Fiqh elmi və alimin dəyəri
29 November 2024
05:04
۱,۵۶۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Kazim (əleyhissəlam) buyurur:
فَقِيهٌ وَاحِدٌ يُنْقِذُ يَتِيماً مِنْ أَيْتَامِنَا الْمُنْقَطِعِينَ عَنَّا وَ عَنْ مُشَاهَدَتِنَا بِتَعْلِيمِ مَا هُوَ مُحْتَاجٌ إِلَيْهِ، أَشَدُّ عَلَى إِبْلِيسَ مِنْ أَلْفِ عَابِدٍ.لِأَنَّ الْعَابِدَ هَمُّهُ ذَاتُ نَفْسِهِ فَقَطْ، وَ هَذَا هَمُّهُ مَعَ ذَاتِ نَفْسِهِ ذَاتُ عِبَادِ اللَّهِ وَ إِمَائِهِ لِيُنْقِذَهُمْ مِنْ يَدِ إِبْلِيسَ وَ مَرَدَتِهِ. وَ لِذَلِكَ هُوَ أَفْضَلُ عِنْدَ اللَّهِ مِنْ أَلْفِ أَلْفِ عَابِدٍ وَ أَلْفِ أَلْفِ عَابِدَة
“Bizim yetimlərdən olan, bizə əli çatmayan və bizi görə bilməyən bir yetimə nicat verib ona ehtiyac duyduğu (şəriət) məsələlərini təlim verən bir fəqih İblisə qarşı min abiddən daha şiddətlidir. Çünki abidin səyi və hümməti yalnız özünə aiddir. Amma bunun (fəqihin) hümməti və səyi özündən əlavə, Allahın qul və kənizlərini də xilas etməyə yönəlir ki, onları İblisin və onun əlaltılarının şərindən xilas etsin. Buna görə də (onun məqamı) Allah yanında min-min abid kişidən və min-min abid qadından üstündür.”
Mənbələr:
İmam Həsən Əskəriyə (əleyhissəlam) mənsub edilən təfsir, səh. 343;
“Ehticac”, Təbərsi, 1-ci cild, səh. 8, 2-ci cild, səh. 170;
“Sirati müstəqim”, Əli ibni Yunis Amili, 3-ci cild, səh. 56;
“Əvalil-ləali”, İbni Əbi Cumhur, 1-ci cild, səh. 18;
“Munyətul-murid”, Şəhid Sani, səh. 117;
“Biharul-ənvar”, Əllamə Məclisi, 2-ci cild, səh. 5