Musa ibn Cəfər imam Kazim əleyhissəlamın şəhadəti

08 July 2024

09:55

۱,۴۶۶

Xəbərin xülasəsi :
Hicri-qəməri rəcəb ayının 25-i həzrət Musa ibn Cəfər imam Kazim əleyhissəlamın şəhadətidir. İmam Zaman əleyhissəlamın və Əhli-Beyt şiələrinin bu kədərli və qəmli günü ilə əlaqədar bütün mömin bacı-qardaşlara təsəlli və başsağlığı deyirik
آخرین رویداد ها

Bismilləhir-Rəhmanir-Rəhim

Salam olsun Kəbə və Minanın övladına, Salam olsun o Nura ki, heç bir zindan onun işığını azalda bilmədi. Salam olsun o kəsə ki, uzun müddətli zindanları və ağır işgəncələri öz mətanəti və dözümü ilə sarsıtdı, vəsfedilməz səbri ilə zindanbanları heyrətə gətirdi. Salam o İmama ki, ziyarətgahı rəhmət, mərhəmət qapısı, abu- havası sınmış ürəklərə iltiyam olar, astanəsinə əl açanlar hacətlərini alar, qəlblər rahatlıq və asayişə çatarlar.

Salam olsun sənə, ey ehtiyaclıların Babul-həvayici! Salam olsun səbr, helm, dözümlülük və müqavimət bəxş edən gözəl və ətirli adına!

Hicri-qəməri rəcəb ayının 25-i həzrət Musa ibn Cəfər imam Kazim əleyhissəlamın şəhadətidir. İmam Zaman əleyhissəlamın və Əhli-Beyt şiələrinin bu kədərli və qəmli günü ilə əlaqədar bütün mömin bacı-qardaşlara təsəlli və başsağlığı deyirik.

İlahi! Peyğəmbər və Ali Peyğəmbərə salam və salavat göndər! Saleh bəndələrin vəsisi, elm mənbəyinin parlaq nuruna, dərgahında uzun səcdələrlə gecədən sübhə qədər Səninlə göz yaşları içində münacat edərək ibadətə məşğul olub istiğfar edən, xeyir, fəzilət, əta və ehsan mədəni, qaranlıq zindanlarda, sıxıntılı və dəhşətli zirzəmilərdə mübarək ayağı zəncirlərin halqasından ağrarıb yaralanan şəxsə salam yetir!.

İlahi! Necə ki, o, bəlalara səbr etdi, acılıqlara davam gəldi, hər an Sənin razılığına düşündü, Sənə ixlasla bəndəlik etdi, Sənin yolunda qiyam etdi, Sən də ona davamlı və gözəl alqışlar göndər və bizi də onun məhəbbətilə Öz fəzilət və ehsanından bəhrələndir!

Həzrət İmam Musa ibn Cəfər əleyhissəlam buyurur:

“Bəndənin Allah-taalaya yaxınlaşması üçün ən yaxşı vəsilə, ilahi mərifətə yiyələnməkdən sonra namaz və ata-anaya yaxşılıq etmək, təkəbbür, həsəd və xüdpəsəndliyi tərk etməkdir”.

Etiketlər :

Musa ibn Cəfər imam Kazim əleyhissəlamın şəhadəti