Bismilləhir-Rahmənir-Rahim
Qurani-Kərimdə it`am (təam vermək) və infaq (malı bəxşiş
etmək) və Allah yolunda qurban kəsmək kimi məsələlər Allahın razılığını əldə
etmək (qürbətən iləllah) niyyətilə olsa, şəhid olmaq kimi ən dəyərli ibadət
növündəndir. Müqəddəs Quran möminləri bu ibadətə çox ciddiyyətlə təşviq edir.
Belə ki, Bəqərə surəsinin ilk ayələrində müttəqilərin
sifətlərini sayaraq, buyurur: “Müttəqilər o kəslərdir ki, namaz qılar və Allahın
onlara verdiyindən infaq edərlər.”
Qurani-Kərim başdan –başa bu ibadətə çoxlu
misallarla işarə edir, hətta İbrahim Peyğəmbərin oğlu İsmayili qurban kəsməsini
də Allahın razılığını əldə etmək üçün zikr edir.
Həzrət Peyğəmbər (s) və Məsum imamlar da bu ibadəti
ən kamil şəkildə yerinə yetiriblər. Dini mənbələrdə və xalq arasında məşhurdur
ki, həzrət Əli (ə), imam Səccad, imam Baqir, imam Sadiq, imam Kazim, imam Rza (ə)
gecə-gündüz fəqirlərin qapılarına təam göndərər, bir çox halda kimsənin nəzərindən
uzaq olsun deyə, gecələr özləri bu ibadəti şəxsən yerinə yetirərdilər.
Mübarək Ramazan ayında möminlərin ac-susuz olaraq təam
və infaq etmələri, maddi və mənəvi baxımdan olduqca müsbət dəyərlənir. Belə ki,
bu ayın dualarında xüsusi olaraq bu ibadətə nail olmağı Allahdan diləmək qeyd
olunub.
Odur ki, bu haqda zehnə gələn əks fikirlər və ya
şübhələrə heş bir əsas yoxdur. Sadəcə olaraq mümkündür bəzi fikirlər, məsələn,
kimlərə infaq etmək, yaxud nəyi infaq etmək kimi irəli gəlsin ki, onun nümunələrini
isə hər bir məntəqənin özünə uyğun şəkildə demək olar. Amma aşağıdakı nümunələrə
qəti olaraq işarə edə bilərik, çünki həm Quranda, həm də digər mənbələrdə
onlara aydın şəkildə işarə edilir. Mən burada onları əhəmiyyət ardıcıllığı ilə sadalayıram.
Kimlərə infaq etmək:
-Həzrət Peyğəmbərin (s) nəslindən olan yoxsul və
ehtiyaclılar;
-Xalqın dini və mənəvi dəyərlərini Allaha xatir
qoruyub, gücləndirən fədakar möminlər;
-Seyid olmayan, lakin ehtiyac içində yaşayan möminlər;
(xüsusən, o əxslər ki, ehtiyaclı olmalarını digərlərindən gizlədirlər)
-Möminlərin toplantısında, xüsusən şam və işa
namazlarından sonra iftar süfrəsi açmaq;
Nəyi infaq etmək:
-Möminlərə: təam vermək; yemək məhsulları alıb
ehtiyaclılara çatdırmaq; iftar süfrələri açmaq; qurban kəsib ətini paylamaq; uzaqda
olan fəqirlərə asan olsun deyə, vəsait göndərmək və s.
Möminlər bu köməkləri etməkdə ixtiyarlıdır; Əhli-Beyt
(ə) sevərlərinə xidmət edənlərin əcri sabi və haqdır, İnşa Allah.
Ramazan ayında infaq etmək və təam vermək
30 March 2025 Saat 05:25
Salamun aleykum Ramazan ayında infaq etmək və təam vermək hansı şərat və meyarlarla olmalıdır? Əvvəlcədən verəcəyiniz cavaba görə təşəkkür edirəm.
پاسخ :
Bismilləhir-Rahmənir-Rahim
Qurani-Kərimdə it`am (təam vermək) və infaq (malı bəxşiş etmək) və Allah yolunda qurban kəsmək kimi məsələlər Allahın razılığını əldə etmək (qürbətən iləllah) niyyətilə olsa, şəhid olmaq kimi ən dəyərli ibadət növündəndir. Müqəddəs Quran möminləri bu ibadətə çox ciddiyyətlə təşviq edir.
Belə ki, Bəqərə surəsinin ilk ayələrində müttəqilərin sifətlərini sayaraq, buyurur: “Müttəqilər o kəslərdir ki, namaz qılar və Allahın onlara verdiyindən infaq edərlər.”
Qurani-Kərim başdan –başa bu ibadətə çoxlu misallarla işarə edir, hətta İbrahim Peyğəmbərin oğlu İsmayili qurban kəsməsini də Allahın razılığını əldə etmək üçün zikr edir.
Həzrət Peyğəmbər (s) və Məsum imamlar da bu ibadəti ən kamil şəkildə yerinə yetiriblər. Dini mənbələrdə və xalq arasında məşhurdur ki, həzrət Əli (ə), imam Səccad, imam Baqir, imam Sadiq, imam Kazim, imam Rza (ə) gecə-gündüz fəqirlərin qapılarına təam göndərər, bir çox halda kimsənin nəzərindən uzaq olsun deyə, gecələr özləri bu ibadəti şəxsən yerinə yetirərdilər.
Mübarək Ramazan ayında möminlərin ac-susuz olaraq təam və infaq etmələri, maddi və mənəvi baxımdan olduqca müsbət dəyərlənir. Belə ki, bu ayın dualarında xüsusi olaraq bu ibadətə nail olmağı Allahdan diləmək qeyd olunub.
Odur ki, bu haqda zehnə gələn əks fikirlər və ya şübhələrə heş bir əsas yoxdur. Sadəcə olaraq mümkündür bəzi fikirlər, məsələn, kimlərə infaq etmək, yaxud nəyi infaq etmək kimi irəli gəlsin ki, onun nümunələrini isə hər bir məntəqənin özünə uyğun şəkildə demək olar. Amma aşağıdakı nümunələrə qəti olaraq işarə edə bilərik, çünki həm Quranda, həm də digər mənbələrdə onlara aydın şəkildə işarə edilir. Mən burada onları əhəmiyyət ardıcıllığı ilə sadalayıram.
Kimlərə infaq etmək:
-Həzrət Peyğəmbərin (s) nəslindən olan yoxsul və ehtiyaclılar;
-Xalqın dini və mənəvi dəyərlərini Allaha xatir qoruyub, gücləndirən fədakar möminlər;
-Seyid olmayan, lakin ehtiyac içində yaşayan möminlər; (xüsusən, o əxslər ki, ehtiyaclı olmalarını digərlərindən gizlədirlər)
-Möminlərin toplantısında, xüsusən şam və işa namazlarından sonra iftar süfrəsi açmaq;
Nəyi infaq etmək:
-Möminlərə: təam vermək; yemək məhsulları alıb ehtiyaclılara çatdırmaq; iftar süfrələri açmaq; qurban kəsib ətini paylamaq; uzaqda olan fəqirlərə asan olsun deyə, vəsait göndərmək və s.
Möminlər bu köməkləri etməkdə ixtiyarlıdır; Əhli-Beyt (ə) sevərlərinə xidmət edənlərin əcri sabi və haqdır, İnşa Allah.
کلمات کلیدی :
۱۱