Böyük alimlərin rəyinə
əsasən istixarə “xeyir tələb etmək” yaxud “düzgün yol” mənasındadır. İnsan bir
iş barəsində məsləhət etməklə yaxud fikir yürüdməklə bir yerə çatmadığı
təqdirdə, Allahdan istəyir düzgün yolu ona göstərsin.
İnsan gərək
işlərində əvvəlcə məsləhətləşib araşdırma aparsın, əgər bir nəticə əldə etməsə
o vaxt istixarə etdirə bilər. Istixarəni elə adam etməlidir ki, Quran
ayələrinin işarə və məzmunundan agah olub, istixarənin yaxşı və ya pis.olduğunu
başa düşsün.
İstixarə pis gəldiyi
təqdirdə ona əməl etmək vacib deyil, amma yaxşıdır, istixarənin məzmunu ilə
müxalifət etməsin.
Buna görədə əgər
istixarəni düzgün etdirmiş olsanız yaxşıdır ki, onunla müxalifət etməyəsiniz.
Bir müddət səbr edin, ta əvvəlki istixarəni nə üçün etdirmisinizsə həmin
hadisədə bir dəyişiklik yaransın və sonradan o dəyişikliyə görə yenidən istixarə
edin. Bu niyyətlə ki artıq ilk dəfə hansı iş üçün istixarə etmişdiniz. Misal
olaraq pis gəlmişdirsə və həmin işdə artıq dəyişiklik yaranıb indi itəyirsiniz
Allahla məşvərət edəsiniz ki - indi necə, bu işdə dəyişiklik yaranandan sonra
da bu iş yaxşıdır ya yox?- bu zaman siz ikinci istixarəni edə bilərsiniz.
Əgər məsləhət və
təhqiqat yolu ilə belə nəticəyə çatırsınız ki, ikinci işiniz yaxşıdır, o işə başlaya
bilərsiniz.
İstixarənin mənası
24 November 2024 Saat 09:16
Mən bir şirkətdə çalışıram və bu yaxınlarda elə həmin şirkətdə daha yaxşı maaşla, vəzifəsi də üstün olan bir vakant yer əmələ gəlib. Mənə də o yerdə işləmək təklif olunub. Təklif gələndən sonra mən yeni işə keçib-keçməməkdə qərarsız olduğum üçün “istixarə” etdirdim və cavabı çox pis gəldi. İndi isə qərarsızam o işə keçim yoxsa yox? Ümumiyyətlə bu məsələdə istixarə etmək olarmı?
پاسخ :
Böyük alimlərin rəyinə əsasən istixarə “xeyir tələb etmək” yaxud “düzgün yol” mənasındadır. İnsan bir iş barəsində məsləhət etməklə yaxud fikir yürüdməklə bir yerə çatmadığı təqdirdə, Allahdan istəyir düzgün yolu ona göstərsin.
İnsan gərək işlərində əvvəlcə məsləhətləşib araşdırma aparsın, əgər bir nəticə əldə etməsə o vaxt istixarə etdirə bilər. Istixarəni elə adam etməlidir ki, Quran ayələrinin işarə və məzmunundan agah olub, istixarənin yaxşı və ya pis.olduğunu başa düşsün.
İstixarə pis gəldiyi təqdirdə ona əməl etmək vacib deyil, amma yaxşıdır, istixarənin məzmunu ilə müxalifət etməsin.
Buna görədə əgər istixarəni düzgün etdirmiş olsanız yaxşıdır ki, onunla müxalifət etməyəsiniz. Bir müddət səbr edin, ta əvvəlki istixarəni nə üçün etdirmisinizsə həmin hadisədə bir dəyişiklik yaransın və sonradan o dəyişikliyə görə yenidən istixarə edin. Bu niyyətlə ki artıq ilk dəfə hansı iş üçün istixarə etmişdiniz. Misal olaraq pis gəlmişdirsə və həmin işdə artıq dəyişiklik yaranıb indi itəyirsiniz Allahla məşvərət edəsiniz ki - indi necə, bu işdə dəyişiklik yaranandan sonra da bu iş yaxşıdır ya yox?- bu zaman siz ikinci istixarəni edə bilərsiniz.
Əgər məsləhət və təhqiqat yolu ilə belə nəticəyə çatırsınız ki, ikinci işiniz yaxşıdır, o işə başlaya bilərsiniz.
کلمات کلیدی :
۲,۵۴۴