Namaz, bütün ibadətlərin əsrarının məcmusu

23 November 2024

21:23

۱,۶۲۵

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Hacı Şeyx Muhəmməd Cavad Fazil Lənkəraninin "Namazın sirləri və qaydaları" mövzusunda bəyan etdiyi çıxışlarından
آخرین رویداد ها


Bismilləhir-Rahmənir-Rahim

Bu gün nə üçün cavanlarımız öz cavan yaşlarında bəzi ruhi və psixi narahatlıqlara düçar olurlar? Biz nə üçün öz psixoloji problemlərimizi namaz vasitəsilə həll etmirik? Ay qardaşlar və ay bacılar! Allah- təbarəkə və təala namaza əhəmiyyət verdiyinin, biz əgər onda biri qədər ona təvəccöh edəriksə, tərəddüd etməyin ki, bir çox çətinliklərimiz həll olacaqdır. Böyük alimlərimiz mürəkkəb və dolaşıq fəlsəfi məsələləri və qarşılaşdıqları çətin elmi işləri namazın bərəkətinə həll edərdilər. Namazın vasitəsilə insanın ruhu fəqət günahın aludəliyindən deyil, bəlkə cəhalətlər və nadanlıqlardan da uzaq olub səfa tapır. Səfalı ruh isə aram və rahat bir ruhdur. Aram ruh da elə bir ruhdur ki, elmi həqiqətlərə varid olması çox asandır. Tutqun və qaranlıq ruh hətta özünün ən kiçik və cüzi məsələlərini belə həll etməyə qadir deyildir.

Beləliklə, gərək namaza çox böyük əhəmiyyət verək. Məbada elə ola ki, ömrümüzdən əlli il, yetmiş il keçməsinə baxmayaraq, Allah etməsin imam Sadiq əleyhissəlamın aşağıda buyurduğu rəvayət bizə şamil olsun. Həzrət buyurur:

"وَ اللَّهِ إِنَّهُ لَيَأْتِي عَلَى‏ الرَّجُلِ‏ خَمْسُونَ‏ سَنَةً وَ مَا قَبِلَ اللَّهُ مِنْهُ صَلَاةً وَاحِدَةً فَأَيُّ شَيْ‏ءٍ أَشَدُّ مِنْ هَذا"

“And olsun Allaha! Həqiqətən, bir kişinin yaşı əllini ötməsinə baxmayaraq, Allah- təala onun bircə namazın da qəbul etməz. Bundan ağır (insan üçün) nə ola bilər?!”[1]

Doğrudan da, nə qədər çoxdur (və eyni zamanda acınacaqlıdır) ki, bir insanın əlli yaşı ötüb keçməsi ilə belə Allah dərgahında ondan heç bir namaz da qəbul olmasın. Ən kiçik və ən az əməlləri qəbul edən bir Allah, bəndələrin ibadət məsələlərinə nisbət sərt və tələbkar olmayan Allah, görün biz özümüzdə nə qədər cəhalət və zülmət icad etməliyik ki, tam və mütləq kəramət sahibi bizim əlli illik əməllərimiz və namazlarımızdan hətta birini belə qəbul etməsin.

Gəlin diqqət edək, keçmiş ömrümüzü hesablayaq və baqi qalmış həyatımızda çalışaq ki, Haqqın inayət və lütfü sayəsində Onun dərgahında məqbul ibadətləri yerinə yetirməyə müvəffəq olaq.

(ardını izləyin)

[1] “Əl-Kafi”, Muhəmməd ibn Yəqub, Şeyx Kuləyni, cild 3, səh. 269; “Təhzibul- Əhkam”, Muhəmməd ibn Həsən, Şeyx Tusi, cild 2, səh. 240; “Vəsailuş- Şiə”, Muhəmməd ibn Həsən, Şeyx Hurr Amili, cild 4, səh. 24

Etiketlər :

Namaz bütün ibadətlərin əsrarının məcmusu