«Camiəyi- kəbirə» ziyarətnaməsinin şərhi

29 November 2024

13:02

۱,۷۴۱

Xəbərin xülasəsi :
«Camiəyi-kəbirə» ziyarətnaməsi həqiqətdə, insaniyyətin bütün kamilliklərini toplayan bir məktəbdir. Bu ziyarətnamədə bütün fəzilətlər və yüksək mənəvi keyfiyyətlər əqli və ülfət yaradan ibarələrlə çox ali dərəcədə şərh olunmuşdur. Bir sözlə, «Camiəyi- kəbirə» ziyarətnaməsi, cismi, ruhi, ictimai, tərbiyəvi, ailəvi və digər pak məramları özündə əks etdirən möhtəşəm bir mənbədir.


آخرین رویداد ها

بسم الله الرحمن الرحيم

الحمد لله رب العالمين وصلی الله علی محمد وآله الطيبين المکرمين

Hamınıza səadət və xoşbəxtlik arzulayaraq «Camiəyi- kəbirə» ziyarətnaməsinin şərhinə başlayırıq. Eyni zamanda, bu möhtəşəm ziyarətnamənin şərh və izah edilməsini özümə böyük şərəf bilərək Allah dərgahına şükr edirəm. Həmçinin, müsəlman bacı-qardaşların bu elmi mənbədən tam faydalanmalarını arzulayıram.

Ziyarət, aşiqin məhbuba eşq və əlaqəsini izhar etməsi, dindarın din və din rəhbərləri müqabilində təvazökar, imanlı və dindar olmasını göstərməsidir.

Ziyarət, mürşidin vəfadarlığını bildirməsi, abidin məbuda sədaqətini büruzə verməsidir.

Ziyarət, ürəyin dərinliklərindən başlayaraq ürəkdən keçən, sonra ürəkdə məqsuda çatan aşiqanə və agah bir səfərdir.

«Camiəyi-kəbirə» ziyarətnaməsi həqiqətdə, insaniyyətin bütün kamilliklərini toplayan bir məktəbdir. Bu ziyarətnamədə bütün fəzilətlər və yüksək mənəvi keyfiyyətlər əqli və ülfət yaradan ibarələrlə çox ali dərəcədə şərh olunmuşdur. Bir sözlə, «Camiəyi- kəbirə» ziyarətnaməsi, cismi, ruhi, ictimai, tərbiyəvi, ailəvi və digər pak məramları özündə əks etdirən möhtəşəm bir mənbədir.

Bu elə bir məktəbdir ki, paklıq və mənəviyyata yüksək diqqət yetirərək, onu tərbiyənin əsası kimi tanıtdırır.

Bu məktəb minlərlə insanı öz ağuşunda tərbiyə etmiş, görkəmli alimləri əxlaq, fəzilət və insaniyyətdə zərbi-məsəl olmuşdur.

Bütün deyilənlərin sirri, Allahın cəmal və cəlal sifətlərini və əzəmətli ayələrini tam şəkildə vəsf edən İlahi xəlifələr və Məsum imamlardır. Allahın onlardan üstün nişanələri yoxdur.

Həzrət Əli əleyhissəlam buyurur:

"مَا للهِ آيةٌ أَكْبَرُ مِنِّي"

«Allah-taalanın məndən əzəmətli ayə və nişanəsi yoxdur».[1]

Həmçinin, o həzrətin ziyarətində belə oxuyuruq:

"السَّلامُ عَلَيْكَ يَا آيةَ اللهِ اْلعُظْمَي"

«Ey Allahın əzəmətli nişanəsi! Salam olsun sənə!»[2]

Allahın kamal sifətlərinin nəhayəti olmadığı kimi, onun sifətlərini əks etdirən məsumların da vəsfinin sonu yoxdur.

Həzrət Əli əleyhissəlam buyurur:

«Bizim fəzilət və üstünlüklərimizin vəsfində hər nə qədər istəyirsiz danışın! Lakin Allahın bizə əta buyurduğu fəzilətlərin, nəinki həqiqətinə, hətta onun az bir qisminə də çatmayacaqsız. Çünki biz, Allahın ayələri, dəlilləri, xəlifəsi, əmanətdarı, surəti, gözü və diliyik».[3]

Şübhəsiz, Allahın xəlifəsini hər kəs öz mərifəti və düşüncəsi qədər dərk edir. Elə bu səbəbə, bir çox hədislərdə ziyarətinə getdiyimiz imamların mərifət və fəzilətlərini tanımağa təkid olunmuşdur.

İmam Kazim əleyhissəlam həzrət Rza əleyhissəlamı ziyarət etməyin savabında buyurur:

"...فَمَنْ زارَهُ مُسَلِّماً لأَمْرِهِ عارِفًا بِحَقِّه كانَ عِندَ الله جَلَّ وعَزَّ كَشُهَدَاءِ بَدْرٍ."

«Hər kəs imam Rza əleyhissəlamın əmrinə təslim, imamətinə agah olaraq onu ziyarət edərsə, Allah yanında «Bədr» döyüşündə şəhid olanların məqamındadır».[4]
(ardını izləyin)

[1] «Biharul-ənvar», cild 36, səh. 3.

[2] «Biharul-ənvar», cild 97, səh. 373.

[3] «Biharul ənvar», cild 26, səh. 6.

[4] «Biharul ənvar», cild 102, səh. 41.


Etiketlər :

«Camiəyi- kəbirə» ziyarətnaməsinin şərhi