Sualınızı soruşun

24 April 2024 Saat 09:11

Salamun aleykum Sual: Bir müddət öncədən özüm və ailəmlə əlaqədar çoxlu anlaşılmaz və xoşagəlməz hadisələrlə üzləşirik. Hər hansı işin ucundan tuturamsa, müsbət nəticəsi olmur, əksinə zərəri yetir. Bəzi insanlar deyirlər ki, mümkündür sehr, cadu və tilsim edilmiş olaq və bu da xeyir-bərəkətin əlimizdən çəkilməsinə gətirib çıxara. Əgər bu həqiqət olarsa, ondan yaxa qurtarmaq yolu nədir? Sehr, cadu və tilsim haqda heç bir anlayışım yoxdur, onun təsirini necə zərərləşdirə bilərəm? Mümkünsə yol göstərin, təşəkkür.

پاسخ :

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab: 

Hərçənd sehr və cadunun müəyyən həddə həqiqəti vardır, lakin hər bir işi sehr, cadu və tilsimə nisbət vermək düzgün deyildir. Mümkündür sehr və tilsim olunmayıbsız və sizin qorxu və vəhşətinizin başqa bir amili olsun, amma əgər fərz etsək ki, sehr edilmisiz, sehri və tilsimi batil etmək üçün aşağıdakı deyilənlərə əməl edin:

1-Sədəqə verin; 

2-Çoxlu Quran oxuyun, xüsusən “Ayətul-kursi”ni (Bəqərə surəsinin 255-ci ayəsini; yaxşı olar ondan sonrakı iki ayə ilə bir yerdə oxuyun) və əvvəli “Qul” kəlməsi ilə başlanan dörd kiçik Quran surəsini, yəni «قل هو الله احد», «قل یا ایها الکفرون», « قل اعوذ برب الفلق», «قل اعوذ برب الناس» surələrini çox oxuyun;

 3-Tilsim və sehri batil etmək üçün möhtəşəm “Məfatihul-cinan” kitabında yazılan dualardan istifadə edin;

4-Yunus surəsinin 75-ci ayəsindən 82-ci ayəsinə qədər yazıb özünüzlə gəzdirin və o ayələri çoxlu oxuyun;

5-Hər namazdan sonra çoxlu dua edin;

6-Çalışın mümkün qədər yaxın adamlarınıza, qonşular və dostlarınıza, xüsusən mömin və təqvalı insanlara xeyirxahlıq və yaxşılıq edin, Allah-taala yaxşılıq edənlərə savab və mükafat verər;

Həmçinin, bu deyiləcək qaydaya heç olmazsa, qırx gün əməl edin: Namazları, xüsusən də sübh namazını əvvəl vaxtında qılın; sübh namazından sonra sağ əlini sinənə qoyub yetmiş dəfə “Ya Fəttah” zikrini deyin, sonra 110 dəfə salavat deyin. Gecə-gündüz ərzində heç olmasa 5 dəfə “Ayətul-kursü”nü oxuyub öz üzərinizə üfürün. Hər zaman fikriniz qarışsa və narahatlıq hiss etsəniz, bu zikri oxuyun: «لا حول و لا قوّة الّا باللّه» Bu deyilənlərə qırx gün ardıcıl əməl edin, inşa Allah tilsim müşkülünüz aradan gedər.

Dualarınızda həzrət Fatimei-Zəhra əleyhasəlamın şiələrini unutmayın...

کلمات کلیدی :

Sehr cadu və tilsimi zərərləşdirib təsirini aradan aparmaq

۷,۷۵۵