Həzrət Zeynəbi-Kubranın (əleyhasalam) vəfatı

29 November 2024

10:21

۱,۵۶۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 62-ci il, rəcəb ayının 15-i Rasulullah həzrət Xatəmin (sallallahu əleyhi və alih) qızı, Əmirul-möminin həzrət Əlinin (əleyhissəlam) zinəti, Siddiqeyi-Kubra həzrət Fatimeyi-Zəhranın (əleyhasalam) arzusu, həzrət İmam Həsən və imam Huseynin (əleyhiməssəlam) sirdaşı, Kərbəla qiyamının davamçısı –Ummul-məsaib həzrət Zeynəbi-Kubranın (əleyhasalam) vəfat günüdür
آخرین رویداد ها

Bismilləhir-Rəhmanir-Rəhim

Hicri-qəməri 62-ci il, rəcəb ayının 15-i Rasulullah həzrət Xatəmin (sallallahu əleyhi və alih) qızı, Əmirul-möminin həzrət Əlinin (əleyhissəlam) zinəti, Siddiqeyi-Kubra həzrət Fatimeyi-Zəhranın (əleyhasalam) arzusu, həzrət İmam Həsən və imam Huseynin (əleyhiməssəlam) sirdaşı, Kərbəla qiyamının davamçısı –Ummul-məsaib həzrət Zeynəbi-Kubranın (əleyhasalam) vəfat günüdür.

Əqileyi-Bəni Haşim həzrət Zeynəbi-Kubranın (əleyhasalam) Kərbəla qiyamında, məxsusən Aşura hadisəsindən sonra öhdəsinə olan böyük məsuliyyətləri bu xanımın İslam tarixində son dərəcə əzəmətli mövqeiyyətinə aydın dəlildir. Bu barədə bunu demək kifayətdir ki, həzrət Seyyiduş-Şuhəda imam Huseyn əleyhissəlam Aşura günü şəhadətə yetməzdən az öncə çox vacib və əhəmiyyətli vəsiyyətlərini özündən sonra Əhli-Beytin (əleyhimussəlam) bayraqdarı və Zeynul-Abidin həzrət imam Səccad əleyhissəlamın himayədarı ünvanında məhz bu şərafətli qadına buyurmuşdur. Həzrət Zeynəbi-Kubranın (əleyhasalam) ləqəblərini mülahizə etdikdə bu şəxsiyyətin Əhli-Beyt (əleyhimussəlam) baxımından vəsfedilməz əzəmətini dərk etmək çətin deyildir. Hər zaman, hər yerdə Kərbəla, Aşura, Qəməri Bəni-Haşim, imam Huseyn, Əli-Əkbər (əleyhimussəlam) və s. İslam dinini yaşadan şüarlar deyilirsə, bilavasitə -əsirlər dəstəsinin bayraqdarı, Əqileyi Bəni-Haşim, Ummul-məsaib, həzrət Zeynəbi-Kubra əleyhasalamın adı zehinlərdə canlanır. Şair bu sözləri necə də yerli demişdir ki;

Neynəva sirri Neynəvada qalardı əgər Zeynəb olmazsa,

Kərbəla sirri Kərbəlada qalardı əgər Zeynəb olmazsa.

Həzrət Zeynəbin (əleyhasalam) son dərəcə vəhşətli anlarda öhdəsinə olan böyük və çətin məsuliyyətləri layiqincə yerinə yetirməsi İslam dinində və Əhli-Beyt (əleyhimussəlam) məktəbində qadının uca və qibtə edilən məqamlara çatmasını və bəşəriyyətə nümunə olmasını sübut edir. Sevindirici haldır ki, Azərbaycan qadını da məhz həzrət Zeynəbi-Kubra və Əhli-Beytdən (əleyhimussəlam) ülgü götürərək, tarix boyu bütün hadisələrdə nümunəvi danışıq və əməlləri ilə şərafətli məqamlar kəsb etmişdir.

Burada həzrət Zeynəbi-Kubranın (əleyhasalam) Kufədə, qəddar və amansız İbni-Zadın (Allah ona və onun əməllərinə razı olanlara lənət etsin) sarayında o zalım və sitəmkar hakimin qarşısında çıxışından ancaq kiçik bir dialoqu sizə təqdim edirik:

فَقَالَتْ مَا رَأَيْتُ‏ إِلَّا جَمِيلًا هَؤُلَاءِ قَوْمٌ كَتَبَ اللَّهُ عَلَيْهِمُ الْقَتْلَ فَبَرَزُوا إِلى‏ مَضاجِعِهِمْ‏ وَ سَيَجْمَعُ اللَّهُ بَيْنَكَ وَ بَيْنَهُمْ فَتُحَاجُّ وَ تُخَاصَمُ فَانْظُرْ لِمَنْ يَكُونُ الْفَلْجُ يَوْمَئِذٍ هَبَلَتْكَ أُمُّكَ يَا ابْنَ مَرْجَانَة!

(İbni Ziyadın (lənətullah əleyh): - sizin Əhli-Beytə Allahın etdiyinə necə baxırsan? –deyə sualına, əsirlik halında bu qəddar hakimin yanına gətirilən həzrəti-Zeynəb (əlethasəlam) belə cavab verir:) “Mən (Allahdan) ancaq gözəllik gördüm! Bunlar o kəslərdir ki, Allah-taala onları (Allah yolinda) şəhid olmaq şərəfinə nail etmişdir. Onlar da öz aramgahlarına tərəf getdilər və Allah tezliklə səni də onların kənarında qərar verərək, sənin əleyhinə sübut və dəlil gətiriləcək. İndi özün o günü nəzərindən keçir ki, son qələbə kiminlədir? Anan sənin matəminə əyləşsin, ey (bədnam) Mərcanənin oğlu!”

Mənbə: Əl-Luhuf, Seyid ibn Tavus, səh.161; Biharul-ənvar, Əllamə Məclisi, cild 45, səh. 116.

Bir daha bu müsibətli günü həzrət Sahib əz-Zaman əleyhissəlama və Əhli-Beyt (əleyhimussəlam) məktəbinin davamçılarına təsliyət və başsağlığı deyir, bütün möminlərə şərəfli həyat arzulayırıq.

Etiketlər :