Ayın görünmə məsələsi təqlidi məsələ deyil, gərək ayın əvvəli
müqəllid üçün sabit olsun. Ayın əvvəli sübut olmasılə oruc tutmalı və sonrakı
ayda hilalın görünməyinin sabit olması ilə iftar olunmalıdır.( oruc
açılmalıdır) Yəni orucluq bayramı keçirilsin. Lakin camaatın mərcəyi-təqlidə
etiqadları olduğuna görə, mərcəyi təqlidə istinad eləməyi etibarlı bilirlər.
Əgər onların mərcəyi-təqlidi ayın görünməsini elan etsə ,onlar üçün etibarlıdır
və onlar onun elanı ilə bayram keçirə bilərlər.
Ayın əvvəli bir neçə yolla
sübut olunur:
1. İnsan özü görsün
2. Sözlərindən yəqinlik və ya xatircəmlik
hasil edilən bir qrup şəxs “ayı gördük” desinlər, yaxud bir şeyin
vasitəsi ilə məlum olsun ki, ondan yəqinlik hasil olsun.
3. Şəban ayının
əvvəlindən 30 gün keçərsə, Ramazanın əvvəli sübut olunur və Ramazan ayının
əvvəlindən 30 gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut olunur.
4) İki adil kişinin,”
gecə ayı gördük”- deməsi ilə;amma ayın sifətini bir-birinin əksinə deyərlərsə,
ya dediklərində səhv olarsa, məsələn deyələr, ayın daxili dairəsi üfüqə tərəf
idi, ayın əvvəli sübut olmur. Amma əgər bəzi xüsusiyyətlərin seçimində səhv
olmuş ola, məsələn biri deyə ki, hündür idi, o biri deyə yox, onların deməyi
ilə ayın əvvəli sabit olur.
5) Camiuş- şərait
müctəhid hökm edə ki, ayın əvvəlidir,
Əgər camiuş-şərait müctəhid hökm edə ki, ayın əvvəlidir ona təqlid etməyənlər
də gərək onun hökmünə əməl etsinlər. Amma bir şəxs, camiuş-şərait müctəhidin
səhv etdiyini bilsə onun hökmünə uyğun əməl edə bilməz.
Ayın əvvəli
münəccimlərin, astroloqların praqnozları ilə sabit olmur. Amma insan onların dediyindən
yəqinlik, əminlik tapsa, ona uyğun əməl etməlidir.
Ayın görünməsi
23 November 2024 Saat 21:14
Mən Azərbaycanda yaşayıram. Burada Ramazan ayının başlanması astronomik məlumatlara əsasən elan edilir. Bu da mərhum Lənkarani ağanın (r.ə.) fətvasına əsasən kafi deyil. Buradakı bir çox şiələr ayın başlanmasında vəliyyi-fəqihin fətvasına istinad edirlər. Lənkərani ağa (r.ə.) ayın başlanmasında vəliyyi-fəqihə itaət etməyi caiz bilirdimi?
پاسخ :
Ayın görünmə məsələsi təqlidi məsələ deyil, gərək ayın əvvəli müqəllid üçün sabit olsun. Ayın əvvəli sübut olmasılə oruc tutmalı və sonrakı ayda hilalın görünməyinin sabit olması ilə iftar olunmalıdır.( oruc açılmalıdır) Yəni orucluq bayramı keçirilsin. Lakin camaatın mərcəyi-təqlidə etiqadları olduğuna görə, mərcəyi təqlidə istinad eləməyi etibarlı bilirlər. Əgər onların mərcəyi-təqlidi ayın görünməsini elan etsə ,onlar üçün etibarlıdır və onlar onun elanı ilə bayram keçirə bilərlər.
Ayın əvvəli bir neçə yolla sübut olunur:
1. İnsan özü görsün
2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxs “ayı gördük” desinlər, yaxud bir şeyin vasitəsi ilə məlum olsun ki, ondan yəqinlik hasil olsun.
3. Şəban ayının əvvəlindən 30 gün keçərsə, Ramazanın əvvəli sübut olunur və Ramazan ayının əvvəlindən 30 gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut olunur.
4) İki adil kişinin,” gecə ayı gördük”- deməsi ilə;amma ayın sifətini bir-birinin əksinə deyərlərsə, ya dediklərində səhv olarsa, məsələn deyələr, ayın daxili dairəsi üfüqə tərəf idi, ayın əvvəli sübut olmur. Amma əgər bəzi xüsusiyyətlərin seçimində səhv olmuş ola, məsələn biri deyə ki, hündür idi, o biri deyə yox, onların deməyi ilə ayın əvvəli sabit olur.
5) Camiuş- şərait müctəhid hökm edə ki, ayın əvvəlidir,
Əgər camiuş-şərait müctəhid hökm edə ki, ayın əvvəlidir ona təqlid etməyənlər də gərək onun hökmünə əməl etsinlər. Amma bir şəxs, camiuş-şərait müctəhidin səhv etdiyini bilsə onun hökmünə uyğun əməl edə bilməz.
Ayın əvvəli münəccimlərin, astroloqların praqnozları ilə sabit olmur. Amma insan onların dediyindən yəqinlik, əminlik tapsa, ona uyğun əməl etməlidir.
کلمات کلیدی :
۳,۸۷۲