"Camiəyi-kəbirə" ziyarətnaməsinin şərhi

08 July 2024

11:50

۱,۶۰۱

Xəbərin xülasəsi :
«Mən sizin aranızda iki ağır və qiymətli şeyi yadigar və əmanət qoyub gedirəm. Əgər onlara sarıb itaət etsəniz, məndən sonra heç zaman zəlalət və azğınlığa düçar olmazsınız. Onlardan biri o birindən daha böyükdür. Birincisi, səmadan yerə sarı çəkilmiş ip olan Allahın kitabı (Quran), ikincisi isə mənim Əhli-beytimdir. Onlar Behiştin «Kövsər» hovuzunda mənə yetişənə qədər heç zaman bir-birindən ayrıl­mazlar. Belə isə, məndən sonra bu iki qiymətli əmanətlə necə rəftar edəcəyinizə çox diqqət edin».
آخرین رویداد ها


Bismilləhir-Rahmənir-Rahim

Həzrət Sadiq əleyhissəlam buyurur:

«Hər kəs imam Huseyn əleyhissəlamın müqəddəs qəbrini mərifətlə ziyarət etsə, ərşdə Allahı ziyarət etmiş kimidir».[1]

Beləliklə, ziyarətin kamilliyi, ziyarət edilənin məqam və mövqesini tanıyıb onun barəsində mərifət kəsb etməklə müyəssərdir. Lakin ziyarət zamanı ziyarətgahdakı zərihi və qapıları öpmək, onlara əl sürtmək və s. baxmayaraq ki, Allahın nişanəsi və təbərrük olaraq savabdır, amma tənhalıqda və ziyarət edilən məqamın mənsəb və şəxsiyyəti barəsində mərifət hasil etmədən bu kimi əməllərin faydası məlum deyil. Bunu bilməliyik ki, ziyarətə gedən şəxsin dünya və axirət savabları haqqında qeyd olunan hədislər, həqiqi ziyarətçi barəsindədir. Yəni ziyarətin bütün savab və əsərləri, ziyarət olunanla ziyarətçi arasında mənəvi rabitənin yaranıb insanın daxilində dönüş və dəyişkənlik baş verdiyi zaman öz həqiqətin tapır.

Amma, əgər bir şəxs ziyarət adı ilə gedib ziyarətgaha tamaşa edirsə, orada olan çilçıraqları sayırsa, qapıları, pəncərələri, sütunları müşahidə edirsə, buna ziyarət yox, səyahət deyilsə, daha düzgün olar.

Deməli, ziyarətin kamal və fəzilətə çatmasında, əsas rolu ziyarət edilən məqama nisbət mərifət və agahlıq ifa edir.

«Camiəyi-kəbirə» ziyarətnaməsinin dolğun məzmunu baxımından müxtəsər şəkildə Məsum imamın şəxsiyyətinə, mərifətinə, haqqına və məqamına agahlıq tapmaq istəsək, bu nəticəni ələ gətirmək olar:

Birinci: Əhli-beyt əleyhimussəlam bütün mümkün kamilliklərə sahibdirlər.

İkinci: Onların malik olduqları bütün sifətlər hər növ eyib və nöqsandan uzaqdır.

Üçüncü: Onların kamillikləri əvvəldən sona qədər dəyişməz və daimidir.

Əhli-beytin uca məqamlarını, onların Qurani-kərimlə yanaşı olmaları baxımından da təsdiq edə bilərik.

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) nəfis bir hədisdə Əhli-beyt əleyhimussəlamın Quranla yanaşı olmasını belə təsdiqləyir:

"إِنِّي تارِكٌ فِيكُمُ الثقلَينِ، ماَ إنْ تَمَسَّكْتُم بِهِما لَنْ تَضِلُّوا بَعْدِي، أَحَدُهُماَ أَعْظَمُ مِنَ ألأخَرِ: كِتابُ اللهِ، حَبْلٌ مَمْدودٌ مِنَ السَّماءِ إليَ الأَرْضِ وَعِتْرَتِي أَهْلُ بَيْتِي وَلَنْ يَفْتَرِقا حَتَّي يَرِدا عَلَيَّ الحَوْضَ، فَانْظُرُوا كَيْفَ تَخْلُفُونِي فِيهِما"

«Mən sizin aranızda iki ağır və qiymətli şeyi yadigar və əmanət qoyub gedirəm. Əgər onlara sarıb itaət etsəniz, məndən sonra heç zaman zəlalət və azğınlığa düçar olmazsınız. Onlardan biri o birindən daha böyükdür. Birincisi, səmadan yerə sarı çəkilmiş ip olan Allahın kitabı (Quran), ikincisi isə mənim Əhli-beytimdir. Onlar Behiştin «Kövsər» hovuzunda mənə yetişənə qədər heç zaman bir-birindən ayrıl­mazlar. Belə isə, məndən sonra bu iki qiymətli əmanətlə necə rəftar edəcəyinizə çox diqqət edin».[2]

Məsum imamın məqam və mövqesini bu cür tanımaq, onun əmrləri müqabilində itaət edib ona təslim olmaq üçün zəmin yaradır.


(ardını izləyin)

[1] «Biharul ənvar», cild 98, səh. 77.

[2] «Biharul ənvar», cild 2, səh. 100 və 23-cü cild, səh. 108.

Etiketlər :

«Camiəyi- kəbirə» ziyarətnaməsinin şərhi