Sualınızı soruşun

24 November 2024 Saat 00:49

Mən namaz qıldığım andan bu günədək çoxlu mənəvi təyziqlərlə qarşılaşmışam. Acı vəziyyətim o yerə çatıb ki, dəfələrlə intihara təşəbbüs etmişəm. Məni intihara sürükləyən dinsizliyimdirsə, məni dinsizliyə sürükləyən dindarlığımdır. Dindar olmağım dinsizlərə ağır gəlib. Hazırda da Azərbaycan Dinsiz Respublikası (ADR) məni gecə-gündüz izləyir. Artıq mənim üçün istənilən sahədə həyat bitmişdir. Hər şeyimi əlimdən aldılar gələcəyimi də itirdim. Onların istəklərinə uyub onlardan biri olmuşam namaz qılmıram. Məni yaxınlarım zəiflətdi yoxsa məndən hazırda İslamın düşmənləri çox qorxur bilirlər ki, mən nə qədər varam onlar təhlükədədirlər. Həzrət Əli (ə) tarixdə kafirlərin qatili kimi xatırlanır. Əli (ə) kimi bütün kafirləri yox etmək hər möminin arzusudur. Ağa, bilmək istəyərdim şəriətdə intihar etmək üçün caiz hallar varmı, yəni istisna halları? Çünki mən indi heç nəyə yaramıram. Mənimlə müharibə Allahla müharibə idi. Kafirlər Allahdan almaq istədiyi qisası məndən aldılar. Bir neçə gün öncə yuxuda 12 imamın əbasını evimdə asıldığını gördüm 12 əbanın ətəyini öpdüm. Halbuki indi namaz qılmıram. Bir neçə ay öncə şəklinizi anam görmüşdü elə düşünüb ki bu şəkil mənimdir. Saytınızdakı məlumatları çox oxuyuram çox faydalıdır amma şərh yazmağa həya edirdim namaz qılmıram dindən ayrılmışam. 124 min peyğəmbərin (ə) dinindən. Uca Allah sizi qorusun! Nə yaxşı ki, belə həyatda sizin kimi Allah höccəti də var. Bu isə Allahın bu ümmət üzərindəki rəhmətlərindəndir.

پاسخ :

1. Özünü öldürmək hər bir şəraitdə haramdır və olmaz. Mərhum Səduqun, “İqabul-əmal” kitabında bir rəvayətdə gəlmişdir ki," Əgər bir nəfər özünü öldürə həmişəlik İlahi əzaba düçar olub axirətdə onun üçün bir nicat yolu olmayacaqdır."

Mömin insan heç vaxt həyatdan və yaşamaqdan naümid olmur və heç vaxt özünü öldürmək fikri eləmir və siz də həmçinin bu fikirdən əl çəkin!

2. Namazı tərk etməyin, indiyə qədər tərk etdiyiniz namazların qəzasını qılın və namaz qılmadığınız müddətin tövbəsini edin!

Namaz insanın Allahla rabitəsinin rəmzidir, nəyə görə Allahla olan əlaqə vasitənizi kəsirsiniz? Dünya yaşayışı bütün çətinliklər və acılarla doludur, amma yaxşı əməl və rəftarlar axirət üçün azuqə kimi qalır. Dünya imtahan yeridir, bacarın İlahi imtahanda məğlub olmayın və mütləq namazı tərk etməyin! Əgər namaza əhəmiyyət verməsəniz bilin ki, Məsumlarımız (ə) sizdən uzaq olar və qiyamət günündə də şəfaət etməzlər. Namazları əvvəl vaxtında qılın və Quran oxuyun, çoxlu dua edin ki, Allah İmamın zuhurunu sizin və bütün möminlərin həyatına mərhəmət etsin!

کلمات کلیدی :


۲,۲۴۷