Siz onun övladı həzrət
Ayətullah Şeyx Cavad Lənkəraninin icazəsi ilə bütün məsələlərdə həzrət
Ayətullah əl-uzma Fazil Lənkəraninin təqlidində qala bilərsiniz .
Onun övladı həzrət
ağanın müqəllidlərinə icazə vermişdir ki, bütün məsələlərdə öz təqlidlərində qala
bilərlər. Həmin icazəyə uyğun siz də Şeyx Cavad Lənkəraninin icazəsi ilə qəsd
edin öz təqlidinizdə həzrət Ayətullah əl-uzma Fazil Lənkəranidə qalın. Sizin
təqlidinizdə qalmağınız düzdür və onun risaləsinə uyğun əməl edə bilərsiniz.
Bunun üçün məxsus bir iş lazım deyil. Təqlid hökmündə ölü müctehidə baqi qalmaq
bütün müctehidlər tərəfindən caizdir. Bu zaman, əgər sizin nəzərinizdə Ayətullah
Fazil Lənkərani (r ə) bütün müctehidlərdən ə`ləm (daha elimli) olsa onda baqi
qalmağınız və onun risaləsinə əməl etməniz lazımdır. Deməli nə qədər ki, diri
müctehidlərdən daha ə`ləmini tapa bilməmisinizsə Ayətullah Fazil Lənkəranidə
baqi qalmalısınız, amma əgər Fazil Lənkəranidən ə`ləm olan diri bir müctehidə
rast gəlsəniz daha Fazil Lənkəraniyə təqlid edə bilməzsiniz və hənim diri
müctehidə təqlid etməlisiniz.
Təqlid məsələsi
24 November 2024 Saat 04:36
Lütfən Fazil Lənkaranidən (r.ə) daha elmli olan şəxsi bizə tanıtdırın.
پاسخ :
Siz onun övladı həzrət Ayətullah Şeyx Cavad Lənkəraninin icazəsi ilə bütün məsələlərdə həzrət Ayətullah əl-uzma Fazil Lənkəraninin təqlidində qala bilərsiniz .
Onun övladı həzrət ağanın müqəllidlərinə icazə vermişdir ki, bütün məsələlərdə öz təqlidlərində qala bilərlər. Həmin icazəyə uyğun siz də Şeyx Cavad Lənkəraninin icazəsi ilə qəsd edin öz təqlidinizdə həzrət Ayətullah əl-uzma Fazil Lənkəranidə qalın. Sizin təqlidinizdə qalmağınız düzdür və onun risaləsinə uyğun əməl edə bilərsiniz. Bunun üçün məxsus bir iş lazım deyil. Təqlid hökmündə ölü müctehidə baqi qalmaq bütün müctehidlər tərəfindən caizdir. Bu zaman, əgər sizin nəzərinizdə Ayətullah Fazil Lənkərani (r ə) bütün müctehidlərdən ə`ləm (daha elimli) olsa onda baqi qalmağınız və onun risaləsinə əməl etməniz lazımdır. Deməli nə qədər ki, diri müctehidlərdən daha ə`ləmini tapa bilməmisinizsə Ayətullah Fazil Lənkəranidə baqi qalmalısınız, amma əgər Fazil Lənkəranidən ə`ləm olan diri bir müctehidə rast gəlsəniz daha Fazil Lənkəraniyə təqlid edə bilməzsiniz və hənim diri müctehidə təqlid etməlisiniz.
کلمات کلیدی :
۲,۸۲۷