Sualınızı soruşun

24 November 2024 Saat 09:27

Mən yaşadığım vilayətdə İslamı bacardığım qədər təbliğ etmişəm, amma indi bir sual çıxıb ona cavab vermişəm, amma şiə qardaşım hənəfinin dediklərinə inanaraq mənim fəaliyyətimə mənfi təsir göstərir. Mömin bəndə şərab içərsə o həmin halda imandan və dindən çıxmış olar (hənəfi məzhəbi deyir ki, Peyğəmbərin (s.ə) hədisinə görə o din və imandan çıxmır)

پاسخ :

Baxmayaraq ki, şərab haramdır və şərab içmək böyük günahlardandır, hətta Məsumlarımızdan(ə) bizə gəlib çatan rəvayətlərə əsasən bir nəfər şərab içsə və tövbə etməsə qirx gün onun namazı qəbul deyildi və baxmayaraq ki, namazlarını qılmaq vacibdir, amma savabı  olmur.  

Həmçinin ayrı bir rəvayətdə gəlibdir: Şərab içən qiyamət günündə üzü qara, dili ağzından eşiyə çixmış və ağzının suyu sinəsinə tökülmüş və susuzluqdan ucadan qişqiran halda olar. Allah -təalanın ən pis əzabına düçar olar.

 Şərab içən dindən xaric olmaz, dindən çixmış sayılmaz. Ona kafir deyilməz və imandanda xaric olmaz.

Əlbətdə bəzi rəvayətlərdə gəlib: Şərab içən tövbəsiz ölsə küfr halında və kafir olaraq ölmüşdür. Bu şərab içənin günahının daha şiddətli və çox olmasındandır. Amma nəqədər diridirsə müsəlmandır və islamın hökümləri ona aiddir.


 

کلمات کلیدی :


۲,۴۶۷