Sualınızı soruşun

23 November 2024 Saat 18:25

Salamun aleykum Sual: Lütfen, siğə adlanan müveqqeti izdivacın şerietimizde olmasına dair cavab verərdiniz; əgər bu hökmün esası varsa, dini mənbələrdən onun dəlil ve sübutunu gətirərdiniz

پاسخ :


Bismillahir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab:

İslamda izdivac və evlənmə iki cürdür: daimi və müvəqqəti. Qurani-Kərimin “Nisa” surəsi 24-cü ayədə buyurur:

"وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلاَ مَا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللَّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآَتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا"

“(Qeyri-müsəlmanlardan əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildı). Öz mallarınızı sərf etməklə bunlardan başqaları ilə evlənmək sizə halaldır, bir halda ki, iffətli olasız və zinakarlığa yol verməyəsiz. Mütə (müvəqqəti evlənmə və yaxınlıq) etdiyiniz qadınların mehrlərini verməyiniz vacibdir. (Mehr) müəyyən olduqdan sonra (əqdin və ya mehrin vaxtı və miqdarı barəsində) aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Şübhəsiz, Allah-taala (hər şeyi) bilən və hikmət sahibidir.”[1]

Deməli, daimi evlənməyin halal olması barəsində heç bir şübhə yoxdur və bütün məzhəblərdə bunu qəbul edirlər, amma şəriətimizdə müvəqqəti izdivacın halal olması barəsində əhli-təsənnün və şiələr arasında fərqli nəzərlər vardır. Əhli-təsənnün bu şəriət hökmünün İslam dinində əvvəllər olub və sonradan nəsx edilməsini (götürülməsini) iddia edirlər. Lakin onlar öz iddialarını isbat etmək üçün heç bir tutarlı dəlil də gətirməyiblər, əksinə şiələr Qurani-Kərimin dəyişməz ayəsinə əsaslanaraq bu hökmün sabit qalmasını və Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) həyatının sonuna kimi, eləcə də o Həzrətin vəfatından neçə illər sonraya qədər müsəlmanlar arasında icra edilməsini və təbii ki, hazırda da qüvvədə olmasını sübut edirlər.

Bu əsasla, xalqımız arasında “siğə” adlanan şəriət hökmü olan “mütə”nin vacib şəraitindən biri budur ki, əgər bir kəslə yaxınlıq edilərsə, gərək onun qarşılığı və haqqı ödənilsin. Əlbəttə bütün şəriət hökmlərinin icrasında bir sıra şərait və qaydaların riayət edilməsi lazım olduğu kimi “mütə” məsələsində də dəqiq və zərif şərtlər vardır. Çox təəssüflər olsun ki, bu hökmü istər təsdiq, istərsə də tənqid edən, dini savadı olmayan bəziləri bu barədə öz araşdırmalarını açıqlayaraq, çox hallarda qəbul edilməz səhvlərə yol verirlər. Lakin bu mövzu bəhsimizdən xaricdir və bu barədə danışmaq üçün ayrı bir vaxt tələb olunur.

[1] Nisa surəsi, ayə 24

کلمات کلیدی :

Müvəqqəti izdivacın dəlil və sübutu

۶,۳۵۴