Həzrət Səccad əleyhissəlamın şəhadəti
29 November 2024
04:15
۱,۵۰۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Səccad (əleyhissəlam) şiələrin üçüncü İmamı Həzrət Hüseyn ibn Əli əleyhissəlamın oğludur. Anasının adı Şəhrəbanudur. Ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (əleyhissəlam) hicrətin otuz səkkizinci ilində dünyaya gəlmişdir.
Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası imam Əli əleyhissəlamın hakimiyyət illərini görmüş ondan sonra isə on il əmisi Həzrət imam Həsən əleyhissəlamın İmamət dövrünü dərk etmişdir. İmam Həsən (əleyhissəlam) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili İmam Həsən əleyhissəlamın şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseynin (əleyhissəlam) yanında olmuşdur.
Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının qiyam və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt (əleyhimussəlam) əsirləri ilə birlikdə Kufəyə sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay edib sarsıtdı. Şamdan qayıtdıqdan sonra yenidən Mədinə şəhərində yaşamağa davam etdi.
Nəhayət hicrətin doxsan dörd ya da doxsan beşinci ili, məşhur nəzərə əsasən məhərrəm ayının on ikisi, bəzi alimlərin fikrincə isə məhərrəm ayının iyirmi beşi şəhadətə qovuşdu. O Həzrət Mədinə şəhərində Bəqi qəbiristanlığında əziz əmisi həzrət İmam Həsən əleyhissəlamın qəbrinin kənarında dəfn olunmuşdur.
Bütün müsəlmanlara o həzrətin şəhadət gnünü başsağlığı və təsəlli deyirik. İnna lillah və inna iləyhi raciun!
Həzrət İmam Səccad əleyhissəlamdan bir hədisi təbərrük olaraq siz əzizlərə təqdim edirik:
قَالَ عَلِيُّ بْنُ الْحُسَيْنِ عليه السلام: مُجَالَسَةُ الصَّالِحِينَ دَاعِيَةٌ إِلَى الصَّلَاحِ وَ آدَابُ الْعُلَمَاءِ زِيَادَةٌ فِي الْعَقْلِ وَ طَاعَةُ وُلَاةِ الْعَدْلِ تَمَامُ الْعِز...
Həzrət Səccad əleyhissəlam buyurur:
Allah-talanın saleh bəndələri ilə oturub yoldaşlıq etmək sülh və əminamanlığa, alimlərin ədəb və əxlaqlarını mənimsəmək insan əqlinin artmasına və ədalətli övliya və din rəhbərlərinə itaət etmək də insanın tam izzət və şərafətinə səbəb olar...
Mənbə: Əl-Kafi, 1-ci cild, səh. 20.