Peyğəmbərlərin (sallallahu əleyhi və alih) Fatimeyi-Zəhranın (əleyha salam) ziyarətinə gəlməsi

Fatimeyi-Zəhra (əleyha salam) dərk idrakdan yüksəkdədir

Fatimeyi-Zəhra (əleyha salam) elə bir kəsdir ki, istisnasız olaraq heç bir əqlin heç bir fikrin onu dərk etməsi mümkün deyildir. İmam (əleyhissəlam) buyurur: “Fatimə yalnız buna görə Fatimə adlandırılıb ki, məxluqlar onun barəsində mərifətdən kəsilmiş aciz olmuşlar.”

(Fatimə kəlməsinin kökü olan) “fətm” sözünün mənası kəsmək qırmaq deməkdir. “Xəlq” (məxluq) kəlməsi ən ümumi məfhum daşıyan ünvanlardandır hamıya: alimə-cahilə, həkimə-səfehə, insana, cinə mələklərə aid edilir. Hər bir şeyə “xəlq” ünvanı aid edilə bilirsə, Fatimə (əleyha salam) barəsində mərifətdən aciz edilmiş kəsilmişdir.

Bütün peyğəmbərlərin (əleyhimussəlam) onun ziyarətinə gəlməsi

Fatimə (əleyha salam) necə bir müqəddəs vücud idi, etdi, özü ilə Allah arasında gördü?! Bunları Allahdan başqa heç kəs bilmir, yalnız onun təsirləri aşkar olur. Təsiri budur:

وَ إِذَا اسْتَقَرَّ أَوْلِيَاءُ اللَّهِ فِي الْجَنَّةِ زَارَکِ آدَمُ وَ مَنْ دُونَهُ مِنَ النَّبِيِّينَ

“(Ya Fatimə!) Allahın övliyaları cənnətdə qərarlaşan zaman Adəmdən başlamış bütün peyğəmbərlər sənin ziyarətinə gələcəklər.”

Yəni Allahın övliyaları cənnətdə yerləşən zaman Adəm, Nuh, İbrahim, Musa, İsa (əleyhissəlam) həzrət Xatəm (sallallahu əleyhi və alih) hamılıqla onun ziyarətinə gələcəklər. Budur Fatimeyi-Zəhra (əleyha salam)!

Əmirəl-möminin Əlinin (əleyhissəlam) sonsuz qüssəsi kədəri

Düşüncə əhli üçün həzrət Əlinin (əleyhissəlam) elə bu bircə cümləsi kifayətdir. Əmirəl-möminin Əli (əleyhissəlam) elə bir kəsdir ki, dünya axirət onu dizə çökdürə bilmədi, amma (Fatiməni dəfn edən zaman) dedi:

أَمَّا  حُزْنِي فَسَرْمَدٌ  وَ أَمَّا لَيْلِي فَمُسَهَّد

“Ey Allahın Rəsulu! Fatimədən sonra mənim vəziyyətim belədir: hüznüm, kədərim əbədidir, gecələrim sübhə qədər oyaq qalmaqdır.”[1] Onun kəlamında şişirtməyə yer yoxdur. Deməli, bu hadisədən sonra bir gecə olsun belə, yatmamışdır.

Səbəbi nədir? Səbəbini demək mümkün deyildir!

سَتُنَبِّئُکَ ابْنَتُکَ بِتَظَافُرِ  أمَّتِکَ عَلَى هَضْمِهَا   

“Qızın tezliklə ümmətinin ona zülm etməkdə necə əlbir olduğunu sənə xəbər verəcəkdir.”

Bütün müsəlmanların vəzifəsi budur ki, Peyğəmbərin və Ali-Peyğəmbərin (sallallahu əleyhi və alih) haqları mümkün qədər əda olunsun deyə, var-qüvvələrini güclərini toplayıb Xanım Fatimeyi-Zəhranın (əleyha salam) şəhadət günü mərasimlərini layiqincə keçirsinlər...

[1] “Nəhcul-bəlağə”, 202-ci xütbə, “Mənaqibu Ali Əbi Talib”, 3-cü cild, səh. 139.

Etiketlər :

Həzrət Fatimeyi-Zəhranın (ə) şəhadəti