Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın viladəti

27 September 2024

01:02

۲,۳۳۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 195-ci il rəcəb ayının 10-u vilayət və imamət səmasının 9-cu ulduzu həzrət imam Muhəmməd Təqi əleyhissəlamın viladət günüdür. Bu əziz günü ilk öncə həzrət imam Sahib əz-Zaman əleyhissəlama, sonra da bütün Əhli-Beyt sevərlərinə təbrik və gözünüz aydın deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 195-ci il rəcəb ayının 10-u vilayət və imamət səmasının 9-cu ulduzu həzrət imam Muhəmməd Təqi əleyhissəlamın viladət günüdür. Bu əziz günü ilk öncə həzrət imam Sahib əz-Zaman əleyhissəlama, sonra da bütün Əhli-Beyt sevərlərinə təbrik və gözünüz aydın deyirik.

İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı

Doqquzuncu İmamın adı Məhəmməd künyəsi Əbu Cəfər ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur. Anası, Peyğəmbərin həyat yoldaşı olmuş Maryəmi-Qibtiyyənin nəslindən hesab olunanSəbikə xanım, əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Riza (əleyhissəlam) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.

Həzrəti-Rza (əleyhissəlam) şəhadət edərkən İmam Cavad əleyhissəlam- ın təxminən səkkiz yaşı olmuş və iyirmi beş yaşında olarkən şəhadətə yetişmişdir. O həzrət Bağdadın Qüreyş qəbristan- lığında babası babası İmam Kazim əleyhissəlamın məzarının yanın- da dəfn olunmuşdur.

İmam Riza (əleyhissəlam) və İmam Cavad əleyhissəlamın səhabə-lərindən olmuş Əli ibn Əsbat deyir: “Bir gün İmam Cavad əleyhis- səlamın hüzuruna getdim. Görüş zamanı o Həzrətin üzünə diqqətlə baxaraq sifətini yadımda saxlamaq istəyirdim ki, Misirə getdikdən sonra onun tərəfdarlarına simasını təsvir edim. Elə bu vaxt İmam Cavad (əleyhis- səlam) mənimlə üz-üzə əyləşib buyurdu: “Ey Əli ibn Əsbat! Allah-taalanın imamət məsələsində gördüyü iş eynilə pey- ğəmbərlik məsələsində gördüyü iş kimidir. Allah-taala Həzrət Yusif (əleyhissəlam) barədə buyurur ki, Yusif gəncliyinin ən yetkin dövrünə çatdıqda, ona hikmət, peyğəmbərlik və elm verdik. Həzrət Yəhya (əleyhissəlam) barədə də buyurur: Biz uşaq ikən ona hikmət Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik verdik.

İmam Məhəmməd Təqi əleyhissəlamdan hədis

لَا تَكُنْ‏ وَلِيّاً لِلَّهِ‏ فِي‏ الْعَلَانِيَةِ عَدُوّاً لَهُ فِي السِّر

“Aşkarda Allah-taala ilə dost və gizlində Onunla düşmən olma”

Bu hədis həzrət Əmirəl-möminin Əli əleyhissəlamın buyurduğu hədisə bənzəyir ki, buyurur:

«لا تسبّنّ‏ إبليس‏ في‏ العلانية، و أنت صديقه في السرّ»

“Bir halda ki, gizlində İblislə dostluq edirsən, aşkarda İblisi söymə.”

Bir daha əziz mömin bacı-qardaşları həzrət imam Muhəmməd Təqi əleyhis- səlamın mövlud günü münasibətilə səmimi təbrik edir, bütün şiələrə o həz- rətin buyurduqlarına əməl etmək nailiyyəti arzulayırıq.
Etiketlər :