Həzrəti Fatimeyi-Zəhranın (əleyha salam) təvəllüd günü

08 July 2024

11:50

۱,۵۰۷

Xəbərin xülasəsi :
Həzrəti Fatimeyi-Zəhranın (salavatullahi əleyha) təvəllüdü və “Qadınlar”günü münasibətilə bütün dünya müsəlmanlarını və xüsusilə də əziz xalqımızı səmimi-qəlbdən təbrik edirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri cumadis-sani ayının 20-si həzrəti Fatimeyi-Zəhranın (salavatullahi əleyha) təvəllüd günüdür. Həmçinin, dünya müsəlmanları bu sevindirici günü “Qadınlar bayramı” ünvanında böyük təntənə ilə qeyd edirlər.

Həzrəti-  Fatimeyi-Zəhranın (salavatullahi əleyha) təvəllüdü və “Qadınlar”günü münasibətilə bütün dünya müsəlmanlarını və xüsusilə də əziz xalqımızı səmimi-qəlbdən təbrik edirik.

Həzrəti- İmam Baqir əleyhissəlamdan gözəl bir hədisi bütün müsəlmanlara, ələlxüsus Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə hədiyyə edirik:

عَنْ أَبِي جَعْفَرٍ عليه السلام، قَالَ: «مَا عُبِدَ اللَّهُ بِشَيْ‏ءٍ مِنَ‏ التَّحْمِيدِ أَفْضَلَ‏ مِنْ‏ تَسْبِيحِ‏ فَاطِمَةَ عليها السلام، وَ لَوْ كَانَ شَيْ‏ءٌ أَفْضَلَ مِنْهُ، لَنَحَلَهُ رَسُولُ اللَّهِ صلى الله عليه و آله فَاطِمَةَ عليها السلام»

“Allah-taala həzrəti- Fatimənin (əleyha salam) təsbihatı ilə sitayiş edildiyi kimi heç bir şeylə ibadət olunmamışdır. Əgər ondan üstün bir şey olsaydı, şübhəsiz Allah Rəsulu (sallallahu əleyhi və alih) onu Xanım Fatiməyə (əleyha salam) hədiyyə edərdi.” (Əl-Kafi, 3-cü cild, səh. 343)

Bu səadətli günün ehtiramına mütənasib olaraq ana-bacılarımızı bir daha ürəkdən təbrik edirik və xatırladırıq ki, həqiqi “Qadınlar bayramı”: sevinci - Allah sevinci, Rəsulullahın (sallallahu əleyhi və alih) ürək parası, həzrəti- Əlinin (əleyhissəlam) həyat yoldaşı, məsum imamlara (əleyhimussəlam) örnək, bütün bəşəriyyətin qibtə etdiyi bu əzəmətli şəxsiyyətin xatirəsi ilə qeyd edilməlidir.

İltimasi dua

Etiketlər :

Həzrəti Fatimeyi-Zəhranın (əleyha salam) təvəllüd günü