Namaz, bütün ibadətlərin əsrarının məcmusu

23 November 2024

21:30

۱,۶۳۴

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Hacı Şeyx Muhəmməd Cavad Fazil Lənkəraninin "Namazın sirləri və qaydaları" mövzusunda bəyan etdiyi çıxışlarından
آخرین رویداد ها

Bismilləhir- Rahmənir- Rahim

Həzrət İmam Baqir (əleyhissəlam) buyurur:

أَوَّلُ‏ مَا يُحَاسَبُ‏ الْعَبْدُ الصَّلَاةُ فَإِنْ قُبِلَتْ قُبِلَ مَا سِوَاهَا وَ إِنْ رُدَّتْ رُدَّ مَا سِوَاهَا

“Bəndədən ilk soruşulan və hesaba alınan şey namazdır; əgər (namazı) qəbul olarsa, sair əməlləri də qəbul olacaqdır və əgər rədd edilsə, ondan qeyri (əməlləri) də qəbul olunmayacaqdır.”[1]

Allah- təbarək və təalanın bəşər üçün müəyyən etdiyi ibadətlərin arasında ən mühüm ibadət növü namazdır. Elə həmin cəhətə əsasən “namazın əsrarı” ən mühüm sirlərdir. Bəlkə də namaz digər ibadətlərin hamısının əsrarının məcmusudur. Namaz barədə yetişmiş bu məşhur rəvayətdə buyurur: Qiyamət günündə əgər Pərvərdigari- aləm insanın namazını qəbul edərsə, qalan əməllərin də əgər bir kəm- kəsirləri olsa belə, Allah- təala onlardan göz yumacaq və əgər Haqq- təala insanın namazını qəbul etməzsə, digər əməllər hərçənd kamil, tam və səhih yerinə yetirilmiş olsalar belə, Allah- təalanın dərgahında qəbul mərhələsinə yetişməyəcəklər. “Əgər namaz qəbul olarsa, sair əməllər də qəbul olacaqdır və əgər rədd edilərsə, ondan qeyri əməllər də qəbul olunmayacaqdır.” Hədis buna dəlalət edir ki, ən mühüm ibadət namazdır. Abid insan namazla olduğu kimi heç bir vasitə ilə Allah- təbarəkə və təalaya ibadət edə bilməz. Nəql edilən bəzi rəvayətlərin yüksək mənası, o cümlədən: “Allahın bəndəsi namaza durarkən Allah- təala ona xüsusi nəzər edir, onun əməlini mələklərə göstərir və bəzi övliyasının namazları ilə iftixar edir.” Bütün bu rəvayətlər  bunu aşkar edir ki, namazda olan əsrar sair ibadətlərlə müqayisə edilməzdir. Əgər insan Haqq- təalaya pərəstiş etməkdə müvəffəq olmaq və bəndəlik haqqını qüdrəti çatan qədər yerinə yetirmək istəyirsə, namaza heç nə çata bilməz. Əsasən ibadətlər arasında Allah- təbarəkə və təalanın yanında ən sevimli ibadət namazdı r. Allah üçün heç bir şey namaz qədər dəyərli deyildir. Elə bu baxımdan əgər insan namazına əhəmiyyət verərsə və öz həyatında namazı əsas bir rükn ünvanında qiymətləndirərsə, Allah- təbarəkə və təalanın yanında xüsusi bir etibar qazanmış olacaqdır.

Məsum imamlar (əleyhimussəlam) nə üçün namaza bu qədər ciddi əhəmiyyət vermişlər? Bu ilahi şəxsiyyətlərin həyatında belə qeyd edilmişdir ki, onlar bir gecə- gündüzdə min rükət namaz qılmışlar. İnsan qıldığı namazın əsrarına icmalən də olsa diqqət edirsə, ondan ləzzət aparır və namaz əsnasında ixtiyarsız zehnini bütün məsələlərdən uzaqlaşdırır. Sanki itmiş şeyini axtaran şəxsdir ki, ona tapılma müjdəsi verilmişdir və axtardığının arxasınca gedir. Gərək bizim namazlarımız bu cür olsun, gərək namaz qılmaqdan ləzzət aparaq, əslində gərək öz yorğunluğumuzu namazda çıxardaq. İnsan, şəraiti ilə qılınan yalnız bir namazın bərəkətinə, hərçənd müxtəsər də olsa əgər onun əsrarına diqqət yetirərsə, ruhumuzu bürümüş dünyəvi aludəliklər, zülmətlər, giriftarlıqlar, pərişanlıqlar və narahatlıqların hamısını həll edə bilər.

(ardını izləyin)

[1] “Fəlahus- sail”, Əli ibn Musa ibn Tavus, səh. 127

Etiketlər :

Namaz bütün ibadətlərin əsrarının məcmusu