Mübarək Şəban ayının gəlişi təbrik olsun

08 July 2024

09:54

۱,۵۴۴

Xəbərin xülasəsi :
Həzrət Muhəmməd (sallallahu əleyhi və alih) buyurub: “Şəban mənim ayımdır, hər kəs bu ayda bir gün oruc tutarsa, Behişt ona vacib olar”


آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Mübarək Şəban ayının gəlişi bütün müsəlmanlara təbrik olsun.

Həzrət Muhəmməd (sallallahu əleyhi və alih) buyurub: “Şəban mənim ayımdır, hər kəs bu ayda bir gün oruc tutarsa, Behişt ona vacib olar.”

Şəban ayı insanın Allah-taalaya yaxınlaşması üçün münasib olan çox fəzilətli aylardandır.

Bu ayda böyük şəxsiyyətlər, vilayət və imamət səmasının ulduzları dünyaya göz açmışlar;

Şəban ayının 3-ü Həzrət İmam Huseyn əleyhissəlamın təvəllüd günü;

Şəban ayının 4-ü Həzrət Əbul-Fəzl Əbbas əleyhissəlamın təvəllüd günü;

Şəban ayının 5-i Həzrət İmam Səccad əleyhissəlamın təvəllüd günü;

Şəban ayının 15-i Həzrət İmam Sahib əz-Zaman əleyhissəlamın təvəllüd günüdür.

Bu ayın 15-i gecəsi Qədr gecəsi qədər fəzilətə malikdir və din rəhbərləri, məsum imamlar əleyhimussəlam bu gcənin ehya edilib ibadətinə çox təkid buyurmuşlar.

Bu ay son dərəcə şərafətli və Həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) mənsubdur.

Bu ayda məsumların yerinə yetirdikləri ən mühüm əməllərdən biri Allah-taala ilə xüsusi münacat etmək olmuşdur. Bu münavatlardan biri Həzrət İmam Əli əleyhissəlam və o həzrətin əziz övladlarından nəql edilən “Şəbaniyyə münacatı” adı ilə məşhur olan münacatdaır.

Bu möhtəşəm münacatın bəzi fəqərələri belədir:

İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir!

Səni çağıran zaman duamı, səsləyən zaman nidamı eşit, Səninlə minacat etdikdə mənə nəzər sal.

Sən qəlbimdə olanları bilirsən və hacətimdən xəbərdarsan.

Ey Rəbbim, ömrümün sonunadək istər gizli, istərsə də aşkar, Sənin qəza-qədərinə bağlıyam.

İlahi, əgər məni məhrum etsən, kim mənə ruzi verəcək.

İlahi, qəzəbinə düçar olmamaq üçün Sənə sığınmışam.

İlahi, Sənin rəhmətinə layiq olmasam da, Sən geniş mərhəmətinlə mənə ehsan etməyə layiqsən.

İlahi, sanki özümü Sənin dərgahında görürəm.

İlahi, əgər məni əfv edəcəksənsə, həqiqətən də, bu iş üçün Səndən layiqlisi yoxdur.

İlahi, mən özümə çarə qılmaqda zülmə yol verdim. Əgər bağışlamasan, vay olsun mənə!

İlahi, dünya həyatında daim ehsanından faydalandım. Ölüm zamanı da ehsanını məndən əsirgəmə. İlahi, həyatım boyu mənimlə yalnız gözəl rəftar etdiyin halda ölümümdən sonra rəhmət nəzərindən ümidimi necə üzüm?!

İlahi, Sən Özünə layiq şəkildə işlərimi öhdənə götür. Nadanlığında qərq olmuş günahkarı fəzlindən faydalandır.

İlahi, dünyada günahlarımı gizlətdin. Axirətdə isə onları gizlətməyinə daha çox ehtiyacım var.

İlahi, bəxşişin ümidimi artırır, əfv və güzəştin əməlimdən çox üstündür.

İlahi, mühakimə günü öz görüşünlə məni bəndələrin arasında şad et.

İlahi, Sənə üzrxahlığım üzrünün qəbul olunmasına ehtiyacı olan kəsin üzrxahlığıdır.

İlahi, üzrümü qəbul et.

İlahi, istəyimi geri qaytarma, umacağımdan ümidimi üzmə, arzu və ümidimi kəsmə!

İlahi, əgər Sən məni xar etmək istəsəydin, hidayət və ehsanınla məni başıuca etməzdin! Əgər məni rüsvay etmək istəsəydin, məni bağışlamazdın!

İlahi, güman etmirəm ki, məni bir ömür arzuladığım istəkdən məhrum edəsən.

İlahi, Sənə Sənin istədiyin və razı qaldığın kimi, sonsuz və daim artmaqda olan həmişəlik, əbədi və daimi həmd edirəm.

İlahi, əgər məni günahlarımla tanısan, mən də Səni əfvinlə tanıyacağam! Əgər məni günahlarıma görə cəzalandırsan, mən də Sənin məğfirətini diləyəcəyəm. Əgər məni cəhənnəmə atsan, mən də cəhənnəm əhlinə ki, Səni sevdiyimi deyəcəyəm!

İlahi, əgər itaətimlə müqayisədə əməlim çox kiçikdirsə, Sənə ümidlə bağlı arzum çox böyükdür.

İlahi, Sənin lütf və mərhəmətinə yaxşı gümanım olduğu, Sən mənə daim mərhəmət göstərim, sonda da məni nicat əhlindən edəcəyin halda, Sənin yanından necə məhrum və əliboş qayıdım?

İlahi, ömrümü əyriliklərlə və Səndən qəflətdə məhv etdim. Cavanlığımı Səndən uzaq düşüb məstliklə puça çıxardım.

İlahi, mən qəflətdə olduğum vaxtlar ayılmadım və Sənin qəzəbinlə sonuclanan yolda israrla dayandım!

İlahi, mən Sənin bəndənəm. Mən Sənin bəndənin övladıyam. İndi Sənin dərgahında dayanmış və Sənə çatmaq üçün kərəminə təvəssül etmişəm.

Əziz mömin bacı-qardaşlar, taət və ibadətlərinizin qəbul olması və mübarək Ramazan ayına hazırlıq üçün ən gözəl və əlverişli zaman olan Şəban ayından lazımi dərəcədə faydalanmağınız ümidi və bu böyük ayın pak mövludları münasibətilə hamınızı səmimi qəlblə təbrik edirik!

Etiketlər :

Mübarək Şəban ayının gəlişi təbrik olsun