İnsanın dəyəri onun agahlıq və bəsirəti ilə ələ gəlir

29 November 2024

05:07

۱,۵۷۲

Xəbərin xülasəsi :
Hər kəsin məqam və dəyərinin meyarı, onun agahlıq və mərifəti qədərindədir. Çünki mütəal Allah dünyada insana verdiyi ağıl qədərində onun əməllərindən hesab çəkəcəkdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Burəyd Rəzzaz, həzrət imam Sadiqdən (əleyhissəlam) nəql edir ki, atam imam Baqir (əleyhissəlam) mənə belə buyurdu:

يَا بُنَيَّ اعْرِفْ مَنَازِلَ الشِّيعَةِ عَلَى قَدْرِ رِوَايَتِهِمْ وَ مَعْرِفَتِهِمْ فَإِنَّ الْمَعْرِفَةَ هِيَ‏ الدِّرَايَةُ لِلرِّوَايَةِ وَ بِالدِّرَايَاتِ لِلرِّوَايَاتِ يَعْلُو الْمُؤْمِنُ إِلَى أَقْصَى دَرَجَاتِ الْإِيمَانِ إِنِّي نَظَرْتُ فِي كِتَابٍ لِعَلِيٍّA ‏فَوَجَدْتُ فِي الْكِتَابِ أَنَّ قِيمَةَ كُلِّ امْرِئٍ وَ قَدْرَهُ مَعْرِفَتُهُ إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى يُحَاسِبُ النَّاسَ عَلَى قَدْرِ مَا آتَاهُمْ مِنَ الْعُقُولِ فِي دَارِ الدُّنْيَا

“Oğlum! Şiələrin məqam və mənziləsini onların rəvayət və mərifətinin qədərindən əldə et. Çünki mərifətin kəsbi, din rəhbərlərinin sözünü dərk etməyə bağlıdır. Onların kəlamlarını dərk etmək səbəbi ilə mömin şəxs özünü imanın ən yüksək qüllələrinə çatdırır. Bu ibarəni həzrət imam Əlidən (əleyhissəlam) qalan bir kitabda müşahidə etdim: Hər kəsin məqam və dəyərinin meyarı, onun agahlıq və mərifəti qədərindədir. Çünki mütəal Allah dünyada insana verdiyi ağıl qədərində onun əməllərindən hesab çəkəcəkdir.”

Mənbələr:

“Məanil-əxbar”, Şeyx Səduq, səh. 1;

“Üsuli sittə əşərə”, mühəddislərdən bir qrupu, səh. 3;

“Biharul-ənvar”, Əllamə məclisi, 1-ci cild, səh. 106


 

Etiketlər :

İnsanın dəyəri onun agahlıq və bəsirəti ilə ələ gəlir