Sualınızı soruşun

29 March 2024 Saat 16:42

Salamun aleykum Elmin əhəmiyyəti, bilik və savada yiyələnmək barəsində İslam dininin nə kimi tövsiyələri vardır?

پاسخ :


Bismilləhir-Rahmənir-Rahim

  1. Salamun aleykum

Cavab:

Heç bir din və ya quruluşda elm, bilik və savada İslam dini qədər ehtiram və əzəmətə qail olmamışdır; İslam dininin elm və bilik barəsində olan tövsiyələri və çağırışları kimi heç bir məktəb təkid etməmişdir. Qurani-kərimdə və çox-çox rəvayətlərdə həzrət Peyğəmbərdən və məsum İmamlardan (əleyhimussəlam) elm və biliyin əzəməti və vacibliyi barəsində çoxlu təkidlər vardır.

Qurani-kərim Mücadilə surəsinin 11-ci ayəsində elmin əhəmiyyəti və alimin dərəcəsi və məqamının üstünlüyünə işarə edib buyurur: يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَ الَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجاتٍ –Allah taala, iman gətirən və elm əldə edən kəslərə əzəmətli dərəcələr bəxş etmişdir.

“Dərəcələr” sözü burada mütləq surətdə və qeydsiz gəlmişdir və bu da onların yüksək məqamını göstərir. Bu şərafətli ayənin təfsirində Əbu-Zər (Allah ruhunu şad etsin) həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edir ki, buyurdu: “Ey Əba-Zər! Elm öyrənən şəxsi Allah-taala, mələklər və peyğəmbərlər sevirlər və elmi ancan səadət əhli sevər. Belə olan surətdə elm tələb edən insan Qiyamət günü xoşbəxtdir. Evindən elm öyrənmək niyyəti ilə xaric olan kəsə, Allah-taala hər qədəminə Bədr döyüşündə şəhid olmuş şəhidlərdən birinin savabını yazar, elm sevən və tələb edən şəxs Allahın dostudur. Elmi sevən şəxsə behest vacib olar, belə insan gecə və gündüz Allahın razılığında olar və dünyadan gedərkən Kövsər bulağından içər və behest meyvələrindən meyl edər və cənnətdə həzrət Xızrın (əleyhissəlam) rəfiqi olar. Sonra Həzrət buyurdu: Bütün bu fəzilətlər bu mübarək ayənin mənasından ələ gəlir ki, buyurur: «يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَ الَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجاتٍ‏».

İltimasi dua

کلمات کلیدی :

İslam dininin elmin əhəmiyyətinə diqqəti

۲,۷۳۶