Sualınızı soruşun

27 December 2024 Saat 18:58

Salamun aleykum Hacət namazının qılınması ilə əlaqədar məlumat əldə etmək istəyirdim, lütfən bu barədə ətraflı məlumat verərdiniz, öncədən təşəkkür edirim.

پاسخ :

Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum

Cavab: Məsumlardan “Hacət” namazının qılınması bir neçə tərzdə nəql olunubdur. Məsələn, həzrət Fatimei-Zəhranın (əleyhasəlam) namazı, imam Musa ibn Cəfərin (əleyhiməssəlam) namazı və s. Hər biri də xüsusi bir qaydada oxunur.

Hacət namazının ən sadə və asan qaydası odur ki, sübh namazı kimi iki rəkətli namazı hacət namazı niyyəti ilə oxuyub, sonda öz hacətini Allahdan istəyəsən.

Hacət namazının ayrı bir qaydası:

Möhtəşəm “Usuli-Kafi” kitabında imam Sadiq əleyhissəlamdan nəql edilir ki, hər zaman bir hacətin olsa, həzrət Rəsuləllaha (sallallahu əleyhi və alih) pənah aparıb iki rəkət namaz qıl və onu həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) hədiyyə et.

Bu namazın qaydası belədir ki, əvvəl qüsl edib sonra dəstəmaz alasan, sonra da vacib sübh namazı kimi iki rəkət namaz qılırsan, sonda isə salamları deyib bu duanı oxuyursan:

«اللّٰهُمَّ أَنْتَ السَّلامُ، وَمِنْكَ السَّلامُ، وَ إِلَيْكَ يَرْجِعُ السَّلامُ. اللّٰهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَبَلِّغْ رُوحَ مُحَمَّدٍ مِنِّي السَّلامَ وَأَرْواحَ الْأَئِمَّةِ الصَّادِقِينَ سَلامِي وَارْدُدْ عَلَيَّ مِنْهُمُ السَّلامَ، وَالسَّلامُ عَلَيْهِمْ وَرَحْمَةُ اللّٰه وَبَرَكاتُهُ. اللّٰهُمَّ إِنَّ هاتَيْنِ الرَّكْعَتَيْنِ هَدِيَّةٌ مِنِّي إِلىٰ رَسُولِ اللّٰه صَلَّى اللّٰهُ عَلَيْهِ وَآلِهِ فَأَثِبْنِي عَلَيْهِما مَا أَمَّلْتُ وَرَجَوْتُ فِيكَ وَفِي رَسُولِكَ يَا وَلِيَّ الْمُؤْمِنِينَ»

Duanı oxuduqdan sonra səcdəyə gedib “qırx dəfə” bu zikri deyirsən:

«یَا حَیُّ یَا قَیُّوْمُ یَا حَیّاً لَایَمُوتُ یَا حَیّاً لَاإِلٰهَ إِلّا أَنْتَ یَا ذَا الْجَلالِ وَالْإِکْرامِ یَا أَرْحَمَ الرَّاحِمِینَ»

Sonra üzünün sağ tərəfini torpağa (möhrə) qoyub yenidən həmin zikri təkrar edirsən, daha sonra sol üzünü yerə qoyub həmin zikri qırx dəfə təkrar edirsən. Sonra başını səcdədən qaldırıb əllərini göyə tutursan və o zikri qırx dəfə təkrar edirsən, sonra əllərini boynuna qoyub, şəhadət barmağınla şəhadət verərək o zikri yenə qırx dəfə deyirsən. Daha sonra sol əlinlə saqqalını tutub ağlayırsan, yaxud ağlamaq halını izhar edirsən və bu duanı oxuyursan:

يَا مُحَمَّدُ يَا رَسُولَ اللّٰه، أَشْكُو إِلَى اللّٰه وَ إِلَيْكَ حاجَتِي وَ إِلَىٰ أَهْلِ بَيْتِكَ الرَّاشِدِينَ حَاجَتِي وَبِكُمْ أَتَوَجَّهُ إِلَى اللّٰهِ فِي حاجَتِي.

Ya Muhəmməd! Ya Rəsuləllah! Öz hacətimi Allaha, sənə, və sənin pak Əhli-Beytinədeyirəm və sizin vasitənizlə Allahadan kömək istəyirəm.

Sonra səcdəyə gedib, deyirsən: «یَا اللّٰهُ یَا اللّٰه» nəfəsin tutana qədər bu zikri təkrar edirsən, sonra belə deyirsən: «صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وافعل بی کذا وکذا» -kəza və kəza (mənimlə belə et) sözlərinin yerinə öz hacətini diləyirsən.

Sonra həzrət Sadiq əleyhissəlam buyurur: “Mən Allah-taalanın yanında zaminəm, hər kəs belə etsə, yerindən qalxmamış öz hacətinə çatar.”

Möhtəşəm “Məfatihul-cinan” kitabına müraciət etsəniz orada hacət namazlarının müxtəlif formaları qeyd edilibdir. Həmçinin, həzrət Fatimei-Zəhra əleyhasəlamın namazı da bu niyyətlə cümə günlərində oxunur.

Sizlərə həyatda müvəffəqiyyətlər arzu edirik.


کلمات کلیدی :

Hacət namazı qaydaları və qılınma tərzi

۹,۶۱۷