Peyğəmbəri-Əkrəmin (sallallahu aleyhi və alih) vəsfində

29 November 2024

02:11

۱,۵۲۹

Xəbərin xülasəsi :
Həzrət Əli əleyhissəlam möhtəşəm “Nəhculbəlağə” kitabının 95-ci xütbəsində həzrət Peyğəmbəri-Əkrəmin (sallallahu aleyhi və alih) vəsfi barəsində və o Həzrətin peyğəmbərliyə seçilib – məbus olduğu dövranın acınacaqlı vəziyyətini belə bəyan edir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əli əleyhissəlam möhtəşəm “Nəhculbəlağə” kitabının 95-ci xütbəsində həzrət Peyğəmbəri-Əkrəmin (sallallahu aleyhi və alih) vəsfi barəsində və o Həzrətin peyğəmbərliyə seçilib – məbus olduğu dövranın acınacaqlı vəziyyətini belə bəyan edir:

 

Allah-təala insanların (doğru yoldan) azaraq (öz işlərində) sərgərdan qaldıqları, səhv və bəsirətsizliklərinə görə fitnə-fəsad yoluna qədəm qoyduqları bir vaxtda Həzrət Məhəmmədə (sallallahu əleyhi və alih) peyğəmbərlik verdi. (Yersiz) İstək və arzular onları yaxalamış, təkəbbür və xüdpəsəndlik onları yanlışlıqlara vadar etmiş, cəhalət və nadanlıqları onları quşbeyin və qanmaza çevirmişdi. Belə ki, pərişan və öz işlərində narahat (idilər), nigarançılıq və nadanlığa mübtəla olmuşdular. Sonra Həzrət Mustafa (səlləllahu əleyhi və alih) (onlara) nəsihət etməyə çalışdı, doğru yolla hərəkət etdi, (onları) hikmət, bilik və gözəl öyüdlərə dəvət etdi (ki, bədbəxtlikdən qurtularaq dünya və axirət səadətini qazansınlar).

Etiketlər :

Peyğəmbəri-Əkrəmin (sallallahu aleyhi və alih) vəsfində