Əməllərin batininin ixtilaflı halları

29 November 2024

13:07

۱,۶۹۴

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Cavad Fazel Lənkəraninin- Namazın əsrarı və ədəb qaydaları mövzusunda bəyan etdiyi çıxışlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qeyd edilməlidir ki, qısa və icmali şəkildə ünvan olunan “namazın sirləri” bəhsində məqsəd ümumi bir məna daşıyır. Belə ki, bəhsimiz həqiqətdə əxlaqi və ürfani kitablarda “namazın ədəb qaydaları” ünvanı altında müzakirə olunan mövzulara, eləcə də rəvayətlərdə namaz haqqında bəyan edilən hikmətlərə də şamil olur. Fənn əhlinə gizli deyil ki, əsrar, ədəb qaydaları və hikmətlər mövzusunu bir-birindən fərqləndirə bilərik. Hikmət, namazdan hasil olan səmərə və nəticələrdir. Necə ki, deyilir; “namaz möminin meracıdır” və ya “fəhşa və münkərdən çəkindirəndir.” Bu kimi bəhslər namazın faydaları, nəticələri və hikmətləri ünvanında müzakirə edilir. Hərçənd namazda əxlaqdan və Allah-təalaya dərin rəğbət və təvəccöh, hər növ riyadan uzaqlaşıb xalis niyyətli olmaq, ondan daha əhəmiyyətlisi qəlbin hüzuru və xüşusu (təslim və müti olması) bəhsləri “namazın ədəb qaydaları” ünvanı ilə müzakirə edilir, lakin namazın sirri və əsrarı bunlardan daha yüksək məna daşıyır. Biz bu bəhsdə mərhum Şəhid Sani (rizvanullahi təala əleyh) kimi böyük şəxsiyyətlərin üslubuna müvafiq olaraq “sirr” mövzusunda ümumi bir mənanı təqdim edirik.

Böyük əhəmiyyət kəsb edən mətləb budur ki, ayrı-ayrı zamanlara və adamlara nisbət namazın sirləri də müxtəlifdir. Cahil bir insandan sadir olan namazın sirri, batini və həqiqəti alim bir şəxsin əncam verdiyi namazla müqayisə ediləsi deyildir. Namaz vaxtının əvvəlində mömin bir adamdan sadir olan namazın batini və sirri, namazın son vaxtında onun qıldığı namazla fərqlidir. Ona görə rəvayətdə deyilir:

"إِنَّ الصَّلَاةَ إِذَا ارْتَفَعَتْ فِي أَوَّلِ وَقْتِهَا رَجَعَتْ إِلَى صَاحِبِهَا وَ هِيَ بَيْضَاءُ مُشْرِقَةٌ تَقُولُ حَفِظْتَنِي حَفِظَكَ اللَّهُ وَ إِذَا ارْتَفَعَتْ فِي غَيْرِ وَقْتِهَا بِغَيْرِ حُدُودِهَا رَجَعَتْ إِلَى صَاحِبِهَا وَ هِيَ سَوْدَاءُ مُظْلِمَةٌ تَقُولُ ضَيَّعْتَنِي ضَيَّعَكَ اللَّهُ"

“Namaz vaxtının əvvəlində insanın qıldığı namaz ağ və parlaq bir nur surətində yuxarı aləmə yüksəlir sonra da elə həmin surətdə öz sahibinin yanına qayıdıb deyir: sən məni qorudun, Allah səni qorusun! Amma insanın vaxtın sonunda qıldığı namaz ona tərəf qaytarılır, lakin parıltılı nur surətində deyil, əksinə zülmətli, qaralmış haldadır. Ona görə namaz qılana deyir: sən məni zaye etdin, Allah səni zaye etsin!”[1]

(ardını izləyin)

[1] “Kafi”, Muhəmməd ibn Yəqub, Şeyx Kuləyni, cild 3, səh. 268; “Təhzibul-Əhkam”, cild 2, səh. 239; “Vəsailuş-Şiə”, cild 4, səh. 108


Etiketlər :

Əməllərin batininin ixtilaflı halları