Rəvayətlərdə qəlbdən məqsəd

08 July 2024

05:58

۱,۶۴۵

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

 

Bismilləhir-Rahmənir-Rahim

Rəvayətlərdə qəlbdən məqsəd

إِنَّ فِي ذَلِكَ لَذِكْرَى لِمَنْ كَانَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى السَّمْعَ وَهُوَ شَهِيدٌ[1]

Şübhəsiz ki, bu cəzalarda huşyar qəlb sahibi, yaxud (öyüd-nəsihətə) diqqətlə qulaq asan kimsə üçün bir ibrət vardır.

Bəhsimiz qəlb sözünün mənası və onunla ümumi şəkildə bağlı olan məsələlərə yetişdi. Mərhum İmam (Allah ondan razı olsun) buyurur: Aləmdə bütün mövcudatın nuraniyyəti və kamalı, onların növlük surəti və son kamalı ilə müəyyən olunur. Amma insanın kamal və səadəti, onun nəfsinin natiqliyinə bağlıdır, hansı ki,  həmin “İlahi nəfxə”dir ki, Allah-taala buyurur: “وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي” (Ona surət verib ruhumdan üfürdüm). Qəlb kəlməsindən bizim məqsədimiz də Allah-taalanın insana əmanət verdiyi elə həmin insanlıq həqiqətidir. O, bir ruhdur ki, bu maddi cismə üfürüldü və insanın bütün vücudunu bürüdü. O, insanın həqiqətini təşkil edir. Biz, “ibadətin əsrarı” bəhsində belə bir həqiqət barəsində söhbət edirik. Bu həqiqətin daha da nurani olmasını və ya öz nuraniliyini itirməsini bəyan etmək məqamındayıq. Bu həqiqət necə kamala yetir və necə kamaldan qalır? Eləcə də, namaz və ibadətlə əlaqədar bu məsələ müzakirə edilir ki, bu həqiqətin insanın əməli ilə nə qədər rabitəsi vardır. Mümkündür belə bəyan etmək daha münasib olsun ki, Allah-təbarək və təala Öz rəhmani nəfxəsi ilə insanın vücuduna üfürdüyü kimi, insan da ixtiyarında olan bu İlahi nəfxə ilə öz əməllərinə üfürür və onlara həyat verir. İnsanda bu nəfs və əməlin əlaqəsi hər miqdar çox güclü olsa, onu “hüzuri-qəlb” təbiri ilə bəyan edirik.

Qəlb kəlməsi ilə bağlı qeyd olunacaq ikinci mətləb budur ki, ümumiyyətlə namaz bəhsini nəzərə almasaq rəvayətlərdə qəlb barəsində bir sıra məsələlərə işarələr vardır, o cümlədən:

"إِذَا أَرَادَ اللَّهُ بِعَبْدٍ خَيْراً جَعَلَ لَهُ وَاعِظاً مِنْ‏ قَلْبِه‏"[2]


[1] Qaf surəsi, ayə 37.

[2] Biharul-ənvar, cild 70, səh. 327.

(ardını izləyin)


Etiketlər :

Rəvayətlərdə qəlbdən məqsəd