Namaz, Haqqa tərəf seyr
23 November 2024
18:59
۱,۵۶۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
İkinci səfər Haqq- təalanın sifətləri ilə vəsf edilmək və üfüqi- əlaya (ən uca üfüqə) vüsul olub qovuşmaqdır. Ariflərin kəlamında yenə incə bir məsələ vardır; birinci səfər üfüqi- mubinə (aydın və aşkar üfüqə) vüsul olmaqdır ki, üfüqi- əladan bir mərhələ aşağı və altdadır. İkinci səfərdə insan çox- çox yüksək bir üfüqə yüksəlir, üçüncü səfərdə isə yenidən vəhdətdən (təklikdən) kəsrətə (çoxluğa) qayıdaraq; -- من الحق الی الخلق – Allahdan qeyrisinin inkarına, tövhidə və Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) risalətinə şəhadət verir. Amma dördüncü səfərdə; -- من الخلق الی الخلق بالحق – vəhdət baxışı ilə kəsrətə və Allahın saleh bəndələrinə üz gətirir.
Gördüyünüz kimi, bu dördlük səfər və mənzillər tamamən bu ibadətdə toplanmışdır. Görəsən, səzavar deyilmi ki, biz bu ibadəti düzgün əncam verək, səzavar deyilmi ki, biz gerçəkdən özümüzə gələk və deyək: Allahın bizim ixtiyarımızda qərar verdiyi bu böyük sərmayəni zaye etməyək və ondan düzgün istifadə edək. Hər gün namazımızı öncəki günlərlə müqayisə edək, görək bu namaz hansı məziyyətə malik idi? Böyüklər buyurmuşlar və eləcə də vardır: hər namazda İlahi övliyaların üzünə bir sıra qapılar açılır, hər namazda onların qəlbinə, gözlərinə və dillərinə bir növ hikmətlər cari olur. Namazın qədrini bilək! Allahdan istəyək; namazın qədrini bizim vücudumuzda, nəfsimizdə və qəlbimizdə qərar versin!
(ardını izləyin)