Namaz, Haqqa tərəf seyr

23 November 2024

19:04

۱,۵۹۶

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Cavad Fazil Lənkəraninin (Allah bərəkətli ömrünü uzun etsin) "Namazın əsrarı və ədəb qaydaları" mövzusunda bəyan etdiyi çıxışlarından
آخرین رویداد ها

Bismilləhir- Rahmənir- Rahim

Namaz, Haqqa tərəf seyr

Namaz qılan şəxsin xüsusi diqqət yetirəsi məsələlərdən biri bundan ibarətdir ki, namazın Haqq- təbarək və təalaya tərəf bir seyr olduğunu bilməlidir. Namaz vasitəsilə insan bu aləmdən, aləmin mövcudatından, dünyadan və onda olanlardan, bu kəsrətdən və zülmətlərdən uzaqlaşır. Onun Allaha tərəf seyr etməsi başlayır və namazın sonunda, nuraniyyət, tövhid və müşahidədən ibararət olan çox əzəmətli bir sərmayəni ələ gətirməklə yenidən həmin aləmə qayıdır və -- السلام علینا و علی عباد الله الصالحین -- “əssəlamu ələyna və əla ibadilləhis- salehin” – xitabı ilə saleh bəndələrə təvəccöh edir. Əgər bu səfəri daha dəqiq və daha dərindən bəyan etmək istəsək; ariflər və hikmət sahibləri “salik” (Allaha tərəf seyr edən) insan üçün dörd səfəri təsvir və qeyd etmişlər ki, bu dörd səfəri namazda tapmaq olar.

Birinci səfər: -- سفر من الخلق الی الحق  -- “Xəlqdən Haqqa tərəf olan səfət”, xəlqdən səfər edir, yəni insan öz nəfsindən və dünyadan ayrılsın, Allah- təbarək və təalaya tərəf seyr etsin. Bu səfər niyyətlə başlanır, Allaha yaxınlaşmaq və Onun əmrini yerinə yetirmək məqsədi ilə namaza dayanır.

İkinci səfər: -- سفر من الحق الی الحق بالحق -- “Haqq vasitəsilə Haqdan Haqqa olan səfər”, haqqın özündə səfər edir, bu səfər Allahın sifətləri və isimlərindədir. Bu məqamda artıq insan xəlqdən və çoxluqlardan tam şəkildə kəsilmiş və vəhdətdə seyr edir. Bu seyrin sonu yoxdur, elə bir seyrdir ki, onda Allahın bəzi sifətləri və isimlərini dərk edə bilərik; Allahın əzəmətini, Allahın böyüklüyü və qüdrətini, Allahın elm və hikmətini, Allahın rəhimliyi və rəhmanlığını, Allahın malikiyyətini qavrayır və Allaha təsbih (pak- pakizə sanma), təqdis (müqəddəs), təhmid (həmd) edirik. İnsan bu seyr etmədə Allahın sifətləri və isimlərinə məşğuldur. Yəni insan bu ikinci mərhələyə çatarkən gərək xoşagəlməz xislətləri, dünyəvi və məzəmmətedici sifətləri birdəfəlik kənara qoysun. Bu ki, rəvayətlərdə deyilir: “Əgər insan namazın şəraitini riayət etsə, bütün günahlardan pak olar”, sirri budur ki, əgər insan namazın şəraitini riayət etsə, bütün aludəliklərdən pak olar və İlahi sifətlərə və adlara müvafiq əxlaqi səciyyələrə yiyələnər. Ona görə, belə insan hər namazdan sonra sanki yeni anadan doğulmuş, pakdır. Elə fikirləşməyək ki, bu müvəqqəti və qeyri- real bir məsələdir. Allah- təala buyurursa: əgər bir kəs namaz qılsa, Mən onun naməyi- əmalını və günahlarını pak edərəm – hərçənd bu da zahiri baxımdan müəyyən mənada təfsir edilə bilər – amma düzü budur ki, namazın həqiqəti və insanın namazda nail olduğu bu ikinci seyretmə səbəbinə, insan İlahi sifətlər və adlara uyğun əxlaqi səciyyələrə yiyələnir və Allah- təbarək və təalanın vəsflərini mənimsəməklə ən uca əxlaqi mərtəbələrə yüksəlir.

(ardını izləyin)

Etiketlər :

Namaz Haqqa tərəf seyr