Həzrət İmam Sahib əz-Zaman əleyhissəlamın mövludu

08 July 2024

09:54

۱,۴۸۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 255-ci il Şəban ayının 15-i bəşərin nicat vericisi, Bəqiyyətullah həzrət İmam Sahib əz-Zamanın (əleyhissəlam) mövlud günüdür. Əhli-Beyt əleyhimussəlamın bu sevinc və şad günündə Onlarla həmrahlıq edib Höccət ibni Həsən Əleyhimgücəsi vəssəlamın hüzuruna təbrik deyir, bütün Əhli-Beyt aşiqlərinə gözaydınlığı veririk!


آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 255-ci il Şəban ayının 15-i bəşərin nicat vericisi, Bəqiyyətullah həzrət İmam Sahib əz-Zamanın (əleyhissəlam) mövlud günüdür. Əhli-Beyt əleyhimussəlamın bu sevinc və şad günündə Onlarla həmrahlıq edib Höccət ibni Həsən Əleyhimgücəsi vəssəlamın hüzuruna təbrik deyir, bütün Əhli-Beyt aşiqlərinə gözaydınlığı veririk!

Şəban ayının 15-ci günü və gecəsi dini mənbələrdə İslam təqviminin ən mühüm günlərindən biri kimi qiymətləndirilr. Bu günün şənində Əhli-Beyt əleyhimussəlamın hədislərində yüksək və  dəyərli tövsiyələr vardır.

Bu gecənin bir neçə əməli vardır:

1. Qüsl almaq. Günahların yüngülləşməsinə səbəb olur.

2. Əhya saxlamaq (gecəni səhərə kimi oyaq qalmaq). İmam Zeynulabidin (əleyhissəlam) etdiyi kimi bu gecəni dua, namaz və istiğfarla keçirmək. Bir hədisdə nəql olunur ki, hər kəs bu gecəni əhya eləsə (yəni, oyaq qalmaqla onu diri, canlı saxlasa), bütün ürəklərin ölən günü onun qəlbi ölməz.

3. İmam Hüseynin (əleyhissəlam) ziyarəti. Bu gecənin ən fəzilətli və günahların bağışlanmasına səbəb olan əməllərindən biridir. Hər kəs 124 min peyğəmbərin ruhunun onunla görüşməsini istəsə, gərək İmam Hüseyni (əleyhissəlam) bu gecədə ziyarət etsin. Ziyarətin ən azı budur ki, həmin gecə evinin damına çıxıb sağa-sola baxıb başına asimana tərəf qaldırıb bu sözləri desin: “Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh”. Hər kəsin harada olmasından asılı olmayaraq həzrəti bu qayda ilə ziyarət etsə, ona həcc və ümrənin savabı yazılar...

Bəli, bu gün on ikinci imam, mövlamız, ağamız Sahibəzzaman Mehdinin (əleyhissəlam) mövlud günüdür: O həzrəti hər bir zamanda və hər bir məkanda ziyarət etmək və ziyarət edərkən zühurunun tezləşməsi üçün dua etmək müstəhəbdir. Samirrada yerləşən Sərdabda ziyarət etmək daha da təkid olunmuşdur. Çünki həzrət yəqinən oradan zühur edəcək və Yer kürəsini ədalətlə dolduracaq, necə ki, zülmlə dolmuşdur.


Etiketlər :

Həzrət İmam Sahib əz-Zaman əleyhissəlamın mövludu