Sualınızı soruşun

28 December 2024 Saat 11:38

Salamun aleykum Zehmet olmazsa, tato yazdırmağın hökmünü bəyan edin, təşəkkür edirəm.

پاسخ :

Bismilləhir Rahmənir-Rahim

Salamun aleykum

Cavab: Əgər tato dəri altında döymə kimi olsa və dəstəmaz aldıqda dərinin üstündə heç bir mane yaratmazsa, bu halda tato etməyin heç bir maneəsi yoxdur. Bəli, əgər qadının zinət və yaraşığı sayılarsa, onu naməhrəmdən örtməlidir.

Amma dərinin üstündə olsa və suyun dəriyə yetişməsinə mane yaratsa, əgər dəstəmaz və qüsl etdikdə onu götürmək mümkündürsə, gərək götürüb sonra dəstəmaz və qüsl etsin. Lakin dəstəmaz və qüsl etmək zamanı onu götürmək mümkün deyilsə, bu halda dəstəmaz və qüsl alsa, batil olar. Ona görə də, şəriətə əsasən, vacib əməlin yerinə yetirilməsinə mane olduğu üçün onu etmək caiz deyil. Bu surətdə əgər bir kəs tato edibsə, gərək onu təmizləsin və aradan aparsın. 

Amma dəstəmaz və qüsl aldıqda onu təmizləmək mümkün olmazsa, gərək cəbirə qaydası ilə dəstəmaz və qüsl etsin.

Eyni zamanda əgər hökmü bilərəkdən onu təmizləmək istəməzsə, cəbirə qaydası ilə dəstəmaz və qüsl etməsi də batil olar.
 
Müvəffəq olun.

کلمات کلیدی :

Tato etmək dəstəmaz və qüsl almaq zinət və yaraçıq

۸۶۵