Həzrət Əbu Talib əleyhissəlamın vəfatı

24 November 2024

02:37

۱,۹۶۷

Xəbərin xülasəsi :
Hicri-qəməri rəcəb ayının 26-ı, Əmirəl-möminin həzrət Əli əleyhissəlamın əziz atası, Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) əmisi və ən böyük himayədarı həzrət Əbu Talib əleyhissəlamın vəfat günüdür
آخرین رویداد ها

Bismilləhir-Rəhmanir-Rəhim

Hicri-qəməri rəcəb ayının 26-ı həzrət Əbu Talib əleyhissəlamın vəfatı günüdür. Əmirəl-möminin həzrət Əli əleyhissəlamın əziz atası, Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) əmisi və ən böyük himayədarı həzrət Əbu Talib əleyhissəlam məbəsin 10-cu ilinin sonunda vəfat etmiş və həmin tarixdən üç gün (bəzilərinin dediyinə görə 35 gün) keçdikdən sonra Xanım Xədiceyi-Kubra əleyhasalam vəfat etmişdir. Bu iki şəxsiyyətin vəfatı o qədər qəmli və kədərləndirici olmuşdur ki, Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alih) bu müsibətə ağlamış və həmin ili “hüzn ili” adlandırmışdı. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Əbu Talib əleyhissəlamın cənazəsi müqabilində gedərək sızıltı ilə demişdir:

Ey Əmi! Sən siləyi-rəhm etdin, mənim yolumda heç nəyi əsirgəmədin, Allah-taala sənə xeyir versin!

Həzrət Əli əleyhissəlam əziz atasının və Xanım Xədicənin vəfatında mərsiyə demiş, kədər və qəmini bu yolla bəyan etmişdir.

Həzrət Əbu Talib əleyhissəlamın vəfatından sonra müşriklər Peyğəmbəri-Əkrəmi (sallallahu əleyhi və alih) himayəsiz görüb o Həzrət qarşı düşmənçiliklərini artırmış və Həzrətə açıq-aşkar əziyyət və təhqir etməyə cürət tapmışlar.

Rəsulullah (sallallahu əleyhi və alih) həzrət Əbu Talib barəsində buyurur: “Onun məsəli Əshabi-Kəhfin məsəli kimidir”, öz imanını gizlətmişdir ki, Peyğəmbərdən himayədarlıq edə bilsin və Qureyş kafirlərinin şərrini zərərləşdirsin”.

Həzrət imam Sadiq əleyhissəlamdan belə rəvayət olunur ki, buyurub: “Əgər Əbu Talib əleyhissəlamın imanını tərəzinin bir gözünə və xalqın imanını tərəzinin o biri gözünə qoysalar, şübhəsiz ki, Əbu Talibin imanı xalqın imanından ağır və çox gələr”.

Bu müsibəti Əhli-Beyt əleyhimussəlama, xüsusən İmam Zaman əleyhissəlamın hüzuruna təsliyət və başsağlığı deyir, bütün möminlərə İslam dinini, imamət və vilayəti qorumaqda o Həzrətə iqtida etməyi arzu edirik!

Etiketlər :

Həzrət Əbu Talib əleyhissəlamın vəfatı