Namaz, iman və tövhid məhəki

23 November 2024

18:59

۱,۶۳۶

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Hacı Şeyx Muhəmməd Cavad Fazil Lənkəraninin "Namazın sirləri və qaydaları" mövzusunda bəyan etdiyi çıxışlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İnsan öz batini inamına və qəlbi imanına sığındığı halətdə Allah- təalanın uca dərgahı önündə dursun; namaz, bir aşiqin Haqq- təbarək və təalaya nisbət zəruri olan niyazıdır. Nə üçün tövsiyə olunubdur ki, insan hər zaman bir çətinliklə üzləşərsə, hətta dünyanın ən çətin məsələləri olsa belə, iki rükət namaz qılsın? Ona görə ki, həmin iki rükət namaz vasitəsilə Haqq- təbarək və təala ilə möhkəm və dərin əlaqə yaradır.

Rəvayətdə belə deyilir ki, insan namaz vaxtı qəlbinin vasitəsilə Haqq- təalaya üz gətirərsə, Allah da ona nəzər yetirər və bütün işlərini öhdəsinə götürər;

Allahda fani ol, kamal yalnız budur, bu

Faniliyi də məhv et, vüsal yalnız budur, bu

Əgər namaz halında insan özünü bütünlüklə Allaha, Allaha və Allaha həsr edərsə, Allaha yaxınlaşmaq üçün və Haqq- təbarək və təalanın camalını müşahidə etmək üçün namaz qılarsa, bu namaz, onun Həzrət Haqqa tərəf meracı olacaqdır.

Ümid edirəm, Allah- təala ürəklərimizi Öz ibadəti ilə saf və xalis etsin, namaz vasitəsilə Öz mərifətinin merac qapılarını hamımızın üzünə açsın, bununla da, həmişəkindən daha artıq namaz qılmaqdan ləzzət aparaq.

(ardını izləyin)

Etiketlər :

Namaz iman və tövhid məhəki