pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Qəmə vurmağın şəri hökmü nədir?
Tarixində 18 January 2022 & Saat 17:03

Salamun aleykum
Həzrət imam Huseyn əleyhissəlamın və vəfalı səhabələrinin şəhadəti ilə keçirilən məclislərdə bəzən qəmə vurmaq mərasimləri yayımlanır. Eyni zamanda qəmə vurmaq barədə xalq arasında müxtəlif nəzərlər eşidirik, bilmək istəyərdim qəmə vurmaq İslam dini baxımdan caizdirmi?

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab: Hazırki zamanda “qəmə vurmaq” düşmənlərin şiələr əleyhinə mənfi təbliğat aparmalarına xidmət etməsini və onların qəmə vurmaqdan sui-istifadəsini nəzərə alaraq, qəmə vurmaq məsələsi əzadarlıq mərasimləri barədə xoşagəlməz fikirlər və yanlış tənqidlərə səbəb olur.
Bu anlaşılmazlıqların qarşısını almaq, imam Huseyn əleyhissəlamın və onun şərəfli silahdaşlarının zalım hakimlərin özbaşınaçılıqlarına son qoyması və İlahi hökmlərin bərpa edilməsinə xidmət edən Kərbəla qiyamının həqiqətini bütün dünyada doğru tanıtdırmaq və insanları Əhli-Beytin (əleyhimussəlam) məktəbinə dəvət etmək məqsədilə, eləcə də bu məktəbin davam etməsini və onun dərslərinin bütün bəşəriyyətə əbədi örnək olmasını istəyən və həzrət imam Huseyn əleyhissəlama əlaqəli və məhəbbəti olan bütün əzizlərin “qəmə vurmaq” və bu kimi əməllərdən çəkinmələri lazımdır.

5 Görüş

Əsas terminlər: Aşura əzadarlıq qəmə vurmaq