Əxlaqi tövsiyələr
29 November 2024
02:13
۱,۴۴۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
"Qəzəb, şeytandan olan atəşdir"
Qəzəb elə bir nəfsani hisslərdəndir ki, şeytana qulluq edər. Ona görə də dinimiz qəzəblənməyi məzəmmət edir və müsəlmanları ondan çəkindirir.
Əmirəl-möminin (əleyhissəlam) müdrik bir kəlamında buyurur: “Qəzəb və əsəbilik elə bir şərdir ki, əgər onu vücudunda azad buraxsan, səni məhv edər”.
İmam Sadiq (əleyhissəlam) buyurur: “Qəzəb, hər bir ziyanın açarıdır”.
Bəıi, əsəbi insan həm özünə və həm də ətrafında olanlara böyük ziyanlar vurur ki, sonradan qarşısını almaq mümkün olmur.
İmam Əli (əleyhissəlam) buyurur: “Qəzəb, yüngül ağıllıların miniyidir”.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “Qəzəb, şeytandan olan atəşdir”.
İmam Əli (əleyhissəlam) buyurur: “Qəzəb, beyinləri məhv edən və insanı haqdan uzaqlaşdırandır”.
Həzrət başqa yerdə buyurur: “O kəs ki, qəzəbinin qarşısını almaz, bizdən deyildir”.
İmam Əli (əleyhissəlam) buyurur: “O kəsə ki, qəzəb və şəhvət qələbə çalar, heyvanların cərgəsində olar”.
İmam (əleyhissəlam) başqa yerdə buyurur: “O kəs ki, qəzəbini saxlayar, Allah da onun eybini örtər”.
Həzrət İsadan (əleyhissəlam) qəzəbin səbəbini soruşurlar və buyurur: “Qəzəbin səbəbi, kökləri və başlaması üç şeydədir: təkəbbür və özünü böyük görmək, xudbinlik, insanları dəyərsiz hesab etmək”.
Ona görə də həqiqi mömin gərək qəzəblənməsin və bilsin ki, qəzəb şeytandandır. Həqiqətən də insan qəzəblənən zaman daxilində bir atəş şölələnər ki, onu söndürmək çətin olar. O kəs həqiqi mömindir, gərək bu atəşin şölələnməsinə imkan verməsin. Qüdrəti çatdığı halda qəzəbini boğsun və onu büruzə verməsin. Belə olan halda lənətlik şeytanı məyus edər və Allahı sevindirər.
İlahi bizləri rəzilə sifətlərdən uzaq et!