Əgər qadın və kişi siğəni öz aralarında oxusa, əvvəl qadın deyir: "zəvvəctukə
nəfsi fil muddətil məluməti ələl məhril məlum", yəni özümü təyin
olunmuş mehriyyə və vaxtla sənin müvəqqəti nikahında qərar verdim. Sonra kişi
fasiləsiz deyir: "qəbiltut-təzvicə linəfsi fil muddətil məluməti
ələl məhril məlum ", yaxud desin "qəbiltu linəfsi hakəza"
yəni qəbul elədim bu izdivacı.
Kişi qadın tərəfdən vəkil
olub onu özü üçün nikah etdikdə, əvvəlcə qadın tərəfdən vəkil olaraq deyir: "zəvvəctu
muvəkkilətu filanən (qadının adını de) linəfsi fil muddətil məluməti ələl
məhril məlum." Yəni təyin olunmuş mehriyyə və vaxtın müqabilində
öz vəkilliyimlə səni müvəqqəti nikahımda qərar verdim. Sonra fasiləsiz öz
tərəfindən deyir: "qəbiltut-təzvicə linəfsi fil muddətil məluməti ələl
məhril məlum " yaxud "qəbiltu linəfsi hakəza"
yəni qəbul etdim bu izdivacı.
Həmçinin bu ibarə ilə də oxuya
bilər: "məttətu muvəkkiləti (filanən) linəfsi fil
muddətil məluməti ələl məhril məlum", yəni təyin olunmuş mehriyyə
və vaxtın müqabilində vəkilin olaraq səni müvəqqəti nikahımda qərar verdim.
Sonra fasiləsiz öz tərəfindən deyir: "qəbiltu linəfsi hakəza",
yəni qəbul etdim bu izdivacı.
Bir məsələyə diqqət edin –
daimi ya müvəqqəti əqd oxumağın şərtləri vardır ki, onlara riayət olunmasa əqd
səhvdir. O şərtlər ibarətdir:
1. Siğə və əqd ərəbcə
düzgün oxunmalıdır. Əgər kişi və qadın özləri ərəbcə düzgün oxuya bilsələr,
ehtiyat-vacibə görə gərək ərəbcə düzgün oxusunlar. Əgər özləri ərəbcə düzgün
oxuya bilməsələr, ehtiyat-vacib odur ki, gərək ərəbcə düzgün oxuya bilən bir
nəfəri vəkil etsinlər. Və əgər özləri oxuya bilməsələr, "zəvvəctu" və
"qəbiltu"-nun mənasını çatdıran bir kəlmə desinlər. Əgər əqd oxuduqda
onun mənasın dəyişən bir hərf səhv oxusalar, əqd səhvdir.
2. Əqd siğəsini oxuyan
şəxs dediyi sözlərin mənasını dəqiq bilməlidir. Əgər ərəbcə oxuyub, hər kəlməni
düzgün surətdə desə və ayrı-ayrılıqda hər birinin mənasını bilsə əqd düzgündür.
3. Siğə “inşa” niyyəti
ilə oxunmalıdır; qadının "zəvvəctukə nəfsi" deməsindən məqsədi bu ola
ki, özünü indi onun qadını qərar verdi. Həmçinin kişi də “qəbiltut-təzvicə”
deməklə onu özünə xanım və arvad olmasını indi qəbul etdi. Əgər kişi vəkil olsa
"zəvvəctu və qəbiltu” deməklə qəsdi bu ola ki, onu vəkil edən kişi və
qadın indi ər və arvad oldular.
4. Müvəqqəti əqddə mehriyyə
və müddət təyin olmalıdır; yəni kişi və qadın əqd oxunmamışdan əvvəl mehriyyə
və vaxtı təyin etməlidir.
5. Muvəqqəti evlənmədə
əgər qız bakirə olsa əksər müctəhidlərin nəzərinə görə ehtiyat-vacibə görə
qızın atasından icazə alınmalıdır.
Müvəqqəti evlənmə
27 December 2024 Saat 20:03
Siğəni necə etmək olar?
پاسخ :
Əgər qadın və kişi siğəni öz aralarında oxusa, əvvəl qadın deyir: "zəvvəctukə nəfsi fil muddətil məluməti ələl məhril məlum", yəni özümü təyin olunmuş mehriyyə və vaxtla sənin müvəqqəti nikahında qərar verdim. Sonra kişi fasiləsiz deyir: "qəbiltut-təzvicə linəfsi fil muddətil məluməti ələl məhril məlum ", yaxud desin "qəbiltu linəfsi hakəza" yəni qəbul elədim bu izdivacı.
Kişi qadın tərəfdən vəkil olub onu özü üçün nikah etdikdə, əvvəlcə qadın tərəfdən vəkil olaraq deyir: "zəvvəctu muvəkkilətu filanən (qadının adını de) linəfsi fil muddətil məluməti ələl məhril məlum." Yəni təyin olunmuş mehriyyə və vaxtın müqabilində öz vəkilliyimlə səni müvəqqəti nikahımda qərar verdim. Sonra fasiləsiz öz tərəfindən deyir: "qəbiltut-təzvicə linəfsi fil muddətil məluməti ələl məhril məlum " yaxud "qəbiltu linəfsi hakəza" yəni qəbul etdim bu izdivacı.
Həmçinin bu ibarə ilə də oxuya bilər: "məttətu muvəkkiləti (filanən) linəfsi fil muddətil məluməti ələl məhril məlum", yəni təyin olunmuş mehriyyə və vaxtın müqabilində vəkilin olaraq səni müvəqqəti nikahımda qərar verdim. Sonra fasiləsiz öz tərəfindən deyir: "qəbiltu linəfsi hakəza", yəni qəbul etdim bu izdivacı.
Bir məsələyə diqqət edin – daimi ya müvəqqəti əqd oxumağın şərtləri vardır ki, onlara riayət olunmasa əqd səhvdir. O şərtlər ibarətdir:
1. Siğə və əqd ərəbcə düzgün oxunmalıdır. Əgər kişi və qadın özləri ərəbcə düzgün oxuya bilsələr, ehtiyat-vacibə görə gərək ərəbcə düzgün oxusunlar. Əgər özləri ərəbcə düzgün oxuya bilməsələr, ehtiyat-vacib odur ki, gərək ərəbcə düzgün oxuya bilən bir nəfəri vəkil etsinlər. Və əgər özləri oxuya bilməsələr, "zəvvəctu" və "qəbiltu"-nun mənasını çatdıran bir kəlmə desinlər. Əgər əqd oxuduqda onun mənasın dəyişən bir hərf səhv oxusalar, əqd səhvdir.
2. Əqd siğəsini oxuyan şəxs dediyi sözlərin mənasını dəqiq bilməlidir. Əgər ərəbcə oxuyub, hər kəlməni düzgün surətdə desə və ayrı-ayrılıqda hər birinin mənasını bilsə əqd düzgündür.
3. Siğə “inşa” niyyəti ilə oxunmalıdır; qadının "zəvvəctukə nəfsi" deməsindən məqsədi bu ola ki, özünü indi onun qadını qərar verdi. Həmçinin kişi də “qəbiltut-təzvicə” deməklə onu özünə xanım və arvad olmasını indi qəbul etdi. Əgər kişi vəkil olsa "zəvvəctu və qəbiltu” deməklə qəsdi bu ola ki, onu vəkil edən kişi və qadın indi ər və arvad oldular.
4. Müvəqqəti əqddə mehriyyə və müddət təyin olmalıdır; yəni kişi və qadın əqd oxunmamışdan əvvəl mehriyyə və vaxtı təyin etməlidir.
5. Muvəqqəti evlənmədə əgər qız bakirə olsa əksər müctəhidlərin nəzərinə görə ehtiyat-vacibə görə qızın atasından icazə alınmalıdır.
کلمات کلیدی :
۴,۷۰۵