Həzrət İmam Həsən əleyhissəlamın təvəllüdü
28 November 2024
20:20
۱,۵۲۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əli əleyhissəlamın xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir. Həzrət İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur.
İkinci İmam elm təqva zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin fağır və imkansızların pənahı ehtiyacı olanların ümid yeri idi.
Məşhur sünni alimi Cəlaləddin Süyuti öz kitabında yazır:«Həsən ibn Əli (əleyhissəlam) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O alicənab səbirli vüqarlı mətin səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi.» (Tarixul-xuləfa, səh. 189)
İmam Həsən əleyhissəlamın həyatının ən əsas və ən mühüm hissəsi onun Müaviyə ilə sülh bağlaması və İmamın məcburi şəkildə xilafətdən eləcə də İslam hökumətindən kənarlaşdırılmasıdır. İmam əleyhissəlamın həyatının bu hissəsi barədə çoxlu söhbətlər və müzakirələr olmuş, təhlillər aparılmışdır. Bu sülh müqaviləsinin səbəblərini və onun tarixi əhəmiyyətini yaxşı anlamaq üçün tarixi səhifələməli və məsələni əsas tarixi faktlara istinad edərək araşdırmaq gərəkdir.
Mücahid Əllamə Seyyid Şərəfüddin Amili görkəmli alim Şeyx Razi Ali-Yasinin çox dəyərli olan «Sülhül-Həsən» (İmam Həsən əleyhissəlamın sülhü) adlı kitabına yazdığı ön sözdə deyir: «...İmam Həsən əleyhissəlamın ən əsas məqsədi o idi ki cəddi Peyğəmbərin (səlləllahu əleyhi və alih) dinini aradan aparmaq üçün çəkilmiş planların qarşısını almaq üçün bu zalımların üzündəki pərdəni götürüb onları camaata olduğu kimi tanıtdırsın. İmam bu məqsədinə tam şəkildə nail oldu. Əməvilərin çirkin üzündəki pərdə götürüldü və onların həqiqi siması aşkar oldu. (Bu nemətə görə Allaha şükr olsun!) İmam Həsən əleyhissəlamın bu tədbirinin nəticəsində qardaşı İmam Hüseyn (əleyhissəlam) həqiqəti üzə çıxaran və ağıl sahiblərinə ibrət dərsi olan o böyük inqilabı həyata keçirtdi...
İmam Həsən (əleyhissəlam) haqqı bəyan etməkdə və İslam əsaslarını qorumaqda əsla səhlənkarlıq etməzdi. O həzrətin Müaviyə və onun əlaltıları ilə, o cümlədən, Əmr As Ütbə ibn Süfyan Vəlid ibn Ütbə Müğeyrə ibn Şübə və Mərvan ibn Həkəm kimilərlə apardığı kəskin mübahisələri bu iddianın şahididir.
Əziz müsəlman bacı-qardaşlar, Ramazan ayının 15-ci gününün mövludu münasibətilə sizlərə təbrik deyir və oruc-namazlarınızın qəbul olmasını uca Allahdan diləyirik!