Səfər ayının sonu İmam Rza əleyhissəlamın şəhadəti
29 November 2024
05:13
۱,۵۶۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri qəməri Səfər ayının sonu Əhli-Beytin (əleyhimussəlam) səkkizinci imamı həzrət Rza əleyhissəlamın şəhadət günüdür. Həzrət imam Rza əleyhissəlamın pak hərəmi müqəddəs Məşhəd şəhərində yerləşir və hər il Azəri xalqının minlərlə möminləri tərəfindən böyük şövq və məhəbbətlə ziyarət edilir.
Səkkizinci imam – Xatəmi-ənbiyanın (səlləllahu əleyhi və alih) qızı Fatimeyi-Zəhranın (əleyha salam) və Əmirəl-möminin Əlinin (əleyhissalam) altıncı nəvəsi Əbul-Həsən Əliyyibni Musər-Riza (əleyhissalam) 148-ci hicri ilində dünyaya gəlmiş və 203-cü hicri ilinin Səfər ayının sonunda şəhid edilmişdir. Həzrətin bu fani dünyadakı şərafətli ömrü 55 il olmuşdur.
O həzrətin ləqəblərindən bəziləri:
“Riza” –razılıq; Xaliq və məxluq, dost-düşmən o həzrətdən razı idi;
“Sabir” –səbirli; zəmanəsinin ifriti Məmun Abbasinin zülmləri qarşısındakı səbir və dözümü o həzrətin bu ləqəbinin doğru olmasına şahiddir.
“Rəziyy” – razı olan və “Vəfiyy” – vəfadar; onun Allahın razılığı ilə razı olması, həm Allahın, həm də bəndələrin əhdinə vəfadarlığı bu iki ləqəbin təzahürüdür.
“Sadiq” – doğru danışan və “Siddiq” – həddindən artıq doğruçu; danışığında doğruçu və əməlində düzlüyü ilə ruzigarın sadiqləri və siddiqləri üçün ən gözəl örnək idi;
“Qurrətu ə`yunil-mu`minin” – möminlərin gözünün aydınlığı, “Ğəyzul-mulhidin” – dinsizlərin qəzəb səbəbi; o həzrətin müxtəlif məzhəb alimləri ilə apardığı elmi mübahisələr iman əhlinin gözlərini aydınlaşdırmış, kafirləri və dinsizləri biçarə etmişdi.
“Kafil-xəlq” – dünya və axirətdə məxluqlara kifayət edən və “Rəbbus-sərir” – imamət kürsüsünün, imamət-vilayət taxtının sahibi;
“Siracullah” – Allahın nuru və “Nurul-huda” – hidayət nuru; onun mübarək varlığı Allah yolunun çırağı, onun elmi və helmi Allah bəndələrinin hidayət nuru idi.
Mərhum Şeyx Səduqun “Uyunu əxbarir-Riza (əleyhissalam)” kitabında qeyd etdiyi hədisdə yeddinci imam həzrət Musa Kazim (əleyhissalam) buyurur: “Allahın Rəsulunu (Səlləllahu əleyhi və alih) yuxuda gördüm. Əmirəl-möminin Əli (əleyhissalam) da o həzrətlə birlikdə idi... (Hədisin davamında deyilir ki,) Allahın Rəsulu (Səlləllahu əleyhi və alih) Əliyyibni Musər-Rizanın (əleyhiməssalam) vəsfində buyurdu:
عَلِيٌّ ابْنُكَ الَّذِي يَنْظُرُ بِنُورِ اللَّهِ، وَ يَسْمَعُ بِفَهْمِهِ وَ يَنْطِقُ بِحِكْمَتِهِ، يُصِيبُ فَلَا يُخْطِئُ، وَ يَعْلَمُ فَلَا يَجْهَلُ، يَعْلَمُ حِلْماً وَ عِلْماً
“Sənin oğlun Əli o kəsdir ki, Allahın nuri ilə nəzər edər, Onun təlimi və başa salması ilə eşidər, Onun hikməti əsasında danışar, həmişə həqiqətə çatar və xəta etməz, hər şeyi bilər və cahil olmaz, (onun qəlbi) helm və elmlə dolar."
Xatəm Peyğəmbərin (Səlləllahu əleyhi və alih) bəyanında Əliyyibni Musər-Riza (əleyhissalam) elə bir kəsdir ki, Allahın nuru ilə görür, Allahın təlimi və başa salması ilə eşidir, Allahın hikməti ilə danışır; onun həqiqətə çatan nəzərində xətaya, elm və biliyində cəhalətə və bilməməzliyə yer yoxdur, onun vücud tutumu helm və elm ilə dolmuşdur.
Əziz mömin bacı və qardaşlar! Həzrət Əli ibn Musa Rzanın (əleyhiməssəlam) şəhadət günü ilə əlaqədar öncə həzrət Sahib əz-Zamana (əleyhissəlam) təsliyət deyir və siz əzizlərə başsağlığı və səbr diləyərək, hamınıza müqəddəs Məşhəd ziyarətini arzulayırıq!
Mənbə:
“Uyunu əxbarir-Riza (əleyhissalam)”, 2-ci cild, səh.35