Namaz, yəqinə çatmaq yolu
23 November 2024
19:06
۱,۵۳۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-
Rahmənir- Rahim
Əgər insan Allah- təalanın dərgahında etibar qazanıb oraya yol tapmaq istərsə, ibadət etmədən buna nail ola bilməz. Elə burada bir məsələyə işarə etmək lazımdır: Həqiqətlərdən qafil olan bir sıra şəxslər deyirlər ki, insan yəqin mərhələsinə yetdikdən sonra, artıq namaz qılmağa ehtiyacı yoxdur. Bu necə ola bilər ki, namaz qılmaq nəticəsində yaranan bu yəqinlik məqamı, sonradan namaz olmadan insan üçün baqi qalıb davam etsin?! Əgər insan istəsə yəqinliyi günü- gündən daha möhkəm və daha dərin olsun, ibadətini getdikcə artırması gərəkdir. Böyüklərimiz və ilahi övliyaların bu qədər namaza böyük eşq bağlamalarının sirri də bundadır ki, onlar hər bir namazın vasitəsilə özlərinin yəqinlik dərəcələrini daha bir mərtəbə artırmışlar. Biz gərək hesablayıb görək ki, indi bu qılıb qurtardığımız namaz, nə qədər bizim Allaha olan yəqinliyimizi artırmışdır? Əgər namazdan sonra özümüzü Allaha daha yaxın görəriksə, bu naqis nəfsimizlə Allahı daha çox müşahidə edəriksə, qəlbimizdə Allahın əzəməti daha çox artarsa, onda bilinər ki, bizim yəqin mərhələmiz yüksəlmişdir. Amma əgər namazdan sonra görsək ki, namazdan qabaq olan halımızda heç bir fərq etməmişdir, deməli, bu namaz bizdə heç bir əsər qoymamışdır və buna təəssüflənmək lazımdır.
Beləliklə, namaz qılmağa dayandığımız zaman, Haqq- təbarək və təalanın dərgahında qiyam edərək Allahla münacat etmək istəyiriksə, öz yəqinliyimizi artırmaq istəyimizə diqqət etməliyik. Biz, yəqin dərəcəmizin artmasına ehtiyaclıyıq. Bizim, günbəgün öz yəqinimizi artırmağımıza ehtiyacımız vardır. Demək, ibadətin mühüm təsirlərindən biri, məhz yəqin mərhələsinə çatmaqdır ki, bu da elə tam tövhid məqamıdır. Yeri gəldikdə ariflər bu mətləbi bəyan etmişlər ki, tam tövhid məqamı o deyil ki, insan öz iradəsi ilə Allahdan qeyrisindən diqqətini kəssin. Əslində bundan daha yuxarıdır, yəni “inqita”dır (qət olunmaqdır). İnsan gərək elə bir mərtəbəyə çatsın ki, özü də bilmədən Allahdan qeyrisinə diqqət etməsin və onun bütün təvəccöhü ancaq Allaha olsun. Onun bütün vücudu Haqq- təbarək və təalanın əzəmətində məhv olsun. İnsan gərək mülahizə etsin ki, namazdan nə qədər miqdarda öz vücudunu, bütünlüklə Allah- təbarək və təalanın məhzərində görür və O Həzrətdə məhv ola bilir? Xoşbəxt o şəxsdir ki, bütün namaz əsnasında belə bir hal tapa bilsin, bu onun üçün ən böyük müvəffəqiyyətdir. Allah- təaladan istimdad diləyirik ki, belə bir məqsədə nail olmağı bizim hamımıza inayət buyursun, inşaallah!
(ardını izləyin)