Namaz, iman və tövhid məhəki
23 November 2024
18:39
۱,۷۸۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillərir- Rahmənir- Rahim
Namaz qılmağın hədəflərindən biri Allahı tanıma mərhələsinə yetişməkdir. Əsasən əgər bir şəxs özünün dindarlıq dərəcəsini və Allahı tanımasını məhəkə vursa və Allahı tanıyanlar və yeganəpərəstlər sırasında qərar tutub, tutmamasını bilmək istəsə, namaz vasitəsilə ozünü sınaqdan keçirib görsün ki, onun namaza ürək bağlaması, eşqi və əlaqəsi nə qədərdir? Görəsən, namazının başa çatmaq vaxtında namazın qurtarmasından xoşhaldırmı, ta ki, digər işlərinin ardınca getsin? Yaxud xeyr, əfsus edir ki, Allah- təala ilə raz- niyazım sona yetdi, bundan sonra bir daha sitayiş etməyə nail olacammı ya xeyr? İnsanın özündə tövhid məqamlarını duyması üçün namaz ən yaxşı vəsilədir. Böyük alimlərin tövhid (Allahın yeganəliyinə iman gətirmək- “yeganəpərəstlik”) üçün qeyd etdikləri məqamlar; zatda tövhid, sifətlərdə tövhid, isimlərdə tövhid, fellərdə tövhid, insan bunların hamısını namazla məhək vuraraq yoxlaya bilər.
Namazın əsas məqsədi budur ki, insan dünyanın bütün işlərindən ayrılıb Haqqın mütləq camalını müşahidə etsin. Namaza aid bir sıra zahiri əməllər və hökmlər, o cümlədən, dəstəmaz, namazın şəraiti və rüknləri, ən aşağı şərtlər ünvanında qeyd olunubdur ki, insan gərək onları riayət etsin.
Amma böyük əxlaq alimləri və ariflərimiz aydın şəkildə bəyan etmişlər: o ki, bəzən “böyük cihad” (cihad əkbər) və “nəfslə cihad” ünvanı altında nəzərdə tutulur, Allah- təbarəkə və təalaya ibadət etmək xüsusunda “orta cihad” (cihad əvsət) kimi hesaba alınır. Yəni namazda zahiri mərhələləri riayət etdikdən sonra növbə insanın öz nəfsi ilə müttəsil və müdavim cihadına çatır; nəfsindən daxili həvəs və meylləri qoparmaq, aludəliklər, qəflət və qaranlıqları aradan aparmaq. Yəni Allahdan qeyrisini öz qəlbindən uzaqlaşdırsın ki, çox- çox çətindir və şayəd mənim kimilər üçün mahaldır.
Amma həqiqət budur ki, böyük cihad, nəfslə müdam cihad etməkdən bir mərhələ yüksəkdir. Orda ki, insan öz ağlını, dərkini və elmini kənara qoysun, qəlbində Haqq- təbarək və təalaya məhz iman və eşq olsun. Deməsin ki, Allahın namaza aid əmr etməsinə agah olduğum üçün namaz qılıram ki, əlbəttə bu da yaxşı bir mərhələdir, amma gərək belə desin: Allahla raz- niyaza aşiq olduğum üçün namaz qılıram və Allah- təbarək və təalaya kamil imanım vardır, onunla münacat etmək istəyirəm. Bu mərhələni iman və eşqin ağla qələbə çalması ünvanı ilə ifadə edirlər.
(ardını izləyin)