Sualınızı soruşun

28 December 2024 Saat 12:22

Sual: Salamun aleykum Nə üçün bütün peyğəmbərlər şərqdə zühur etmişlər və avropa ölkələri və qərbdə peyğəmbər olmamışdır?

پاسخ :

Bismillahir-Rahmənir-Rahim

Salamun aleykum

Bu suala cavab olaraq bir neçə məsələyə diqqət edilməlidir:

1-Bu ki, deyilir "nə üçün müəyyən bir məntəqədə peyğəmbərlər çox olmuşlar?" Yaxud "müəyyən bir məntəqədə peyğəmbərlər gəlmişlər", bu məsələ İlahi məsləhətə əsasəndir, yəni "Allah-təala Özü daha gözəl bilir ki, peyğəmbərlərini harada təyin buyursun." Eləcə də insanların xüsusi istedadları və ləyaqətləri ilə də bağlıdır. Sözsüz ki, məntəqələr və diyarlar da öz növbəsində istedadların yüksəlişində təsirlidirlər. Hazırda da deyilir ki, şərq, ürfan və işraq diyarıdır.

2-Doğrudur, "Ulul-Əzm" (şəriət sahibi olan) peyğəmbərlər asiya və yaxın şərq ölkələrindən olmuşlar, amma tarixçilərin arasında bütün peyğəmbərlərin yaxın çərqdə zühur etmələri barəsində nəzər ixtilafları vardır. Bəziləri deyir ki, bütün peyğəmbərlər yaxın şərqdə zühur etməmişlər, ona görə ki, peyğəmbərlər müəyyən bir ölkəyə və ya millətə xas deyillər. İslam nəzəriyyəsinə əsasən bütün ümmətlərin özlərindən peyğəmbərləri olmuşdur. Qurani-Kərim buyurur:

”و لقد بعثنا فی کلّ أمة رسولاً أنِ اعبدواالله و اجتنبوا الطاغوت"

"Hər bir ümmətə peyğəmbər göndərdik (xalqa desinlər) ki, Allaha ibadət edin və bütlərdən uzaq olun."

Həmçinin, bəzi torpaqlarda heç bir peyğəmbərin olmaması və peyğəmbərlərin ancaq Fələstin və Hicaz məntəqələrində olması, özü tarixi baxınmdan isbat edilməmiş bir məsələdir. Qurani-Kərim buyurur:

"و ان من امة الا خلافیها نذیر"

"Bütün ümmətlərdə (insanları pisliklərdən) çəkindirən vardır."

Deməli, Allah-təala tərəfindən insanların hidayəti üçün göndərilmiş xüsusi şəxsiyyətlər (peyğəmbərlər) olmuşdur, lakin biz onları isbat etməyə qadir deyilik.

Bəli, bütün yerlərdə "Ulul-Əzm"  peyğəmbərlərin olması vacib deyildir, belə ki, 124 min peyğəmbər olduğu halda Qurani-Kərim onlardan məhdud şəkildə bəzilərinin adını zikr etmişdir, həmçinin bütün bu peyğəmbərlər beş "Ulul-Əzm" peyğəmbərin dinini təbliğ etmişlər və bu kimi peyğəmbərlər mümkündür bütün torpaqlarda olmuşlar.

Doğrudur, Ulul-Əzm peyğəmbərlər, şəriət və səmavi kitab sahibləri orta və yaxın şərqdə olmuşlar; Nuh peyğəmbər İraqda, İbrahim peyğəmbərin dəvəti İraq və Şam torpaqlarında olmuş və Misr, Hicaza da səfər etmişdir, Musa peyğəmbər də Misrdə dünyaya gəlmişdir.

3-Bəzi müasir yazıçılar əksər peyğəmbərlərin və ya Ulul-Əzm peyğəmbərlərin şərqdə zühur etmələri səbəbini belə izah etmişlər:

"Bəşər cəmiyyətlərinin yaranışı və insan mədəniyyətinin zühuruna diqqət yetirdikdə bu məsələ heç də təəccüblü deyildir. Çünki dünyanın böyük tarixçiləri açıq-aydın bildirirlər ki, şərq aləmi (xüsusən orta və yaxın şərq) insan mədəniyyətinin beşiyidir ki, bu məntəqəni "hilale xəzib", yəni "ay-para şəkilli münbit və bərəkətli torpaqlar" adlandırmışlar.

Misr mədəniyyəti dünyanın ən qədim mədəniyyəti kimi tanınmışdır, İraqda Babul mədəniyyəti, Hicazın cənubunda Yəmən mədəniyyəti, həmçinin İran və Şam vilayətləri mədəniyyəti, bütün bunlar dünya mədəniyyətində tanınmış məntəqələrdir. Bəşər mədəniyyətinin ömrü bu torpaqlarda yeddi min ildən artıq sayılır. Eyni zamanda insan mədəniyyəti ilə peyğəmbərlərin gəlişinin yaxın rabitəsi vardır, çünki mədəni insanlar İlahi dəsturlar və qayda-qanunlara daha çox ehtiyaclıdırlar ki, həm ictimai və hüquqi qanunlara zamin olsunlar, fəsad və təcavüzün qarşısını alsınlar, həm də insanlarda İlahi fitrətin inkişafına çalışsınlar. Ona görə deyirəm ki, bu gün bəşərin, xüsusən də mədəni və inkişaf etmiş ölkələrin məzhəbə ehtiyacları daha çoxdur."



کلمات کلیدی :

Peyğəmbərlərin zühur etdiyi torpaqlar

۳,۴۳۲