Baxmayaraq
ki, sehrin müəyyən qədər həqiqəti vardır, lakin sehrlə hər işi görmək olmaz,
eyni zamanda hər bir işi sehrlə əlaqələndirmək düzgün deyildir. Ola bilsin ki,
sizin ailənizdə olan rəftarın ayrı səbəbləri vardır və sehrlə heç bir bağlılığı
yoxdur. Çalışın belə işlərdə vəsvəsələrdən, şübhələrdən uzaq olun. Belə işlərdə
vəsvəsənin özü insanın həyatında problemlər yaradır.
İnsanın
ailə ocağını isti və möhkəm edən əsas amillərdən biri, ailədə olan gözəl əxlaq
və davranış, sadiqlik və düzgünlükdür. Əgər ailə üzvləri Allaha təvəkkül etsə və
öz əlaqələrini Allah-taala ilə möhkəmləndirib əxlaqi keyfiyyət və sədaqətlə
bir-birilə yaşasa, yəqininiz olsun ki, heç bir cadugər, sehirbaz onların ailəsini
dağıda bilməz.
Buna görə
siz çalışın ailədə gözəl əxlaqla rəftar edin və digərlərini də öz əxlaq və rəftarınıza
cəzb edin! Sonra onları da gözəl əxlaq və rəftara tövsiyə edin. Ailədə gözəl əxlaqın
özü sehri batil edəndir. Hətta demək olar: “Gözəl əxlaq və rəftarın özü başqalarını
insana bağlayan bir sehirdir.”
Bununla
bərabər əgər sehr və cadudan qorxursunuzsa, sehri batil etmək və onun pisliyindən
kənarda qalmaq, onun təsirindən uzaq olmaq üçün aşağıda deyilənlərə əməl edin:
1- Sədəqə
verin!
2- Çoxlu
quran oxuyun. Məxsusən “Ayətəl kürsü” və əvvəllərində “Qul” kəlməsi gələn –
Quranın axırıncı surələri olan Qul huvəllah, Qul əuzu birəbbinnəs, Qul əuzu
biərəbbil fələq və Qul ya əyyuhəl kafirun surələrin çox oxuyun! Quran
oxumaq sehri batil edir.
3- “Məfatihul-cinan”
kitabında sehrin batil olması üçün yazılan duaları oxuyun!
Həmçinin
böyük alim və ariflərimizdən bizə gəlib çatan göstərişlərə 40 gün əməl edin,
inşaallah heç bir sehir sizə əsər etməz! Vacib namazları xüsusən sübh namazını
vaxtında qılın. Sübh namazından sonra sağ əli sinənizə qoyun 70 dəfə “Ya Fəttah”
deyin, sonra 110 dəfə salavat zikr edin. Bir gündə 5 dəfə “Ayətəl-kürsünü”
oxuyub özünüzə pülüyün.(üfləyin). Hər zaman fikrinizdə narahatçılıq yarandı “La
həvlə və la quvvətə illa billah” zikrini deyin. Bu göstərişi çalışın 40 gün
davamlı şəkildə tamam ailə üzvləriniz də desin. İnşaallah hər bir çətinliklər
aradan gedər. Və sizə də heç bir sehr əsər etməz.
Cadu haqda
28 December 2024 Saat 12:45
Bizim evdə heç kim bir-biri ilə yola getmir, bir dəfə quran açdırdıq, bildirdilər ki bizə sehr-cadu edilib qəbristanlıqda basdırılmışdır. Doğrusu əvvəllər biz bunlara inanmazdıq, amma dini kitablar oxuduqca məlum oldu ki, peyğəmbərlərin həyatında da bu kimi hadisələr baş vermişdir. Cadunu tapıb çıxarsaq, onu batil edə bilərikmi? Və yaxud yalnız namaz ilə qorunmaq mümkündürmü?
پاسخ :
Baxmayaraq ki, sehrin müəyyən qədər həqiqəti vardır, lakin sehrlə hər işi görmək olmaz, eyni zamanda hər bir işi sehrlə əlaqələndirmək düzgün deyildir. Ola bilsin ki, sizin ailənizdə olan rəftarın ayrı səbəbləri vardır və sehrlə heç bir bağlılığı yoxdur. Çalışın belə işlərdə vəsvəsələrdən, şübhələrdən uzaq olun. Belə işlərdə vəsvəsənin özü insanın həyatında problemlər yaradır.
İnsanın ailə ocağını isti və möhkəm edən əsas amillərdən biri, ailədə olan gözəl əxlaq və davranış, sadiqlik və düzgünlükdür. Əgər ailə üzvləri Allaha təvəkkül etsə və öz əlaqələrini Allah-taala ilə möhkəmləndirib əxlaqi keyfiyyət və sədaqətlə bir-birilə yaşasa, yəqininiz olsun ki, heç bir cadugər, sehirbaz onların ailəsini dağıda bilməz.
Buna görə siz çalışın ailədə gözəl əxlaqla rəftar edin və digərlərini də öz əxlaq və rəftarınıza cəzb edin! Sonra onları da gözəl əxlaq və rəftara tövsiyə edin. Ailədə gözəl əxlaqın özü sehri batil edəndir. Hətta demək olar: “Gözəl əxlaq və rəftarın özü başqalarını insana bağlayan bir sehirdir.”
Bununla bərabər əgər sehr və cadudan qorxursunuzsa, sehri batil etmək və onun pisliyindən kənarda qalmaq, onun təsirindən uzaq olmaq üçün aşağıda deyilənlərə əməl edin:
1- Sədəqə verin!
2- Çoxlu quran oxuyun. Məxsusən “Ayətəl kürsü” və əvvəllərində “Qul” kəlməsi gələn – Quranın axırıncı surələri olan Qul huvəllah, Qul əuzu birəbbinnəs, Qul əuzu biərəbbil fələq və Qul ya əyyuhəl kafirun surələrin çox oxuyun! Quran oxumaq sehri batil edir.
3- “Məfatihul-cinan” kitabında sehrin batil olması üçün yazılan duaları oxuyun!
Həmçinin böyük alim və ariflərimizdən bizə gəlib çatan göstərişlərə 40 gün əməl edin, inşaallah heç bir sehir sizə əsər etməz! Vacib namazları xüsusən sübh namazını vaxtında qılın. Sübh namazından sonra sağ əli sinənizə qoyun 70 dəfə “Ya Fəttah” deyin, sonra 110 dəfə salavat zikr edin. Bir gündə 5 dəfə “Ayətəl-kürsünü” oxuyub özünüzə pülüyün.(üfləyin). Hər zaman fikrinizdə narahatçılıq yarandı “La həvlə və la quvvətə illa billah” zikrini deyin. Bu göstərişi çalışın 40 gün davamlı şəkildə tamam ailə üzvləriniz də desin. İnşaallah hər bir çətinliklər aradan gedər. Və sizə də heç bir sehr əsər etməz.
کلمات کلیدی :
۳,۴۱۸