Sualınızı soruşun

27 November 2024 Saat 11:44

Salamun aleykum Sual: Quani-kərimdə və səhih hədislərdə ancaq Allah-taaladan kömək istəmək və hacət diləmək tövsiyə edildiyi halda nə üçün bəziləri həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) və Əhli-beytdən (əleyhimussəlam) hacət diləyirlər? Bu əməl Quran ayələri və Peyğəmbər (sallallahu əleyhi və alih) hədisləri ilə təzadlı deyildirmi?

پاسخ :


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab: Allah-taaladan kömək istəməyin doğru olması barəsində heç bir şəkk və şübhə yoxdur, lakin Allah-taala Özü və bəndələri arasında vasitə də qərar vermişdir ki, Qurani-kərim bu barədə buyurur:

يا أَيُّهَا الَّذينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَ ابْتَغُوا إِلَيْهِ الْوَسيلَةَ 

Ey iman gətirən şəxslər! Allah (əmrləri ilə müxalifət)dən çəkinin; Və Ona yaxın olmaq üçün vasitə axtarın…

Vasitə dedikdə insanı Allah-taalaya yaxınlaşdıran hər bir yol və səbəb nəzərdə tutulur.

Bu əsasla, məqsəd o deyil ki, biz Peyğəmbərdən (sallallahu əleyhi və alih) və ya İmam Əlidən (əleyhissəlam) hacət istəyək, əksinə onları Allah-taala yanında hacətlərimizin qəbul edilməsi üçün vasitə qərar veririk və Allah-taalanı bu istəkli bəndələrinin məqamına and veririk ki, arzu və istəklərimizi həyata keçirsin, yaxud bu məqam sahiblərindən istəyirik ki, bizim hacətlərimizin qəbul edilməsi üçün vasitə olsunlar və dua etsinlər. Demək, bu heç də Məsumlardan (əleyhimussəlam) müstəqil surətdə hacət istəmək deyildir.

Bu məna müqəddəs Quranın ayələrindən də açıq-aydın başa düşülür ki, Allah-taala dərgahında saleh insanı vasitə qərar vermək və Allahdan ona xatir bir şey istəmək heç də qadağa edilmir və heç də tövhid və yeganəpərəstliklə müxalif deyildir. Bu barədə “Nisa” surəsinin 64-cü ayəsində oxuyururq:

وَ لَوْ أَنَّهُمْ إِذْ ظَّلَمُوا أَنْفُسَهُمْ جاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَ اسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيْماً:

“Əgər onlar özlərinə zülm etdikləri (və günaha mürtəkib olduqları) zaman sənin (Peyğəmbərin sallallahu əleyhi və alih) yanına gəlsəydilər və səndən əfv və bağışlanmaq istəsəydilər, sən də onlar üçün (dua edib) əfv diləsəydin, Allah-taalanın tövbələri qəbul edən və rəhmli olduğuna şahid olardın.”

Həmçinin, Yusuf surəsinin 97-ci ayəsində belə oxuyuruq: Yusufun qardaşları atalarından istədilər ki, Allahın dərgahından onların günahlarının bağışlanması üçün istiğfar etsin və Yəqub əleyhissəlam da bu istəyi qəbul etdi.

Tövbə surəsinin 114-cü ayəsində də Peyğəmbərlərin başqa kəslər barəsində dua etməsini və Allah dərgahından onların günahlarının bağışlanması məsələsi, həzrət İbrahimin (əleyhissəlam) atasının günahlarının bağışlanması üçün Allaha istiğfar etməsindən məlum olur.

Həmçinin, şiə və əhli təsənnün məzhəblərinin nəql etdikləri bir çox rəvayətlərdən də yuxarıda qeyd edilən mənada “təvəssül” etməyin heç bir maneəsinin olmaması və əksinə bu məsələnin yaxşı iş hesab edilməsi başa düşülür. Bu barədə hədis və rəvayətlər çoxdur və bir sıra kitablarda qeydə alınmışdır. Biz burada onlardan bir neçə nümunə gətirməklə kifayətlənirik:

Tanınmış sünni alimi Səmhudinin yazdığı “Vəfaul-vəfa” kitabında belə deyilir: Allah-taalanın dərgahında həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) və o həzrətin məqam və şəxsiyyətindən kömək və şəfaət istəmək həm Peyğəmbərin (sallallahu əleyhi və alih) xilqətindən öncə, həm onun təvəllüdündən sonra, həm də rehlətindən sonra və Qiyamət günündə caiz olmuşdur. Sonra həzrət Adəmin həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) məşhur təvəssülünü Ömər ibn Xəttabın dilindən belə nəql edir ki, Adəm əleyhissəlam həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) gələcəkdə xilqəti barəsində olan məlumatına əsasən, Allah-taalanın dərgahına belə ərz edir:

يا رَبِّ أَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ لَمَّا غَفَرْتَ لِى:

“Ey Allahım! Həzrət Muhəmmədin (sallallahu əleyhi və alih) haqqına Səndən istəyirəm ki, məni bağışlayasan.”

Sonra hədis ravilərindən, o cümlədən, tanınmış əhli-təsənnün alimlərindən olan Nəsai və Termizidən nümunə olaraq həzrət Peyğəmbərin həyatı dövründə (sallallahu əleyhi və alih) ona təvəssül etməyin caiz olmasına dair daha bir hədis nəql edir ki, xülasəsi belədir: Gözləri görməyən bir kişi həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) gözlərinin şəfaət tapması üçün dua etməsini istəyir, həzrət Peyğəmbər də (sallallahu əleyhi və alih) ona göstəriş verib belə deməsini buyurur:

<أَللَّهُمَّ إِنِّى أَسْئَلُكَ وَ أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِىِّ الرَّحْمَةِ يا مُحَمَّدُ إِنِّى تَوَجَّهْتُ بِكَ إِلى‏ رَبِّى فِى حاجَتِى لِتَقْضِىَ لِىَ اللَّهُمَّ شَفِّعْهُ فِىَّ:>

“Ey Allahım! Rəhmət peyğəmbəri olan Muhəmmədin (sallallahu əleyhi və alih) xatirinə Səndən istəyirəm və Sənə üz tuturam ey Muhəmməd! Sənin vasitənlə Allaha tərəf, hacətimin qəbul edilməsi üçün üz gətirirəm. İlahi onun şəfaətini mənim üçün qəbul et!”

Daha sonra həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra ona təvəssül etməyin caiz olmasına dair belə nəql edir:

Osmanın dövründə hacəti olan bir kişi həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qəbrinin yanına gəlir və belə dua edir:

أَللَّهُمَّ إِنِّى أَسْئَلُكَ وَ أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّنا مُحَمَّدٍ صلى الله عليه و آله نَبِىِّ الرَّحْمَةِ، يا مُحَمَّدُ إِنِّى أَتَوَجَّهُ بِكَ إِلى‏ رَبِّكَ أَنْ تَقْضِىَ حاجَتِى:

“Allahım! Səndən istəyirəm və bizim Peyğəmbərimiz, rəhmət Peyğəmbəri həzrət Muhəmmədin (sallallahu əleyhi və alih) vasitəsilə Sənə tərəf üz tuturam; Ey Muhəmməd! Mən sənin vəsilənlə sənin Allahına üz tuturam ki, mənim çətinliyim həll olsun! Yəni həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) təvəssül edir. Hədisin davamında belə əlavə edir: Çox çəkmədən o kişinin hacəti qəbul olur və çətinliyi həll olur...”

İbni Həcər Məkki “Səvaiq” kitabında tanınmış əhli-təsənnün rəhbərlərindən olan imam Şafeidən nəql edib deyir ki, o həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-Beytinə (əleyhimussəlam) təvəssül edib belə deyərdi:

  آلُ النَّبِىِّ ذَرِيْعَتِى             وَ هُمُ إِلَيْهِ وَسِيْلَتِى‏

             أَرْجُو بِهِمْ أُعْطى‏ غَداً             بِيَدِ الْيَمِيْنِ صَحِيْفَتِى‏

“Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-Beyti (əleyhimussəlam) mənim vəsiləmdirlər; onlar (Allahın) dərgahına mənim yaxın olmağım üçün səbəbdirlər”

“Ümid edirəm onların səbəbinə Qiyamət günü; mənim əməl naməm sağ əlimə verilsin.”

Həmçinin, Beyhəqidən nəql edir: İkinci xəlifənin xilafəti dövründə bir il qəhətlik olur və yağmursuz keçir, Bilal bir sıra səhabə ilə birlikdə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qəbrinin yanına gəlib belə dedi:

يا رَسُولَ اللَّهِ إِسْتَسْقِ لِامَّتِكَ ... فَإِنَّهُمْ قَدْ هَلَكُوا:

“Ey Rəsuləllah! Allahdan ümmətin üçün yağış istə… mümkündür həlak olsunlar”.

Hətta “Əlxeyratul-hisan” kitabında İbn Həcərdən belə nəql edir ki, “İmam Şafei” Bağdadda olduğu dövrdə Əbu Hənifənin ziyarətinə gedərdi və öz hacətləri üçün ona təvəssül edərdi!

Müvəffəq olasız!

 

 

کلمات کلیدی :


۵,۵۹۵