Bismillahir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab:
Diqqət edilməlidir ki, müvəqqəti izdivac caizdir, lakin
vacib deyil. Ona görə, əgər onun təbliği düşmənlərin sui istifadəsinə səbəb
olursa, onun təbliğindən çəkinmək lazımdır.
Müvəqqəti izdivacı Qurani-Kərim və hədislər caiz
bildirir; Qurani-Kərim Nisa surəsinin 24-cü ayəsində buyurur:
“فَمَا
اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآَتُوهُنَّ أُجُورَهُنَّ”
“Mütə (müvəqqəti
evlənmə və yaxınlıq) etdiyiniz qadınların mehrlərini verməyiniz vacibdir”
Bu mübarək
ayə mütə və siğənin halal olmasına dəlalət edir.
Bəli, Şiə və
sünni alimlərinin arasında nəzər müxtəlifliyi vardır: Şiə alimləri Quranın ayəsi,
Peyğəmbərin (sallallahu əleyhi və alih) və Məsum İmamların (əleyhimussəlam)
buyurduqlarına mütabiq olaraq, şəraitini riayət etmək şərti ilə siğəni caiz
bilirlər. Amma əhli-sünnə alimləri iki dəstədirlər, onlardan bir qrupu yuxarıda
qeyd edilən müqəddəs ayənin dəlalətinə əsasən, müvəqqəti izdivacın şəriətdə
olmasını qəbul edirlər, bu zəmində rəvayət də çoxdur.
Lakin əhli-sünnənin
əksər alimləri onu caiz bilmirlər və sözlərinin əsası Ömərin dediyi bu cümlədir:
“متعتان كانتا علي عهد رسول الله صلّي الله عليه وآله وسلّم و أنا
أنهي عنهما واعاقب عليهما”
Yəni Peyğəmbərin (sallallahu əleyhi və alih) zamanında iki mütə
vardır, lakin mən onların hər ikisindən nəhy edib çəkindirirəm. Əgər bir kəs
onu etsə, o şəxsi cəzalandıracam; o iki mütədən biri qadınların mütəsi, digəri
isə həcc mütəsidir ki, ona təməttu` həcci də deyilir.
Bu sözün özü
mütənin İslam dinində həqiqətən sabit və caiz olmasını sübuta gətirən aşkar bir
sübut və dəlildir. Mütənin Peyğəmbərin (sallallahu əleyhi və alih) dövründə şəriətimizdə
olması bu cümlədən yaxşı məlum olur, lakin Ömər onu qadağan etmişdir. Halbuki
İlahi əhkamı dəyişməyə Ömərin haqqı və səlahiyyəti yoxdur və onun bu əməli dində
bid`ət sayılır.
Bu hədisin mənbəyi
barəsində aşağıdakı kitablara müraciət edə bilərsiz:
“Müsnəd”,
Əhməd Hənbəl, 1-ci cild, səh. 52; “Kənzul-Ummal”, 16-cı cild, səh. 519;
“Əl-İstiğasə”, səh. 72; “Əl-İzah” səh. 99; “Şərh Nəhcul-Bəlağə”, İbn Əbil Hədid
cild-12, səh 252.
Əgər Vəhhabilər
onu Şiə məzhəbi üçün təhqir hesab edirlər, onda gərək Qurani-Kərimi də qəbul
etməyələr ki, çünki Qurani-Kərim bu hökmü təsdiq edir. Ömərin dediyi yuxarıdakı
bu rəvayətə əsasən, gərək qəbul etsinlər ki, Peyğəmbərin (sallallahu əleyhi və
alih) zamanında bu hökm şəriətdə caiz olmuşdur və İlahi hökmü dəyişmək səlahiyyətinə
malik olmayan bir şəxsin vasitəsi ilə qadağa edilmişdir. Demək, bu hədisin özü əhli-sünnə
məzhəbinin və Vəhhabilərin özlərinə böyük bir təhqirdir.
Müvəqqəti
izdivacın fəlsəfəsi cəmiyyət arasında fəsad, günah və nalayiq əməllərin
qarşısının alınmasıdır. Daimi izdivac etmək şəraiti olmayan cavanlar üçün mütə
bir zəmindir, həmçinin əri ölmüş və dul qalmış qadınlar üçün şəhvət hissləri təsiri
nəticəsində təziqə məruz qalmamaq üçün müvəqqəti evlənmək bir həll yoludur.
Məlumdur, hər bir işdə mümkündür bəzi insanlar
sui-istifadələr etsinlər, lakin əgər müvəqqəti evlənmə doğru surətdə yerinə
yetirilsə, elə sui-istifadə edənlərin qarşısı alınacaqdır, hərçənd bu zəmində
olan sui-istifadələr haram və qeyri-şəri yollarla cinsi rabitədə baş verən
günahlarla müqayisədə dəfələrlə azdır.
Hər halda müvəqqəti izdivac cəmiyyətin saflığına və
insanların günahdan uzaq qalmasına səbəb olan amildir və mütə vasitəsi ilə
camaat arasında zina və nalayiq cinsi rabitələrin kökü kəsilir. Ona görə də həzrət
İmam Əli əleyhissəlam buyurur: “Əgər Ömər müvəqqəti izdivacı qadağa etməsəydi,
alçaq və bədbəxt insanlardan başqa heç kəs zinaya mürtəkib olmazdı.”
Təəssüflər olsun ki, Ömərin məcburi surətdə müvəqqəti
izdivacı cəmiyyətdə qadağa etməsindən
sonra zaman ötdükcə camaatın nəzəri bu məsələyə bədbin olmuşdur. Cəmiyyətdə fəsadın
qarşısını almaq üçün mütəni rəvac verməkdən ötrü camaat arasında ilk növbədə
maariflənmə işləri aparılmalıdır və nə qədər ki, düzgün maariflənmə və agahlıq
baş verməyibdir, düşmənlərin sui-istifadəsinə çevrilən müvəqqəti izdivacın xalq
arasında təbliğ edilməsi doğru iş deyildir.
Əhli-sünnə
arasında da müvəqqəti izdivaca bənzər “misyar” adlanan bir izdivac qaydası
vardır. Quranda və rəvayətdə heç bir əsası olmayan, eləcə də şəriət baxımdan
evlənmə şəraiti ilə uyğun gəlməyən, bir sıra əhli-sünnənin bidət qoyduğu bu
qayda şəriət baxımdan haram və batildir. Onlar gərək bu izdivac qaydasına tənə
vurub onu rədd etsinlər, nəinki Quranda və sünnədə şəraiti ilə qeyd edilmiş müvəqqəti
izdivac.
Müvəffəq olasınız!
Müvəqqəti izdivacın təbliğ edilməsi caizdirmi
23 November 2024 Saat 21:11
Salamun aleykum Sual: Bəziləri müvəqqəti izdivacı təbliğ etməklə məşğuldurlar, belə ki, hətta bəzi hallarda məscid əhlinin bu məsələyə çox meyilli olması və bir sıra cavanların bu məsələdən sui-istifadə etməsi nəticəsində başqa məzhəblər, xüsusən də vəhhabilər biz şiələrə tənə vururlar, bu barədə nəzəriniz nədir?
پاسخ :
Bismillahir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab:
Diqqət edilməlidir ki, müvəqqəti izdivac caizdir, lakin vacib deyil. Ona görə, əgər onun təbliği düşmənlərin sui istifadəsinə səbəb olursa, onun təbliğindən çəkinmək lazımdır.
Müvəqqəti izdivacı Qurani-Kərim və hədislər caiz bildirir; Qurani-Kərim Nisa surəsinin 24-cü ayəsində buyurur:
“فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآَتُوهُنَّ أُجُورَهُنَّ”
“Mütə (müvəqqəti evlənmə və yaxınlıq) etdiyiniz qadınların mehrlərini verməyiniz vacibdir”
Bu mübarək ayə mütə və siğənin halal olmasına dəlalət edir.
Bəli, Şiə və sünni alimlərinin arasında nəzər müxtəlifliyi vardır: Şiə alimləri Quranın ayəsi, Peyğəmbərin (sallallahu əleyhi və alih) və Məsum İmamların (əleyhimussəlam) buyurduqlarına mütabiq olaraq, şəraitini riayət etmək şərti ilə siğəni caiz bilirlər. Amma əhli-sünnə alimləri iki dəstədirlər, onlardan bir qrupu yuxarıda qeyd edilən müqəddəs ayənin dəlalətinə əsasən, müvəqqəti izdivacın şəriətdə olmasını qəbul edirlər, bu zəmində rəvayət də çoxdur.
Lakin əhli-sünnənin əksər alimləri onu caiz bilmirlər və sözlərinin əsası Ömərin dediyi bu cümlədir:
“متعتان كانتا علي عهد رسول الله صلّي الله عليه وآله وسلّم و أنا أنهي عنهما واعاقب عليهما”
Yəni Peyğəmbərin (sallallahu əleyhi və alih) zamanında iki mütə vardır, lakin mən onların hər ikisindən nəhy edib çəkindirirəm. Əgər bir kəs onu etsə, o şəxsi cəzalandıracam; o iki mütədən biri qadınların mütəsi, digəri isə həcc mütəsidir ki, ona təməttu` həcci də deyilir.
Bu sözün özü mütənin İslam dinində həqiqətən sabit və caiz olmasını sübuta gətirən aşkar bir sübut və dəlildir. Mütənin Peyğəmbərin (sallallahu əleyhi və alih) dövründə şəriətimizdə olması bu cümlədən yaxşı məlum olur, lakin Ömər onu qadağan etmişdir. Halbuki İlahi əhkamı dəyişməyə Ömərin haqqı və səlahiyyəti yoxdur və onun bu əməli dində bid`ət sayılır.
Bu hədisin mənbəyi barəsində aşağıdakı kitablara müraciət edə bilərsiz:
“Müsnəd”, Əhməd Hənbəl, 1-ci cild, səh. 52; “Kənzul-Ummal”, 16-cı cild, səh. 519; “Əl-İstiğasə”, səh. 72; “Əl-İzah” səh. 99; “Şərh Nəhcul-Bəlağə”, İbn Əbil Hədid cild-12, səh 252.
Əgər Vəhhabilər onu Şiə məzhəbi üçün təhqir hesab edirlər, onda gərək Qurani-Kərimi də qəbul etməyələr ki, çünki Qurani-Kərim bu hökmü təsdiq edir. Ömərin dediyi yuxarıdakı bu rəvayətə əsasən, gərək qəbul etsinlər ki, Peyğəmbərin (sallallahu əleyhi və alih) zamanında bu hökm şəriətdə caiz olmuşdur və İlahi hökmü dəyişmək səlahiyyətinə malik olmayan bir şəxsin vasitəsi ilə qadağa edilmişdir. Demək, bu hədisin özü əhli-sünnə məzhəbinin və Vəhhabilərin özlərinə böyük bir təhqirdir.
Müvəqqəti izdivacın fəlsəfəsi cəmiyyət arasında fəsad, günah və nalayiq əməllərin qarşısının alınmasıdır. Daimi izdivac etmək şəraiti olmayan cavanlar üçün mütə bir zəmindir, həmçinin əri ölmüş və dul qalmış qadınlar üçün şəhvət hissləri təsiri nəticəsində təziqə məruz qalmamaq üçün müvəqqəti evlənmək bir həll yoludur.
Məlumdur, hər bir işdə mümkündür bəzi insanlar sui-istifadələr etsinlər, lakin əgər müvəqqəti evlənmə doğru surətdə yerinə yetirilsə, elə sui-istifadə edənlərin qarşısı alınacaqdır, hərçənd bu zəmində olan sui-istifadələr haram və qeyri-şəri yollarla cinsi rabitədə baş verən günahlarla müqayisədə dəfələrlə azdır.
Hər halda müvəqqəti izdivac cəmiyyətin saflığına və insanların günahdan uzaq qalmasına səbəb olan amildir və mütə vasitəsi ilə camaat arasında zina və nalayiq cinsi rabitələrin kökü kəsilir. Ona görə də həzrət İmam Əli əleyhissəlam buyurur: “Əgər Ömər müvəqqəti izdivacı qadağa etməsəydi, alçaq və bədbəxt insanlardan başqa heç kəs zinaya mürtəkib olmazdı.”
Təəssüflər olsun ki, Ömərin məcburi surətdə müvəqqəti izdivacı cəmiyyətdə qadağa etməsindən sonra zaman ötdükcə camaatın nəzəri bu məsələyə bədbin olmuşdur. Cəmiyyətdə fəsadın qarşısını almaq üçün mütəni rəvac verməkdən ötrü camaat arasında ilk növbədə maariflənmə işləri aparılmalıdır və nə qədər ki, düzgün maariflənmə və agahlıq baş verməyibdir, düşmənlərin sui-istifadəsinə çevrilən müvəqqəti izdivacın xalq arasında təbliğ edilməsi doğru iş deyildir.
Əhli-sünnə arasında da müvəqqəti izdivaca bənzər “misyar” adlanan bir izdivac qaydası vardır. Quranda və rəvayətdə heç bir əsası olmayan, eləcə də şəriət baxımdan evlənmə şəraiti ilə uyğun gəlməyən, bir sıra əhli-sünnənin bidət qoyduğu bu qayda şəriət baxımdan haram və batildir. Onlar gərək bu izdivac qaydasına tənə vurub onu rədd etsinlər, nəinki Quranda və sünnədə şəraiti ilə qeyd edilmiş müvəqqəti izdivac.
Müvəffəq olasınız!
کلمات کلیدی :
۳,۶۹۸