Əməllərin batininin ixtilaflı halları

29 November 2024

13:11

۱,۴۶۹

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Hacı Şeyx Muhəmməd Cavad Fazil Lənkəraninin "Namazın sirləri və qaydaları" mövzusunda bəyan etdiyi çıxışlarından
آخرین رویداد ها


Bismilləhir-Rahmənir-Rahim

Bu hədisdən belə düşünülür ki, vaxtın əvvəlində qılınan namazın bir batini və vaxtın sonundakı namazın isə başqa bir batini vardır. Alimin namazının bir batini və cahilin namazının başqa batini vardır. Həzrət Səccad (əleyhissəlam)-dan bir rəvayətdə nəql edilmişdir -- ibadətdə “Zeynul-Abidin” və “Səccad” ləqəblərini daşıyan və mötəbər rəvayətlərə əsasən hər gün min rükət namaz qılan belə bir şəxsiyyət—buyurur:

"رضيت أن يكون جميع هذه الصلوات مقابلة لركعتين من صلاة أمير المؤمنين عليه السلام"

“Mən razıyam Allah-təala mənim bütün namazlarımı Əmirəl-möminin Əli (əleyhissəlam)-ın iki rükət namazının savabı müqabilində qərarversin."

Yəni həzrət Əli (əleyhissəlam)-ın namazının batini hətta İmam Səccad (əleyhissəlam)-ın namazının batini ilə də müxtəlifdir. (Belə anlaşılır ki,) Əmirəl-möminin (əleyhissəlam)-ın namazı da Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alih)-in namazı ilə müqayisə edilməzdir.

Məsciddə qılınan namazın bir batini, mənzildə qılınan namazın isə başqa bir batini vardır. Məscidul-Həramda qılınan namazın bir batini, Məscidun-Nəbidə qılınan namazın başqa bir batini vardır. Rəvayətlərdə görürük; əgər bir kəs Məscidul-Həramda namaz qılarsa, ona yüz min rükət namazın savabını, yaxud Məscidun-Nəbidə on min rükət namazın savabını verərlər... bunun sirri budur ki, bu namazların batini bir-birindən fərqlidir. Əks təqdirdə, zahiri baxımdan (namazların) nə fərqi vardır ki? Hətta mümkündür Məscidun-Nəbidə namaz qılan şəxs namazını daha uzun və daha gözəl qiraətlə oxusun, Quranın böyük və çox həcmli surələrini oxusun, amma bununla belə o namazın batini Məscidul-Həramda qılınan namazın batini ilə təfavüt edir. Yəni məkan müxtəlifliyi namazlarda müxtəlif batinlərə səbəb olduğu kimi, həmçinin zaman ixtilafı da namazın həqiqətində və batinində müxtəliflik amili olur.

Beləliklə, diqqət olunmalıdır ki, namazın batini və sirri sabit bir məsələ deyildir. Namazın camaatla birlikdə qılınması tövsiyəsi də ona görədir ki, camaat namazının batini tək və furada şəkildə qılınan namazdan fərqlidir. Yaxud tövsiyə edilib ki, namazımızı mütləq məsciddə qılaq. Hərçənd məsciddə və camaatla birlikdə qılınan namazın bir sıra zahiri faydaları da vardır. O cümlədən, müsəlmanların bir yerə toplaşması nəticəsində onların arasında vəhdət və şükuh icad olur. Amma bununla bərabər Allahın evində qılınan namaz (əlavə imtiyaza da malikdir). Yəni hətta namazını məsciddə camaatla deyil, tənhalıqda qılan şəxsin namazı belə, batin baxımdan evində namazı furada və tək halda qılan şəxsin namazı ilə fərqlidir. Diqqət etməliyik ki, Allah-təala mömin insanlara necə də inayət və böyük bir töhfə bəxş etmişdir. Əgər biz bu nemətə təvəccöh etsək və düşünsək ki, necə bu nemətin ən gözəl nümunələrindən faydalanaq və özümüzü ən gözəl namaz qılanlar sırasında qərar verək, xatircəm olaq ki, Allah-təala qəlblərimizə həqiqətləri aşkar edər. Xatircəm olaq ki, əgər insan namaz qılarkən namazın həqiqətləri və əsrarına diqqətli olarsa, onun bir çox çətinlikləri öz həllini tapacaq, onun tərəqqi və yüksəlişinə səbəb olacaq və bir çox fikri durğunluq və geriliklər ondan uzaqlaşacaqdır. Amma əgər namazın əsrarına diqqət etmədən namaz qılarıqsa, həm özümüzü, həm də namazı zaye etmişik. İnşaallah, Allah-təala hamımızı həqiqi namaz qılanlardan qərar versin.

(ardını izləyin)

Etiketlər :

Əməllərin batininin ixtilaflı halları