28 səfər Peyğəmbərin (s) və imam Həsənin (ə) şəhadəti

29 November 2024

05:11

۱,۴۱۵

Xəbərin xülasəsi :
Hicri qəməri 28 səfər Peyğəmbəri-Əkrəmin (sallallahu aleyhi və alih) böyük hüzünlü rehləti və əziz nəvəsi imam Həsənin (əleyhissəlam) ürəkyandırıcı şəhadəti ilə mütabiqdir. Bu matəm gününü ilk növbədə həzrət Bəqiyyətullah İmam Zamana (əleyhissəlam) eləcə də bütün müsəlman bacı və qardaşlara baş sağlığı və təsəlli deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri qəməri 28 səfər Peyğəmbəri-Əkrəmin (sallallahu aleyhi və alih) böyük hüzünlü rehləti və əziz nəvəsi imam Həsənin (əleyhissəlam) ürəkyandırıcı şəhadəti ilə mütabiqdir. Bu matəm gününü ilk növbədə həzrət Bəqiyyətullah İmam Zamana (əleyhissəlam) eləcə də bütün müsəlman bacı və qardaşlara baş sağlığı və təsəlli deyirik.

Həmçinin, siz əzizlər üçün səfər ayının hüzn və kədərlə dolu son günlərində Əhli-Beyt (əleyhimussəlam) məclislərində layiqincə iştirak etməyi və bu İlahi övliya barəsində geniş mütaliə əsasında hər bir müsəlman üçün iftixar sayılan qırılmaz ünsiyyətimizin gözəl şəkildə bərqərarını arzulayırıq.

Burada, Qiyamət günü Əhli-Beytin (əleyhimussəlam) şəfatinin bütün möminlərə şamil olmasını diləyərək həzrət Rəsuləllahdan (sallallahu aleyhi və alih) bir hədisi siz əzizlərə təqdim edirik.

Cabir imam Əbu Cəfərdən (əleyhissəlam) nəql edir ki, həzrət Peyğəmbəri-Əkrəm (sallallahu aleyhi və alih) buyurdu:

عَنْ جَابِرٍ عَنْ أَبِي جَعْفَرٍA قَالَ: قَالَ النَّبِيُّ6:أَخْبَرَنِي الرُّوحُ الْأَمِينُ أَنَّ اللَّهَ لَا إِلَهَ غَيْرُهُ إِذَا وَقَفَ الْخَلَائِقَ وَ جَمَعَ الأَوَّلِينَ وَ الآخِرِينَ أُتِيَ بِجَهَنَّمَ تُقَادُ بِأَلْفِ زِمَامٍ أَخَذَ بِكُلِّ زِمَامٍ مِائَةُ أَلْفِ مَلَكٍ مِنَ الْغِلَاظِ الشِّدَادِ وَ لَهَا هَدَّةٌ وَ تَحَطُّمٌ‏ وَ زَفِيرٌ وَ شَهِيقٌ وَ إِنَّهَا لَتَزْفِرُ الزَّفْرَةَ فَلَوْ لَا أَنَّ اللَّهَ عَزَّ وَ جَلَّ أَخَّرَهَا إِلَى الْحِسَابِ لَأَهْلَكَتِ الْجَمِيعَ ثُمَّ يَخْرُجُ مِنْهَا عُنُقٌ يُحِيطُ بِالْخَلَائِقِ الْبَرِّ مِنْهُمْ وَ الْفَاجِرِ فَمَا خَلَقَ اللَّهُ عَبْداً مِنْ عِبَادِهِ مَلَكٍ وَ لَا نَبِيٍّ إِلَّا وَ يُنَادِي يَا رَبِّ نَفْسِي نَفْسِي وَ أَنْتَ تَقُولُ يَا رَبِ‏ اُمَّتِي‏ اُمَّتِي...

“Ruhul-əmin mənə xəbər verdi: Həqiqətən, bütün məxluqat yeganə məbud olan Allahın hüzurunda dayananda, cəhənnəmi, hər cilovu yüz min güclü mələyin əli ilə tutulmuş min cilovla bağlayıb gətirərlər. Onun dəhşətli nərəsi, zəbanəsi, naləsi və tənəffüsü eşidilər. Əgər bir dəfə nəfəs çəksə və Allah-taala sorğu-sualı qurtarana qədər o nəfəsi təxirə salmasa, hamını məhv edər. Sonra onun ağzından böyük bir şölə çıxar ki, pisli-yaxşılı bütün məxluqları əhatə edər və Allahın məxluqlarından heç biri qalmaz, hətta mələk və peyğəmbərləri də əhatə edər. Onlar fəryad edib deyərlər: “Pərvərdigara! Mənim dadıma çat, mənim dadıma çat!” Yalnız sən deyəcəksən: “Pərvərdigara! Ümmətimin dadına çat! Ümmətimin dadına çat!”

Mənbələr:

“Kafi”, Kuleyni, 8-ci cild, səh. 312;

“Təfsiri burhan”, Seyid Haşim Bəhrani, 5-ci cild, səh. 652.

 

Etiketlər :

Həzrət Peyğəmbərin (s) və İmam Həsənin (ə) şəhadəti