Namaz, həqiqətlərə çatmaq yolu

29 November 2024

13:03

۱,۴۵۷

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Hacı Şeyx Muhəmməd Cavad Fazil Lənkəraninin "Namazın sirləri və qaydaları" mövzusunda bəyan etdiyi çıxışlarından
آخرین رویداد ها


Bismilləhir-Rahmənir-Rahim

Biz bu dünyəvi həyatda bəqası olmayan, kiçik və ötərgi maddi məsələlərdə ah çəkirik; məqamdan, sərvətdən və qüdrətdən məhrum olduqda ah- aman edib həsrət çəkirik. Amma Allahın xalis bəndələri hansı hallarda ah- zar edirlər? Bu elə bir ahdır ki, müttəqilər mövlası Əmirəl-möminindən (əleyhissəlam) öyrənmişlər, belə ki, buyurur:

آهِ مِنْ قِلَّةِ الزَّادِ وَ طُولِ الطَّرِيقِ وَ بُعْدِ السَّفَرِ وَ عَظِيمِ الْمَوْرِد

“Ah (əfsus), axirət tədarükünün azlığından, yolun uzunluğundan, səfərin uzaqlığından və məqsədin əzəmətindən (qiyamətin çətinliyindən).”[1]

Belə bir ahı o həzrət bu insanlara öyrətmişdir.

Demək, insan namazın sirlərinə diqqət edərsə, namazının sona yetməsinə ürəkdən razı olmaz. Əgər gecənin əvvəlindən fəcrin tüluuna qədər – namazın o anlarda xüsusi batinə malik olduğu zamanda – namaz qılmağa məşğuldursa, elə ki, gecənin sona yetməsini və fəcrin yetişməsini görür, həsrətlə ah çəkib fikirləşir ki, nə üçün belə bir mövqeiyyət onun əlindən çıxdı?! Beləliklə, namazın əsrarına diqqət yetirmək insanı Haqq- təbarək və təalaya çatdırır.

Həzrət İmam Həsən Əsgəri (əleyhissəlam) rəvayətdə buyurur: “Allah- təalaya yetişmək bir səfərdir.” Mənası budur ki, Allah- təalaya vüsul və çatmaq müyəssərdir və bizim kimi adi insanlar üçün də buna yol vardır və mümkündür. Amma bu elə bir səfərdir ki, gərək hərəkət, əməl və cəhdlə birgə olsun. “Yalnız gecələri oyaq qalmaqla müyəssər olar” , insanı Allah- təalaya qovuşduran yeganə sürətli vəsilə gecələrdə oyaq qalıb ibadət etməkdir. Ərz edildi ki, hər bir namazın özünəməxsus batini vardır. Vacib namazın bir batini, müstəhəb namazın başqa bir batini vardır; gecə nafiləsinin (ibadətinin) bir batini, günüz nafiləsinin başqa bir batini vardır. Biz bu həqiqətlərdən qafil olmamalıyıq, bu həqiqətlərdən qəflət edərək ömrümüzün sona yetməsinə yol verməyək, çünki belə olan surətdə çox böyük xəsarətlərə düçar olarıq.

(ardını izləyin)


[1] “Nəhcul- Bəlağə”, Əllamə Seyyid Rəzi, 77- ci hikmət; “Biharul- Ənvar”, cild 34, səh. 285

Etiketlər :

Namazın əsrarı və ədəb qaydaları