Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab:
Dəstəmaz, ya qüsl əvəzi edİlən təyəmmümün qaydaları:
Dəstəmaz, ya qüsl əvəzindən edilən təyəmmümdə
dörd şey vacibdir:
1. Niyyət;
2. İki əlin içini üzərinə təyəmmüm etmək səhih olan şeyə
vurmaq;
Ehtiyat vacibə əsasən, əllərin
içi birlikdə yerə vurulmalıdır.
3. Hər iki əlin içini bütövlükdə alına və onun iki tərəfinə,
başın tükü bitən
yerdən qaşlara və burunun yuxarısına qədər çəkmək. Vacib ehtiyata əsasən, əllər qaşların üstünə
də çəkilməlidir.
4.
Sol əlin içini sağ əlin tamamilə arxasına çəkmək, ondan sonra sağ əlin içini
sol əlin tamamilə arxasına çəkmək.
Müstəhəbb
ehtiyat budur ki, istər dəstəmaz, istərsə də qüsl əvəzi olan təyəmmüm bu tərtiblə
yerinə yetirilsin: Əllərin içini
bir dəfə yerə vurub alına və əllərin arxasına çəksin, yenidən bir dəfə də yerə
vurub əllərin arxasına çəksin.
Əgər
alın, ya əllərin arxasından bir az yeri belə
məsh etməsə – istər qəsdən, istərsə də məsələni bilmədiyinə görə, ya unutmaq üzərindən –
təyəmmüm batildir. Lakin həddindən artıq
diqqət etmək də lazım deyildir: Elə
“Bütün alın və əllərin arxasını məsh edib” deyiləcək qədər olsa, kifayətdir.
Əlin
arxasına bütünlüklə məsh etdiyinə əmin olmaq üçün,
biləkdən bir az yuxarıdan məsh etməlidir. Lakin barmaqların arasına məsh etmək
lazım deyil.
Alın
və əllərin arxası yuxarıdan aşağı istiqamətdə məsh
edilməli və bu işlər ardıcıl, fasiləsiz
icra olunmalıdır. Əgər onların arasında “təyəmmüm etmir” deyiləcək qədər fasilə
olsa, təyəmmüm batildir.
Niyyət
edərkən onun dəstəmaz, yoxsa qüsl əvəzində olduğunu müəyyən etməlidir; əgər qüsl əvəzindədirsə,
o qüsl də müəyyən edilməlidir. Onun icmali (xülasə) şəkildə müəyyən edilməsi, məsələn, “Əvvəlcə, yaxud ikinci mərtəbədə vacib olan bir şeydən əvəz
olaraq təyəmmüm edirəm” deyə
niyyət etsə kifayət edər. Əgər ona
bir təyəmmüm vacib olmuşdursa və hal-hazırdakı öz vəzifəsini
yerinə yetirməyi qəsd etsə, onun müəyyən olunmasında səhvə yol versə də, təyəmmümü səhihdir.
Əgər
alın, ya əllərin üstü yaradırsa və yaraya bağlanmış parça, yaxud başqa bir şeyi
açmaq da olmursa, əlləri onun üzərindən çəkmək
lazımdır. Həmçinin, əllərin içində yara olsa
və onlara bağlanmış parça, ya başqa bir şeyi açmaq olmursa, vacib ehtiyata əsasən, həmin sarıqlı əli üzərinə təyəmmüm etmək
səhih olan şeyə vurmalı, alına və əllərin arxasına çəkməlidir və Həmçinin, əllərin
arxasına təyəmmüm etməlidir.
Əgər təyəmmüm əsnasında bir hissəni
unudub-unutmamasında şəkk etsə, bu halda əgər onun məhəlli keçibsə, şəkkə e’tina etməməli, əgər məhəlli keçməyibsə, həmin hissəyə təyəmmüm etməlidir.
Təyəmmüm almağın qaydası
24 November 2024 Saat 06:01
Salamun aleykum Lütfən təyəmmüm almağın düzgün qaydasını bəyan edərdiniz
پاسخ :
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab:
Dəstəmaz, ya qüsl əvəzi edİlən təyəmmümün qaydaları:
Dəstəmaz, ya qüsl əvəzindən edilən təyəmmümdə dörd şey vacibdir:
1. Niyyət;
2. İki əlin içini üzərinə təyəmmüm etmək səhih olan şeyə vurmaq; Ehtiyat vacibə əsasən, əllərin içi birlikdə yerə vurulmalıdır.
3. Hər iki əlin içini bütövlükdə alına və onun iki tərəfinə, başın tükü bitən yerdən qaşlara və burunun yuxarısına qədər çəkmək. Vacib ehtiyata əsasən, əllər qaşların üstünə də çəkilməlidir.
4. Sol əlin içini sağ əlin tamamilə arxasına çəkmək, ondan sonra sağ əlin içini sol əlin tamamilə arxasına çəkmək.
Müstəhəbb ehtiyat budur ki, istər dəstəmaz, istərsə də qüsl əvəzi olan təyəmmüm bu tərtiblə yerinə yetirilsin: Əllərin içini bir dəfə yerə vurub alına və əllərin arxasına çəksin, yenidən bir dəfə də yerə vurub əllərin arxasına çəksin.
Əgər alın, ya əllərin arxasından bir az yeri belə məsh etməsə – istər qəsdən, istərsə də məsələni bilmədiyinə görə, ya unutmaq üzərindən – təyəmmüm batildir. Lakin həddindən artıq diqqət etmək də lazım deyildir: Elə “Bütün alın və əllərin arxasını məsh edib” deyiləcək qədər olsa, kifayətdir.
Əlin arxasına bütünlüklə məsh etdiyinə əmin olmaq üçün, biləkdən bir az yuxarıdan məsh etməlidir. Lakin barmaqların arasına məsh etmək lazım deyil.
Alın və əllərin arxası yuxarıdan aşağı istiqamətdə məsh edilməli və bu işlər ardıcıl, fasiləsiz icra olunmalıdır. Əgər onların arasında “təyəmmüm etmir” deyiləcək qədər fasilə olsa, təyəmmüm batildir.
Niyyət edərkən onun dəstəmaz, yoxsa qüsl əvəzində olduğunu müəyyən etməlidir; əgər qüsl əvəzindədirsə, o qüsl də müəyyən edilməlidir. Onun icmali (xülasə) şəkildə müəyyən edilməsi, məsələn, “Əvvəlcə, yaxud ikinci mərtəbədə vacib olan bir şeydən əvəz olaraq təyəmmüm edirəm” deyə niyyət etsə kifayət edər. Əgər ona bir təyəmmüm vacib olmuşdursa və hal-hazırdakı öz vəzifəsini yerinə yetirməyi qəsd etsə, onun müəyyən olunmasında səhvə yol versə də, təyəmmümü səhihdir.
Əgər alın, ya əllərin üstü yaradırsa və yaraya bağlanmış parça, yaxud başqa bir şeyi açmaq da olmursa, əlləri onun üzərindən çəkmək lazımdır. Həmçinin, əllərin içində yara olsa və onlara bağlanmış parça, ya başqa bir şeyi açmaq olmursa, vacib ehtiyata əsasən, həmin sarıqlı əli üzərinə təyəmmüm etmək səhih olan şeyə vurmalı, alına və əllərin arxasına çəkməlidir və Həmçinin, əllərin arxasına təyəmmüm etməlidir.
Əgər təyəmmüm əsnasında bir hissəni unudub-unutmamasında şəkk etsə, bu halda əgər onun məhəlli keçibsə, şəkkə e’tina etməməli, əgər məhəlli keçməyibsə, həmin hissəyə təyəmmüm etməlidir.
کلمات کلیدی :
۲,۷۱۸